Month: April 2024

  • Qubadlı rayonunda sursat aşkar edilib

    Qubadlı rayonunda sursat aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər. Yeddi əl qumbarası, dörd mərmi, 5 000-ə yaxın patron və digər sursat aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Маск оценил вероятность гибели человечества от искусственного интеллекта

    Дальнейшее развитие искусственного интеллекта (ИИ) может привести к гибели человечества с вероятностью не более 20%.

    Такое мнение высказал создатель компаний Tesla и SpaceX Илон Маск.

    По данным СМИ, бизнесмен заявил, что склонен согласиться с оценкой первопроходца в исследовании искусственного интеллекта Джеффри Хинтона, согласно которой риск гибели человечества от ИИ составляет примерно 10-20%.

    При этом Маск подчеркнул, что считает позитивный сценарий более вероятным, нежели негативный.

    Примечательно, что в марте 2023 года Маск заявил, что в следующем году, то есть в 2024-м, искусственный интеллект станет умнее человека, а через пять лет он превзойдет по этому параметру все человечество.

    Источник: mk.ru

  • İlon Mask süni intellektin təhlükəsindən danışdı

    “Süni intellektin sistemli və daimi inkişafı bütün bəşəriyyətin məhvinə səbəb ola bilər, lakin bu ehtimal 20%-dən çox deyil”.

    Bunu “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, “xAI” startapının yaradıcısı İlon Mask deyib.

    O, Los-Ancelesdə süni intellektə həsr olunmuş konfransda çıxışı zamanı texnoloji təhlükə ilə bağlı məsələyə aydınlıq gətirib.

    “Düşünürəm ki, süni intellektin həqiqətən bəşəriyyətin məhvinə səbəb olacaq bir potensialı var. Burada ehtimal təxminən 10 və ya 20% diapazonundadır”, – deyə o bildirib.

    Mənbə: gazeta.ru

  • В России может появиться ответственное за мигрантов ведомство

    Власти обсуждают создание ответственного за межнациональную и миграционную политику ведомства, которое, как предполагается, будет напрямую подчиняться президенту.

    Об этом пишут “Ведомости” со ссылкой на три источника, близких к администрации президента, и двух собеседников, близких к правительству.

    По словам трех источников, речь идет о министерстве, которое, по сути, совместит полномочия Федерального агентства по делам национальностей (ФАДН) и Главного управления по вопросам миграции МВД. Два других источника рассказали, что у нового ведомства может быть статус агентства в подчинении главы государства с такими же широкими полномочиями. Один из собеседников сообщил, что новое ведомство будет заниматься всеми межнациональными и миграционными вопросами и будет находиться “в контуре Управления президента по внутренней политике” (УВП), которое де-факто и регулирует эти вопросы.

    Собеседники затрудняются сказать, кто бы мог возглавить новое ведомство, но уверены, что это будет высокопоставленный сотрудник одной из силовых структур – например, нынешний руководитель ФАДН Игорь Баринов и куратор межнациональных отношений в УВП Анатолий Вылегжанин – выходцы из спецслужб. Как пишет издание, создание нового ведомства могут обсудить на заседании Совета при президенте по межнациональным отношениям с участием главы государства, которое готовится 24 апреля. Другой источник полагает, что все разговоры о новом ведомстве преждевременны до мая. 7 мая пройдет инаугурация Владимира Путина.

    В декабре прошлого года Путин в ходе прямой линии и большой пресс-конференции, говоря о трудовых мигрантах, предположил, что нужно “не только МВД, которое занимается техническими правовыми вопросами”, а специальный орган, “который бы смотрел на эту проблему в комплексе и своевременно бы находил решение по каждому аспекту этой проблемы”.

    Идея создания Миннаца ранее уже предлагалась. “Но это полностью прерогатива президента. Он слышит все предложения. А будет в итоге или нет новое ведомство, мы узнаем, когда президент выскажет свое мнение по структуре правительства”, – отметил депутат Госдумы, член президиума Совета по межнациональным отношениям Ильдар Гильмутдинов (“Единая Россия”). Другой член президиума Совета по межнациональным отношениям, депутат Геннадий Семигин (“Справедливая Россия”) уточнил, что задача состоит в том, чтобы сконцентрировать все полномочия, функции, ресурсы в новом ведомстве, которое “должно подчиняться президенту страны напрямую, потому что эффективность реализации нацполитики – залог национальной безопасности нашей страны”.

  • Rusiyada miqrantlarla bağlı yeni layihə

    Rusiya hakimiyyəti birbaşa prezidentə tabe olacağı gözlənilən etniklərarası və miqrasiya siyasətinə cavabdeh olan departamentin yaradılmasını müzakirə edib.

