Month: April 2024

  • Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb – FOTO

    Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident Sadır Japarovu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

  • Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

    Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Kilian Mbappe şəxsi rekorda imza atdı

    PSJ-nin fransız hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.

    Fransa çempionatının 29-cu turunun 4:1 hesabı ilə başa çatan “Loryan”la matçında Mbappe qol vurub və məhsuldar ötürmə edib. Beləliklə də fransalı hücumçu cari mövsümdə bütün yarışlarda 43-cü qolunu vuraraq, bu göstərici üzrə rekorda imza atıb.

    Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

    Bu mövsüm Mbappe bütün turnirlərdə 43 matçda iştirak edib, 43 qol vurub, 10 məhsuldar ötürmə edib.

    Mənbə: Championat.com

  • Şarl Mişel COP29-a dəvət edildi

    Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

    Bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov özünün “X” sosial şəbəkəsində yazıb.

  • РФ готова оказать Баку и Еревану содействие в решении вопросов с памятниками в Карабахе

    Российская сторона готова оказать Азербайджану и Армении содействие в разрешении вопросов с разрушенными памятниками на территории Карабахского региона.

    Об этом заявила на брифинге официальный представитель МИД РФ Мария Захарова.

    “Учитывая регулярные взаимные обвинения Армении и Азербайджана в связи с уничтожением памятников культуры, памятников истории, религиозных объектов, мы призываем Баку и Ереван сделать этот вопрос темой двусторонних переговоров. Со своей стороны готовы оказать любое необходимое содействие по данной теме”, – сказала дипломат.

    Источник: ТАСС

  • Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

    “Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

    “Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və İrəvanı bu məsələni ikitərəfli danışıqların mövzusuna çevirməyə çağırırıq. Biz də öz tərəfimizdən bu mövzu ilə bağlı istənilən yardımı göstərməyə hazırıq”, – deyə diplomat bildirib.

    Mənbə: TASS

  • “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?

    Bir neçə ölkənin vətəndaşları Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktının təşkilində iştirak edib və digərləri ilə yanaşı kriptovalyutadan istifadə edərək onu maliyyələşdiriblər.

    Bu barədə “Rosfinmonitorinq”in (Rusiyada Maliyyə Monitorinqi üzrə Federal Xidmət) rəhbəri Yuri Çixançin məlumat verib.

    “İstintaq tədbirləri hələ başa çatmayıb, lakin ilkin nəticələr göstərir ki, terror aktının təşkilində bir sıra ölkənin vətəndaşları iştirak ediblər və terror aktının maliyyələşdirilməsi müxtəlif vasitələrlə, o cümlədən kriptovalyutadan istifadə etməklə həyata keçirilib”, – deyə qeyd olunub.

    Bundan əvvəl “Rosfinmonitorinq”in rəhbəri qeyd edib ki, bir çox ölkə “Crocus”da terror aktının araşdırılmasında Rusiyaya kömək etməyə hazırdır, çünki onlar terrorizmin bir fenomen kimi inkişafının qarşısını almaqda maraqlıdırlar.

    Mənbə: TASS

  • Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”

    “Moskva təəssüf edir ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı əsassız ictimai tənqidlərə yol verməkdə davam edir”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Baku TV-nin əməkdaşı Səbinə Dadaşovanın İrəvanın KTMT-nin mövqeyini tənqid etməsini şərh edərkən deyib.

    O, Ermənistan hökumətinin KTMT-yə qarşı ictimai tənqidə davam etməsindən təəssüfünü bildirib.

    “Təkcə tənqid yox, əlbəttə, tənqid etmək olar, lakin burada söhbət əsassız tənqiddən gedir”, – deyə Zaxarova vurğulayıb.

    Onun sözlərinə görə, təşkilatın katibliyi KTMT-nin nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq respublika qarşısında bütün öhdəliklərin qorunduğunu təsdiqləyib.

    XİN sözçüsü təşkilatın 30 il ərzində Cənubi Qafqazda effektivliyini sübut etdiyini və Qərb hərbi-siyasi bloklarının fəaliyyətinin əksinə KTMT-nin milli suverenliyi nəzərə aldığını xatırladıb.

    “Ermənistan-Azərbaycan sərhədi məsələsində, bildiyimiz kimi, həm Bakı, həm də İrəvan 1991-ci il Alma-Ata Bəyannaməsini rəhbər tutmağa razılaşıblar. Ermənistan rəhbərliyinin özü də etiraf edir ki, delimitasiya danışıqları çərçivəsində yerlərdə Azərbaycanla sərhəd xəttini dəqiqləşdirmək lazımdır. İrəvan mübahisəli ərazilər və anklavlarla bağlı məsələlərin həll edilməli olduğunu qəbul edir”, – deyə Zaxarova əlavə edib.

    O, bildirib ki, Ermənistan rəhbərliyinin özü müəyyən yaşayış məntəqələrini Azərbaycana qaytarmaq qərarına gəlib və burda KTMT-ni edəcəyi bir iş yoxdur.

    XİN sözçüsü həmçinin regionun təhlükəsizliyi məsələsinə toxunub və bildirib ki, Qərbin ayrı-ayrı ölkələrinin regiona girmə cəhdləri var. Zaxarovanın sözlərinə görə, onlar Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə deyil, əksinə sabitliyi pozmağa, dövlətçiliyə qarşı informasiya toplamağa və iqtisadi mənfəət qazanmaq üçün regiondakı vəziyyəti izləmək üçün girirlər, regionda casusluq fəaliyyəti həyata keçirirlər.

    O vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqı missiyasının əsl motivlərinə heç vaxt şübhə etməyib.

    “Bu cür tendensiyalar, şübhəsiz ki, artıq regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir”, – deyə Zaxarova vurğulayıb.

    “Qərb sülhməramlı şüarı altında hansı ölkədə görünübsə, nəticə kədərli olub – yeni münaqişələr yaranıb, köhnələri yenidən alovlanıb. Təəssüf ki, başqa nümunələr yoxdur”, – deyə Zaxarova sözlərini yekunlaşdırıb.

  • Elmira Süleymanova vəfat etdi

    Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

    “Report”un məlumatına görə, o, 87 yaşında dünyasını dəyişib.

    Hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.

    Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

    O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

  • Ильхам Алиев и Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме – ФОТО

    25 апреля Президент Азербайджанской Республики Ильхам Алиев и президент Кыргызской Республики Садыр Жапаров побывали в крепости Шахбулаг в Агдаме.

    Об этом сообщает АЗЕРТАДЖ.