Month: April 2024

  • Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb – FOTO

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər də analoji və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Feyzi Məhərrəmov saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

  • Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı

    Hərbi yaşda olan ukraynalılar bundan sonra xaricdə xarici pasport ala bilməyəcəklər.

    Bu barədə Ukrayna hökuməti qərar qəbul edib.

    Bildirilir ki, Ukrayna Xarici İşlər Nazirliyi 18 yaşdan 60 yaşa qədər kişilər üçün xaricdə konsulluq xidmətlərinin göstərilməsinə qadağa qoyub. Artıq beynəlxalq pasportların verilməsi yalnız Dövlət Miqrasiya Xidmətinin ölkə üzrə idarələrində həyata keçirilir.

    “Bu cür pasportların (xaricə) göndərilməsi həyata keçirilmir”, – deyə sənəddə vurğulanıb.

    Xatırladaq ki, bundan əvvəl Ukrayna XİN xaricdə olan hərbi mükəlləfiyyət yaşlı ukraynalı kişilərlə bağlı daha bir qərar vermişdi. Yeniliyə əsasən, onlar konsulluq xidmətlərindən yalnız vətənlərinə qayıtmalarını rəsmiləşdirmək üçün istifadə edə biləcəklər.

  • Редкие кадры Золотого фонда AzTV: поселки Сураханы и Бина прежних лет – ВИДЕО

    Азербайджанское государственное телевидение (AzTV) опубликовало кадры из Золотого фонда, на которых запечатлены бакинские поселки Сураханы и Бина прежних лет.

    На видеозаписях отражены расположение этих населенных пунктов вблизи нефтепромыслов и их инфраструктура.

    Подробнее – в видеоматериале.

  • Suraxanı və Binə qəsəbəsi illər əvvəl – “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)

    Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Qızıl Fond”u illər öncə Suraxanı və Binə qəsəbəsinin görüntülərini təqdim edib.

    Həmin görüntülərdə qəsəbələrin neft mədənlərinin yaxınlığında yerləşməsi və oradakı infrastruktur əksini tapıb.

    Daha ətraflı videomaterialda:

  • Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı – TƏFƏRRÜAT

    Cəlilabad rayonunda 1994-cü il təvəllüdlü Rəhim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı İlqara (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 15 dekabr 2020-ci ildə, saat 15 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində “Silsilə” adlanan ərazidə yerləşən ara küçədə baş verib.

    Rəhim tanışı İlqarın onu səsləyib yanına çağırdıqdan sonra onunla kobud danışaraq nalayiq ifadələrlə təhqir etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirib.

    Hadisəni törədən Rəhimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, İlqarı tanımış və sonuncu ilə ədavət və düşmənçiliyi olmayıb: “15 dekabr 2020-ci ildə Cəlilabad şəhərində olduğum zaman İlqar mənə zəng etdi və mənimlə görüşmək istədiyini bildirdi. Mən həmin vaxt yaşadığım küçədə olduğumu İlqara bildirdim. Lakin orada qalmayacağımı, başqa yerə gedəcəyimi dedim. Bundan sonra Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 7 saylı orta məktəbin yaxınlığına getdim. Orada olduğum zaman İlqar zəng edərək, yaşadığım evin yaxınlığında olduğunu bildirdi. Mən isə İlqara oradan uzaqlaşdığımı, Cəlilabad şəhəri “Baş” adlanan əraziyə gedəcəyimi dedim. İlqar telefonda aqressiv danışaraq görüşmək istəmədiyini dedi. Mən isə ona işlərimin olduğunu, işlərimi yekunlaşdırdıqdan sonra zəng vurub görüşəcəyimi bildirdim”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, bundan təxminən bir saat sonra işlərini yekunlaşdırıb və yaşadığı ünvana qayıdıb: “Cəlilabad şəhəri, Silsilə adlanan ərazidə olduğum zaman İlqarın mənə tərəf gəldiyini gördüm. Həmin vaxt mənim üzərimdə açılıb-qatlanan cib bıçağı olub. Həmin bıçağı hadisədən təxminən 3 gün əvvəl Cəlilabad şəhəri, Silsilə adlanan ərazidə yerdən tapmışam. İlqar mənə tərəf gələrək aqressiv danışmağa və sonuncu ilə görüşmədiyimə görə irad tutmağa başladı. İlqarın mənimlə əsəbi danışdığını və ətrafda insanların olduğunu gördüm. İlqarı həmin yerdə olan meyvə-tərəvəz satılan köşklərin arxasındakı küçəyə apardım. Orada İlqar mənə səbəbsiz yerə nalayiq ifadələrlə təhqir etdi. İlqardan bunun səbəbini soruşdum. İlqar məni səbəbsiz yerə söyməyə davam etdi. İlqarın bu hərəkətlərinə qəzəbləndiyim üçün arxa şalvarımın sağ cibindən bıçağı çıxararaq sonuncunun bir zərbə sağ ayaq nahiyəsindən, bir zərbə isə bel nahiyəsindən vurdum. İlqara xəsarət yetirən zaman uca səslə qışqırırdı, məni bir daha təhqir etdi. Həmin vaxt bizim yanımıza tanımadığım bir neçə nəfər şəxs gələrək İlqara yardım etməyə çalışdı. İlqar isə əli ilə bel nahiyəmdən tutaraq oradan uzaqlaşdı. Mən isə əlimdə olan bıçağı təxminən 10 metr qarşıda olan zibil tullantıları yığılan əraziyə ataraq yaşadığım evə getdim”.

