Month: April 2024

  • Təbrizdə qadın əri tərəfindən yandırılıb

    Təbrizdə itkin düşən 32 yaşlı qadın əri tərəfindən öldürülüb, daha sonra isə meyiti yandırılıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

    Məlumata görə, qadın üç uşaq anası olub. Onun hansı səbəbdən öldürülərək yandırılmasının səbəbləri hələlik bəlli deyil.

    Qeyd olunub ki, İranda qanunlar qadınlara qarşı şiddətin qarşısını almır, zorakılıq cəzalandırılmır, əksinə şəriət adı ilə gözardına vurulur.

  • Musa Qurbanlının komandası İsveç çempionatına qələbə ilə başlayıb

    Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” klubu İsveç çempionatında yeni mövsümə qələbə ilə başlayıb.

    Median.Az xəbər verir ki, komanda I turda səfərdə “Höteborq”la üz-üzə gəlib.

    Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

    Matça ehtiyat oyunçular skamyasında başlayan Qurbanlı 70-ci dəqiqədə türkiyəli Deniz Hümmetin yerinə meydana daxil olub.

  • Azərbaycanda taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanılır

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayır.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar artıq müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:

    “İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb”.

    Məlumata görə, elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb.

    Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

  • Moskva vilayətində “Elektroizolit” zavodu yanır

    Rusiyanın Moskva vilayətinin Xotkov şəhərində yerləşən “Elektroizolit” zavodunun korpuslarından birində yanğın başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı “Mash” “Telegram” kanalı yayıb.

    Bildirilib ki, “Elektroizolit” çoxprofilli elektrotexniki sənaye zavodudur. O, əsasən izolyasiya materialları istehsal edir.

    Yanğın zamanı xəsarət alanlar və dəyən zərər barədə məlumat verilməyib.

    Yanğının sahəsi dəqiqləşdirilir.

  • Əmək hüquqlarını pozan şirkət cərimələndi

    “Zaloğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Qəbələ rayon ərazisində işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı qeyd olunan cəmiyyətin direktoru Tural Zalovun əmək müqaviləsi bağlamadan Qəbələ rayon sakini Qafqaz Alcanovu müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb etməsi müəyyən olunub.

    Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

  • Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

    Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib.

    Bu barədə qurumun nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında bildirib.

    Sənəd Rusiyaya daxil olan əcnəbilər üçün biometrik identifikasiyanın tətbiqini nəzərdə tutur, həmçinin ölkədə qalma müddətini il ərzində 90 günə qədər azaldır. Hazırda altı ay ərzində 90 gündür.

    Sənəddə əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlər, iş və ya xidmətlərin sifarişçiləri üzərində nəzarətin gücləndirilməsi, dövlət orqanlarına, təşkilatlarına, fiziki və hüquqi şəxslərə miqrasiya qanunvericiliyini pozanlara hər hansı xidmət göstərməsinə qadağa qoyulması, habelə Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiya, əcnəbinin rəqəmsal profili, xarici vətəndaşların müəyyən kateqoriyaları üçün Rusiyada nəzarət edilən qalma rejimi, qanunsuz miqrantların hüquqlarının məhkəmədənkənar məhdudlaşdırılması və digər tədbirlər nəzərdə tutulur.

    Həmçinin “loyallıq müqaviləsi”nə də baxılır. Əcnəbilərdən qanun pozuntusu halında Rusiyaya daxil olmaq, ölkədə qalmaq və yaşamaq hüququnun mümkün məhdudlaşdırılması ilə bağlı razılıq imzalaması tələb olunacaq.

    Mənbə: RBK

  • В Кремле прокомментировали прекращение работы карт “Мир” в Армении

    Пресс-секретарь президента России Дмитрий Песков прокомментировал ситуацию с прекращением работы карт “Мир” в Армении.

    По его словам, этому есть некоторое объяснение.

    Представитель Кремля напомнил, что Москва неоднократно заявляла, что очень многие страны сталкиваются с беспрецедентным давлением со стороны США, им угрожают первичными и вторичными санкциями.

    Напомним, банки Армении, которые являются участниками национальной платежной системы Armenian Card (ArCa), в ночь на 30 марта прекратили обслуживание российских карт “Мир”.

    Источник: gazeta.ru

  • Kremldən Ermənistanda “Mir” kartlarına xidmətin dayandırılması ilə bağlı açıqlama

    Ermənistanda əksər bankların Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırmaq qərarının verilməsinə ABŞ-nin görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb olub.

    Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

    O, bildirib ki, Rusiya və Ermənistan ABŞ-nin bu misli görünməmiş təzyiqinin vurduğu zərəri müzakirə və kompensasiya etməyə davam edəcək.

    Qeyd edək ki, martın 19-da “Mir” ödəniş sisteminin operatoru olan Milli Ödəniş Kartı Sistemi martın 30-dan etibarən ArCa (“Armenian Card”) üzvü olan bankların “Mir” kartlarına xidmət göstərməyi dayandıracağı barədə Ermənistan ödəniş sistemindən rəsmi bildiriş alıb.

    Mənbə: Gazeta.ru

  • Qazaxıstanda 14 minə yaxın insan təxliyə edilib

    Martın əvvəlindən Qazaxıstanda geniş daşqınlar səbəbindən mülki müdafiə mütəxəssisləri beş mini uşaq olmaqla, 14 minə yaxın insanı təxliyə etməli olublar.

    Məlumata görə, ümumilikdə 13 659 nəfər xilas edilərək təhlükəsiz ərazilərə çatdırılıb, onlardan 5 250 nəfəri uşaqdır. 1 655 nəfər (o cümlədən 424 uşaq) helikopterlə təxliyə edilməli olub.

    Aqtöbe, Qərbi Qazaxıstan, Akmola, Atırau və Kostanay vilayətlərində müvəqqəti yerləşdirmə mərkəzlərində 6 034 nəfər, o cümlədən 2 386 uşaq var.

    Xilasedicilər kənd təsərrüfatı heyvanlarına da qulluq ediblər: 10 mindən çox heyvan təhlükəsiz yerlərə aparılıb.

    Mənbə: Gazeta.ru

  • Bakı və Buxarest arasında birbaşa aviareyslərin açılacağı gözlənilir

    Bakı və Buxarest arasında birbaşa aviareyslərin açılması müzakirə edilir.

    Bu açıqlama ilə Bakıda olan Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja çıxış edib.

    “Azərbaycanla Rumıniya arasında birbaşa aviareysin açılmasını səbirsizliklə gözləyirik”, – deyə o qeyd edib.

    Onun fikrincə, bu, təkcə xalqları bir-birinə yaxınlaşdırmayacaq, həm də investorlarla özəl sektor arasında əlaqələr yaradacaq, əməkdaşlığın hərtərəfli inkişafını təmin edəcək.

    Mənbə: Trend