    Məlumata görə, söhbət əslində Milli İşlər üzrə Federal Agentliyin və Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin səlahiyyətlərini birləşdirəcək nazirlikdən gedir. Yeni departament eyni geniş səlahiyyətlərə malik dövlət başçısı yanında agentlik statusuna malik ola bilər. Yeni şöbənin bütün millətlərarası və miqrasiya məsələləri ilə məşğul olacağı və bu məsələləri faktiki tənzimləyən prezidentin Daxili Siyasət Administrasiyası çərçivəsində olacağı gözlənilir.

    Mənbə: RBC

  • Çində qadın lotereyada külli miqdarda pul uddu, lakin mükafatı götürə bilmir – ŞOK SƏBƏB

    Çində qadın lotereyada külli miqdarda pul udsa da, onu ala bilməyib.

    Məlumata görə, Tayçjoudan olan bir qadın 930 min dollar məbləğində lotereya uduşunun sahibi olduğunu öyrənib. Lakin o, biletini təsadüfən yuduğu üçün mükafatı götürə bilməyib.

    Qadın lotereya mərkəzinə zəng edərək vəziyyəti izah edib. Lakin onlar pulu yalnız bilet tam şəkildə təqdim edildikdə verə biləcəklərini deyiblər.

    “İndi mən daim bu barədə düşünürəm və bu məni incidir”, – deyə qadın etiraf edib.

    Mənbə: Gazeta.ru

  • Hadise üç böyük şirkətlə müqavilə imzaladı: Qazanacağı pullar gündəm oldu

    Məşhur türkiyəli müğənni Hadise üç fərqli brendlə müqavilə imzalayıb.

    2024-cü ildə biri zinət əşyaları olmaqla üç böyük şirkətlə birillik razılaşan Hadisenin qazanacağı pullar isə eşidən hər kəsi heyrətləndirib.

    Hadise ümumilikdə 300 milyon Türkiyə lirəsi (15 milyon manatdan çox) gəlir əldə edəcək.

    Mənbə: Haber Global

  • Ucarda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI: “Gecələr məndən xəbərsiz harasa gedirdi”

    Ucar rayonunda 1988-ci il təvəllüdlü Məftun qısqanclıq zəminində həyat yoldaşı Rəqsanəni öldürüb, onun sevgilisi İlkinə (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Teleqraf.com-un məlumatına görə, Məftun 1996-cı il təvəllüdlü tanışı İlkinin onun rəsmi nikah münasibətlərində olduğu 1995-ci il təvəllüdlü arvadı Rəqsanə ilə sevgi münasibətlərində olmasından şübhələnib.

    Məftun qısqanclıq zəminində qisas almaq niyyəti ilə İlkini öldürmək qərarına gəlib. Bu məqsədlə İlkinin işlədiyi avtoyuma məntəqəsinə gəlib. Məntəqənin istirahət otağından götürdüyü bıçaqla İlkinin üzərinə hücum çəkib və arvadı ilə münasibətinin olduğunu etiraf etməsini istəyib. Məftun bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə vurub.

    Avtoyuma məntəqəsinin sahibi Sadiq Məftunun qarşısına keçib, İlkin yaranan şəraitdən istifadə edərək hadisə yerindən qaçıb. Yoldan keçən maşınla tibb müəssisinə çatdırılıb və həyatı xilas edilib.

    Məftun arvadı Rəqsanənin İlkinlə, eləcə də tanımadığı digər şəxslərlə cinsi əlaqəyə girərək ona xəyanət etməsindən şübhələndiyindən, onu öldürmək qərarına gəlib. İlkini bıçaqladığı avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus “Mercedes” markalı avtomobillə Ucar rayonunun kəndində yerləşən evinə gəlib. Rəqsanənin olduğu otağa daxil olub və azyaşlı övladlarının gözləri qarşısında ona 33 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

    İstintaq orqanı tərəfindən Məftunun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məftun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, həyat yoldaşını telefondakı səsə görə öldürüb:

    “Həyat yoldaşım gecələr məndən xəbərsiz küçəyə çıxıb, harasa gedirdi. Gələndə də mənə heç nə demirdi. Ondan şübhələndiyim üçün telefonu evə qoyaraq getdim. Sonra telefonda səslərə qulaq asdım. Bu zaman başqa kişi səsləri eşitdim. Bu barədə yoldaşımdan soruşdum, mənə bir şey demədi. Bundan sonra onu öldürmək qərarına gəldim.

