Month: April 2024

  • Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı – RƏSMİ

    Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb.

    Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin yaydığı məlumatda bildirilib.

    Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.

    “Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının səkkizinci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar”, – məlumatda qeyd olunub.

  • Əliyar Ağayev Fatih Terimin komandasının oyununda

    Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununa təyinat alıb.

    FIFA referisi çempionluq qrupunun “Panatinaikos” – “Aris” matçına təyinat alıb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

    Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

    Qarşılaşma 28 aprel tarixində Bakı vaxtilə saat 21:30-da start götürəcək.

    Qeyd edək ki, “Panatinaikos”un baş məşqçisi türkiyəli mütəxəssis Fatih Terimdir.

  • Bakıda işıqforlarla bağlı ilk – FOTO

    Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Məlumata görə, məqsəd fərdi mobillik vasitələrinin təşviqi və istifadəçilərin təhlükəsizliyini artırmaqdır.



  • Центробанк Турции принял решение по учетной ставке

    Центральный банк Турции сохранил учетную ставку на уровне 50%.

    Об этом говорится в сообщении регулятора по итогам заседания Совета по монетарной политике.

    Центробанк Турции в июне прошлого года впервые более чем за два года повысил учетную ставку с 8,5% до 15%, после чего он регулярно пересматривал ее в сторону повышения. В марте регулятор повысил ее с 45% до 50%. Иными словами, с прошлого года по настоящее время учетная ставка увеличена в восемь раз.

    Источник: tcmb.gov.tr

  • Türkiyədə lirə ilə bağlı mühüm qərar

    Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Yaşar Fatih Karahanın rəhbərliyi ilə idarə heyətinin toplantısı keçirilib.

    İdarə heyətinin toplantısında verilən qərara əsasən, TCMB uçot faiz dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb.

    Qeyd edilib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın əsas tendensiyasını azaldacaq və inflyasiyanı ortamüddətli dövrdə beş faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini təmin edəcək şəkildə veriləcək.

    Xatırladaq ki, TCBM bundan əvvəl uçot faiz dərəcəsini beş faiz bəndi artıraraq 45 faizdən 50 faizə çatdırıb.

    Ötən ildən indiyə kimi uçot faiz dərəcəsi səkkiz dəfə artırılıb.

    Mənbə: Tcmb.gov.tr

  • Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb – FOTO

    Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Qeyd olunub ki, “MİRAS20-İM” MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,5 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

    Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu üzə çıxıb.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

  • Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

    Median.Az nazirliyə istinadən xəbər verir ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

    Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 721 reys həyata keçirilib, 29361 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi

    Moskvanın Tver Rayon Məhkəməsi rusiyalı bloqer və teleaparıcı Anastasiya İvleyevanı Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi ilə cərimələyib.

    Bu barədə məhkəmədən məlumat verilib.

    “Məhkəmə İvleyevanı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi (Rusiyanın və onun vətəndaşlarının maraqlarını qorumaq üçün Rusiya Federasiyası Silahlı Qüvvələrini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər) üzrə təqsirli bilib. Ona 50 min rubl (921 manatdan çox) məbləğində cərimə kəsilib”, – deyə məhkəmədən bildirilib.

    Xatırladaq ki, daha əvvəl İvleyeva Moskvanın gecə klublarından birində çılpaq toplantı təşkil etməyi ilə gündəmə gəlmişdi.

    Mənbə: TASS

  • Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq

    “Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların layihələrini dəstəkləyən xüsusi investisiya mənbələri və əlavə güzəştli kreditlər sistemini hazırlayıb təqdim etməyə hazırlaşır”.

    “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarovun 25 aprel – Sahibkarlar Günü ilə bağlı müraciətində bildirib.

    Nazir sahibkarları işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında biznes qurmağa dəvət edib.

    “Dövlət daima sahibkarın yanındadır”, – deyə o qeyd edib.

  • İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib

    Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib.

    Əklil sənətçinin məzarı önünə qoyulacaq.

    Qeyd edək ki, Ə.Məmmədov fevralın 25-də 92 yaşında vəfat edib. O, birinci Fəxri xiyabanda dəfn olunacaq.