    İş üzrə zərərçəkmiş İlqarın sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olduğundan Rəhim əlaqə saxladıqdan sonra onu istədiyi ünvana aparıb: “Dekabrın 13-də mobil telefon nömrəmə zəng etdiyini gördüm, lakin onun zənginə cavab vermədim. Dekabrın 15-də, saat 11 radələrində Rəhim istifadəmdə olan mobil telefon nömrəmə zəng edərək ona taksi lazım olduğunu bildirdi. Məndən Cəlilabad şəhər 7 nömrəli orta məktəbin yaxınlığına gəlməyimi xahiş etdi. Mən də idarə etdiyim avtomobil ilə Rəhimin dediyi ünvana getdim. Lakin Rəhimin orada olmadığını gördüm. Ona zəng edərək dediyi ünvanda olduğumu dedim. Rəhim isə mənə “arxa yol” deyilən yerdə olduğunu deyərək oraya getməyimi istədi. Mən isə telefonu söndürərək həmin ünvana getmədim və Cəlilabad şəhər ərazisində yerləşən “Silsilə” adlanan yerə getdim. Avtomobilimi orada atama verdim və atam getdi”.

    Zərərçəkmiş qeyd edib ki, daha sonra orada olan çayxananın qarşısında dayanıb və təxminən 15-20 dəqiqə sonra, yəni saat 14 radələrində Rəhimin piyada olaraq getdiyini görbü və onu yanına çağırıb:

    “Onunla görüşdükdən sonra ondan niyə məni müxtəlif ünvanlara çağırdığını, lakin həmin ünvanda olmadığını soruşdum. Rəhim isə dekabrın13-də mənə zəng edərkən onun telefonuna cavab vermədiyim üçün belə etdiyini dedi. Söhbət edən zaman Rəhimin mənimlə uca səslə danışdığını gördüm. Ona “qışqırma, kənara keçək, söhbət edək” dedim. Həmin vaxt ətrafda adamlar olduğundan kənara çəkilib sözlə mübahisə etməyə başladıq. Bu zaman Rəhim sağ əli ilə belindən dəstəyi qara rəngli olan bıçağı çıxardı və üzərinə doğru gəldi. Mən geriyə doğru çəkilən zaman ayağım büdrədi və yerə yıxıldım. Həmin vaxt Rəhim bıçaqla belimin sol tərəfindən bir bıçaq zərbəsi vurdu. Ayağa durmaq istəyən zaman Rəhim bir bıçaq zərbəsi də sağ budumun ön tərəfindən vurdu. Rəhim mənə növbəti zərbələri vurmadığı üçün ayağa qalxdım. Həmin vaxt tanımadığım şəxslər bizə yaxınlaşaraq məni oradan uzaqlaşdırdılar. Mən isə yoldan keçən tanımadığım taksiyə əyləşərək yaşadığım evə getdim. Atam isə təcili tibbi yardım avtomobilinə zəng etdi və məni təcili tibbi yardım avtomobili ilə Cəlilabad rayon Diaqnostika mərkəzinə apardılar”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhim 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

  • Семья совершившего суицид бывшего главного педиатра не присутствовала на его поминках

    Бывший главный педиатр страны Насиб Гулиев, застрелившийся 24 апреля, был похоронен на кладбище в поселке Мехдиабад. После этого в его доме была организована траурная церемония.

    Сотрудники Musavat.com побеседовали с присутствовавшими на поминках близкими Н.Гулиева и попытались внести ясность в некоторые вопросы. Так, стало известно, что супруга и дети покойного не присутствовали на церемонии.

    Напомним, что ранее распространилась сенсационная информация о предполагаемой причине самоубийства известного врача. Сообщается, что члены семьи Н.Гулиева были приглашены в следственный орган, где ознакомились с его предсмертным письмом.

    Согласно утверждениям, причиной самоубийства педиатра стала женщина, которая в настоящее время работает в одной из известных клиник (имя и фамилия не раскрывается в связи с проводимым правоохранителями следствием – ред.). Однако пока неизвестно, что именно заставило Н.Гулиева пойти на такой шаг.

  • Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

    Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib.

    Musavat.com-un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallara aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, mərhumun yas mərasimində xanımı və övladları iştirak etməyiblər.

    Qeyd edək ki, ölkənin sabiq baş pediatrı Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat yayılıb.

    Məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.

    İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlanmır – red.) göstərib. Onun xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.

  • Binəqədinin keçilməz yolları – VİDEO

    Binəqədi rayonunda sakinlər yoldan şikayətçidirlər.

    Onların sözlərinə görə, yollar dörd aydır asfaltsızdır:

    “Yağış yağarkən yollar palçıqdan keçilməz olur. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə əldə olunmayıb”.

    Məsələ ilə bağlı ARB-də yayımlanan “Günə Son” verilişi süjet hazırlayıb.

    Ətraflı videoda:

  • В Баку грузовик сбил пешехода

    В Наримановском районе Баку произошло дорожно-транспортное происшествие.

    Как передает АПА, случай зафиксирован на проспекте Зии Буниятова.

    Согласно информации, мужчину средних лет, личность которого пока не установлена, сбил грузовик марки “ГАЗель”.

    Пострадавший был госпитализирован.

    По данному факту проводится расследование.

  • Paytaxt sakinini yük avtomobili vurub

    Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

    Hələlik ad və soyadı bilinməyən orta yaşlı kişini “QAZel” markalı yük maşını vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.