    Həyat yoldaşımdan nə vaxt haradan gəldiyini təkrar soruşsam da, heç nəyi boynuna almadı”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, telefonda səsə qulaq asanda tanışı İlkinin adını eşidib:

    “Buna görə onun iş yerinə gedərək İlkini bıçaqla vurdum. Mən də həmin avtoyuma məntəqəsində işləyirdim. Bıçağı işlədiyim yerdən götürdüm. İlkini vurmazdan əvvəl onunla mübahisə etdim. Ondan həyat yoldaşımla münasibətinin olub-olmadığını soruşdum. O da heç nə demədi. İlkinə bıçaqla neçə zərbə vurduğumu xatırlamıram”.

    Məftun bildirib ki, daha sonra evinə gedib və həyat yoldaşını öldürüb:

    “Həyat yoldaşıma da neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Yoldaşımı vuran vaxt uşaqlar həyətdə idi. Mən qapıdan çıxanda uşaqlarımız evə gəldi. Uşaqlar belə bir hadisənin olacağını bilmirdilər. Çünki onlar çöldəydilər.

    Həyat yoldaşımı vurduqdan sonra evdən çıxmadım. Gördüm, atam gəlir. Daha sonra bacımgilə getdim, onlarla vidalaşdıqdan sonra polisə təslim oldum”.

    İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, hadisədən üç-dörd gün əvvəl Məftun sözügedən səsyazısını ona qulaq asdırıb:

    “Səhv etmirəmsə, 23 dəqiqəlik səsyazısı idi. Ona iki dəfə qulaq asdım. Məftuna dedim ki, burada qeyri-adi heç nə yoxdur. Yalnız televizor və uşaqların səsi gəlirdi. Həmin söhbətdən üç gün sonra avtoyuma məntəqəsinə getdim. Məftunla eyni avtoyuma məntəqəsində işləyirdik. Oraya daxil olanda gördüm ki, Məftun gecəni burada qalıb. O, gecə saat üçdə gəldiyini və burada qaldığını bildirdi. Biz səhər işə başladıq, Məftun həmin gün işləyə bilməyəcəyini dedi. İşləməsə də biz ona 10 manat verdik, getdi. Məftun getməzdən əvvəl ona növbəti gün anamla Bakı şəhərinə gedəcəyimi, işə gəlməyini bildirdim. O da etiraz etmədi, işə gələcəyini bildirərək getdi. Bir də gördük, Məftun velosipedlə bir az fırlanaraq geri qayıtdı”.

    İlkin qeyd edib ki, Məftun gəlib qonşusunun maşınını aparacağını bildirib:

    “Ona dedik ki, içkilisən, maşını aparma. Məftun israr etdi. O, maşını avtoyuma məntəqəsindən üzü yola tərəf çıxardı. Maşının mühərrikini söndürmədən yanımıza gəldi. Oturduğum yerdə qəflətən mənə bıçaqla zərbələr endirdi. İş yoldaşımız Sadiq dayı qışqıraraq onun üzərinə gəldi. Məftun bir az aralandıqda vəziyyətdən istifadə edib yola qaçdım”.

    İlkin bildirib ki, yolda tanışına rast gəlib, onunla xəstəxanaya gedib:

    “Hadisədən iki gün sonra eşitdim ki, Məftun həyat yoldaşını öldürüb. Məftunun həyat yoldaşını tanımıram, adını belə bilmirəm. Hadisədən əvvəl Məftun mənə heç nə deməmişdi. Sadəcə telefonu mənə verib bildirmişdi ki, burada başqa səslər var. Mən də kişi səsi yox, televizorun səsi olduğunu söylədim. O, bibisi oğlundan şübhələndiyini bildirdi. Onun mənə hansı səbəbdən xəsarət yetirdiyini bilmirəm. Səsdə mənim adım çəkilmirdi. Orada ancaq uşaq səsləri var idi”.

    Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məftun 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Стартовал процесс демонтажа зданий на “Кубинке”: некоторые жители недовольны – ВИДЕО

    Начался процесс сноса старых жилых зданий на территории под названием “Кубинка” в Насиминском районе столицы.

    Хотя большая часть местных жителей достигла соглашения со строительной компанией, есть и те, кто не хочет подписывать контракт.

    Отмечается, что к настоящему моменту переселена половина проживавших здесь 150 семей.

    Подробнее – в сюжете ATV Xəbər:

  • “Kubinka”da söküntü başladı: Sakinlər niyə şikayətçidirlər? – VİDEO

    Bakının Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə söküntü işlərinə başlanılıb.

    Lakin əksər sakinlərlə razılığa gəlinsə də, hələ də tikinti şirkəti ilə müqavilə bağlamayanlar var.

    Hazırda isə 150 ailənin yarısı köçürülüb.

    Daha ətraflı “ATV Xəbər”in süjetində: