Month: April 2024

  • Qazaxıstanda daşqınlar səbəbindən təxliyə edilənlərin sayı 14 mini ötüb

    Qazaxıstanın irimiqyaslı daşqın bölgələrindən təxliyə edilmiş sakinlərinin sayı 14,2 mini ötüb, onlardan 5,5 mindən çoxu uşaqlardır.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, daşqınlar başlayandan 14,2 mindən çox insan xilas edilib: “Müvəqqəti yerləşdirmə mərkəzlərində 5 848 nəfər var ki, onlardan 2 222-si uşaqdır”.

    Qeyd edilib ki, hazırda xilasetmə işlərində 10 413 nəfər, 3 743 texnika və 14 hava gəmisi iştirak edir. Respublika qərargahı daşqınlardan zərər çəkmiş səkkiz əraziyə nəzarət edir.

  • Посол США в Азербайджане принял участие в ифтаре

    Посол США в Азербайджане Марк Либби принял участие в ифтаре, организованном Общественным объединением помощи женщинам Təmiz Dünya.

    Как сообщает Report, об этом говорится на странице посольства в социальной сети “X”.

    “В ифтаре, организованном в священный месяц Рамазан, приняли участие посол Либби, директор общественного объединения Мехрибан Зейналова, сотрудники и обитатели приюта, выпускники программы по обмену. Отметив инклюзивный дух праздника Рамазан, посол поблагодарил Мехрибан Зейналову и ее сотрудников за их усилия по обеспечению безопасного пространства для женщин и детей”, – говорится в публикации

  • ABŞ səfiri iftar süfrəsinə qatılıb

    ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi iftar süfrəsinə qatılıb.

    “Report” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

    “Səfir Libbi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova, sığınacağın əməkdaşları və sakinləri, mübadilə programı məzunları ilə Müqəddəs Ramazan ayında oruc tutanların şərəfinə təşkil olunan iftar süfrəsinə qatılıb. Ramazan bayramının inklüziv ruhunu qeyd edən səfir Mehriban xanım və əməkdaşlarını qadın və uşaqların təhlükəsiz məkanla təmin edilməsi istiqamətində göstərdikləri səylərə görə təqdir edib”, – məlumatda vurğulanıb.

  • Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb

    Sumqayıtda yarımtikilidə kişi meyiti aşkarlanıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə Corat bağlarında qeydə alınıb.

    1980-ci il təvəllüdlü Teymur Şakir oğlu Məmmədovun meyiti yarımtikilidə müəyyən edilib.

    Onun tüfeyli həyat yaşadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İsrailin Dəməşqə atdığı raket İran səfirliyinin yaxınlığına düşüb

    İsrailin Müdafiə Ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

    “Report” “Ria Novosti”yə istinadən xəbər verir ki, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb.

    Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib.

    Ölən və ya yaralanan barəsində məlumat yoxdur.

  • Следствие запросило арест еще одного фигуранта дела о теракте в “Крокусе”

    В Москве следствие запросило арест еще одного фигуранта дела о теракте в “Крокусе” – Якубджони Юсуфзоды.

    Как сообщает российское бюро Report, об этом заявили в следственном комитете.

    Десятый фигурант дела о трагедии в “Крокусе” за несколько дней до теракта через свою банковскую карту перечислил соучастнику деньги для обеспечения проживания террористо.

    “Часть средств была им перечислена одному из исполнителей уже после совершения преступления. Таким образом, всего в деле стало 10 фигурантов”, – заявили в СК РФ.

  • “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb – YENİLƏNİB

    Crocus City Hall”da baş verən terror aktı ilə bağlı onuncu şəxs saxlanılıb.

    “Report” xəbər verir ki, bu barədə TASS-a bildirilib.

    Qeyd edilib ki, Yakubcon Yusufzoda polisə tabe olmadığı üçün həbs edilib.

    “O, 12 sutka müddətinə inzibati həbs edilib”, – məlumatda vurğulanıb.

    Xatırladaq ki, İstintaq Komitəsi məhkəmədən Yakubcon Yusufzodanın terror aktı törətməkdə ittiham olunaraq həbs edilməsini istəyib.

    18:19
    Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terrorla bağlı daha bir şəxsin həbsi üçün vəsatət qaldırıb.

    “Report” xəbər verir ki, bu barədə İstintaq Komitəsindən TASS-a məlumat verilib.

    “İstintaq məhkəmədən “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən daha bir şəxsin – Yakubcon Yusufzodanın həbs olunmasını istəyir”, – məlumatda vurğulanıb.

    Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

    Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya “hesaba qatılmamış” sayılır.

  • Армения продолжает строить опорные пункты наступательного характера на условной границе с Азербайджаном

    Специальные технические средства и визуальное наблюдение позволили зафиксировать сосредоточение войск Армении вдоль условной границы с Азербайджаном, создание опорных пунктов наступательного характера, долговременных огневых точек на различных направлениях, строительство укреплений.

    Об этом Report сообщили в министерстве обороны Азербайджана.

  • Ermənistan Azərbaycan ilə şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurmağa davam edir

    Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

    Bildirilib ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

    “Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”, – MN-in məlumatında qeyd olunub.

  • Atası tərəfindən öldürülən azyaşlının nənəsi və babası DANIŞDILAR – VİDEO

    Sumqayıtda dəniz sahilində bir yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində şübhəli bilinən atası – 1984-cü il təvəllüdlü Ahmet Yeşil Turanla bağlı bəzi detallar bəlli olub.

    Belə ki, ölən azyaşlının nənə və babası Baku TV-yə danışıblar.

    Zeynəb Yeşilin babası Əjdər Abdullayev kürəkəninin etdiyi hərəkətdən məəttəl qaldığını və çox pis olduğunu qeyd edib:

    “Kürəkənim bizlə qalırdı, mənə dedi ki, sənin oğlunam. İşləmirdi, mən ona Sumqayıtda dörənxana açmışdım. Sonra dedi ki, dörd min pul ver, mən də ona dedim ki, “nə desən mənim gözüm üstə”. Üç ildə onun heç bir pis hərəkətini görməmişdim. Hamı onun bu işinə məəttəl qalıb”.

    Qətlə yetirilən azyaşlının nənəsi Azadə Abdullayeva qeyd edib ki, Ahmet son zamanlar həmişəkindən fərqli davranırdı:

    “Dindar adam idi, namaz qılırdı. Yeni iş yerini açandan qızım deyirdi ki, Ahmet dəyişib. yolunu azıb və özündə deyil. Namazı da buraxmışı, qılmırdı. Kürəkənim uşağını o qədər sevirdi ki, bir milçəyin belə üzərinə qonmasına imkan verməzdi”.

    Ətraflı süjetdə: