Month: April 2024

  • Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb

    Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu, respublika parlamentinin deputatı Levon Koçaryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən aksiyada saxlanılıb.

    Bu barədə Levon Koçaryan öz “Telegram” kanalında məlumat verib.

    Onun sözlərinə görə, hazırda daha beş nəfər saxlanılan şəxslə birlikdə Ararat rayonunun Vedi şəhərinin polis şöbəsindədir.

    Mənbə: Ermənistan KİV

  • Bakıda ayıq sürücü müştərinin “Land Rover”indən oğurluq etdi

    Bakıda ayıq sürücü müştərinin “Land Rover RR Sport” markalı avtomobildən oğurluq edib.

    Hadisə ilk dəfə Xətai rayonu, Sabit Orucov 1188 ünvanında yerləşən “Şır-Şır” restoranın qarşısında baş verib.

    Belə ki, 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş Cavid Nərimanov (ad-soyad şərti) 15 oktyabr 2023-cü il tarixində, saat 00:32 radələrində sözügedən restorana içkili müştərinin avtomobilini idarə edilməsi üçün çağrılıb.

    “Land Rover RR Sport” markalı avtomobillə üç nəfər müştərini Səbail rayonu, Badamdar qəsəbəsinə aparıb. Yolda avtomobilin sahibinin içkili olduğunu bilən Cavid Nərimanov pul qabına əlini ataraq bir ovuc pulu götürüb. Müştəriləri düşürdükdən sonra pulu cibinə qoyub və dərhal yaşadığı ünvana gedib. Evində bilib ki, müşətəridən 650 manat pul oğurlayıb.

    Polis tərəfindən saxlanılan ayıq sürücü barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Şikayətçi də onu bağışladığını bildirib.

    Məhkəmənin qərarı ilə Cavid Nərimanov Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib və 480 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.
    //qaynarinfo

  • FHN “işə düzəldən” şəxsə cəza verildi

    Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə pulla “işə düzəldən” şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Yusif Əhmədov (soyad şərti) Aysel adlı tanışından qardaşını FHN-nə işə düzəltmək adı ilə Nərimanov rayonunda yerləşən “Badamar Plaza”da 7 min manat pul alıb.

    Yusif Ayselə qardaşını Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə sürücü vəzifəsinə təyin etdirəcəyinə dair vəd verərək aldığı 7 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

    Məhkəmənin qərar ilə Yusif Əhmədova 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 4.000 manat cərimə təyin edilib.

  • Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)

    Azərbaycanda iri ticarət mərkəzi – “Crescent Mall”un istifadəyə veriləcəyi tarix açıqlanıb.

    Banker.az-ın məlumatına görə, Crescent Mall 28 may 2024-cü il tarixində fəaliyyətə başlayacaq.

  • Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)

    Əməkdar artist Yusif Mustafayev yeni açıqlaması ilə diqqət çəkib.

    “Xəzər axşamı” proqramına qonaq olan ifaçı dostlarının ona xeyli miqdarda pul borclu olduğunu bildirib.

    Sənətçi qeyd edib ki, bir dostu ona 60 000 AZN, digəri isə 51 000 AZN borcludur.

    İfaçı vurğulayıb həmin şəxslər imkanlı olduğu halda 12-13 ildir ondan aldıqları borcu geri qaytarmırlar.
    //Baku.ws

  • AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

    Avropa Parlamenti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə Aİ-nin alətlərini gücləndirən qanunlar paketini qəbul edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

    Yeni qanunlar qanuni maraqları olan insanların, o cümlədən jurnalistlərin, media mütəxəssislərinin, vətəndaş cəmiyyəti təşkilatlarının, səlahiyyətli orqanların və nəzarət orqanlarının milli reyestrlərdə və münasibətlərdə saxlanılan benefisiar sahiblik məlumatlarına dərhal, filtrsiz, birbaşa və sərbəst çıxışını təmin edəcək. Cari məlumatlara əlavə olaraq, reyestrlərə ən azı beş illik məlumatlar da daxil ediləcək.

    Qanunlar həmçinin maliyyə kəşfiyyatı bölmələrinə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsini təhlil və aşkar etmək, şübhəli əməliyyatları dayandırmaq üçün daha çox səlahiyyət verir.

    Yeni qanunlar müştərilərə qarşı gücləndirilmiş yoxlama və şəxsiyyət yoxlama tədbirləri tətbiq edir, bundan sonra öhdəliyi olan qurumlar (məsələn, banklar, aktiv və kriptovalyuta menecerləri və ya daşınmaz əmlak agentləri) şübhəli fəaliyyət barədə maliyyə kəşfiyyatı bölmələrinə və digər səlahiyyətli orqanlara məlumat verməlidirlər.

    2029-cu ildən etibarən investorlar və ya sponsorlarla yüksək dəyərli maliyyə əməliyyatlarında, o cümlədən reklamçılar və oyunçu transferlərində iştirak edən yüksək səviyyəli peşəkar futbol klublarından da müştərilərinin şəxsiyyətini yoxlamaq, əməliyyatlara nəzarət etmək və hər hansı şübhəli əməliyyatlar barədə məlumat vermək tələb olunacaq.

    Qanunvericilik həmçinin, həddindən artıq varlı şəxslərə qarşı sayıqlığın artırılması (ümumi sərvət ən azı 50 000 000 avro), nağd ödənişlər üzrə ümumavropa limiti 10 000 avro, habelə məqsədyönlü maliyyə sanksiyalarına əməl olunmasını təmin etmək və bu sanksiyalardan yayınmamaq üçün tədbirləri ehtiva edir.

    Bildirilib ki, Avropa İttifaqının ən təhlükəli cinayətkar qruplarının üçdə birindən çoxu öz gəlirlərini daşınmaz əmlak vasitəsilə yuyur.

    Bundan əvvəl İtaliya, Avstriya, Rumıniya və Slovakiyada koronavirus pandemiyasından sonra Aİ-nin iqtisadi bərpa fondu ilə bağlı irimiqyaslı fırıldaqçılıqla bağlı aparılan geniş araşdırma çərçivəsində bir sıra həbslər həyata keçirilib.

  • Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb

    Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

    Hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “VAZ 2106” markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə hüquqpozmalara qarşı nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cari il ərzində görülən tədbirlərlə tütün məmulatlarından istifadə qaydalarını pozan 97, qanunsuz küçə ticarəti ilə məşğul olan 17, məişət tullantılarını urnalardan kənara atan 19, qanunsuz ağac kəsən 2 və yerin təkinindən istifadə qaydaları pozan 1 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

    Həmçinin, ətraf mühiti çirkləndirən, baytarlıq haqqında qanunvericiliyin tələblərinə riayət etməyən və digər inzibati xətalara yol verən ümumilikdə 88 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • В Анкаре на фармацевтической фабрике вспыхнул пожар

    В Анкаре на предприятии по производству лекарственных препаратов вспыхнул пожар.

    Как сообщает Median.Az со ссылкой на İHA, предприятие горит в районе Акьюрт.

    На месте происшествия работают пожарные бригады. Причины возгорания пока неизвестны.

  • Ankarada fabrik yanır

    Türkiyənin paytaxtı Ankara şəhərinin Akyurt rayonunda fabrik yanır.

    Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

    Yanğının səbəbi hələ ki məlum deyil.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.