Month: April 2024

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,16 доллара (0,18%) и составила 89,49 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена барреля нефти определена на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti cüzi bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə 0,16% və ya 0,18 ABŞ dolları artaraq 89,49 dollar təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • “Atletik”in əfsanəsi komandanı tərk edir

    İspaniya təmsilçisi “Atletik Bilbao”nun yetirməsi İker Munyain komandanı tərk edir.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    İker “Bilbao”da 15 mövsüm oynayıb, 557 qarşılaşmada iştirak edib. Munyain komanda ilə birlikdə İspaniya kuboku ilə yanaşı, 2 dəfə ölkə superkubokunu qazanıb.

    Xatırladaq ki, yarımmüdafiəçinin 31 yaşı var və o, 2009-cu ildən “Atletik”də çıxış edib.

  • Hugo Boss уходит из России

    Правительственная подкомиссия по иностранным инвестициям одобрила сделку по продаже российского бизнеса производителя одежды и аксессуаров Hugo Boss компании АО “Стокманн”.

    Об этом сообщил замглавы Минпромторга Российской Федерации Виктор Евтухов.

    Одним из условий сделки стало сохранение всех рабочих мест в Hugo Boss, добавил он.

    Ожидается, что сделка будет закрыта в III квартале 2024 года после завершения необходимых юридических и административных процедур. Тогда же в стране будут открыты магазины ритейлера.

    Источник: “Интерфакс” (Россия)

  • Məşhur dünya brendi Rusiyanı tərk edir

    Xarici investisiyalar üzrə hökumətin alt komitəsi geyim və aksesuar istehsalçısı “Hugo Boss” şirkətinin Rusiya biznesinin “Stockmann” ASC-yə satılmasını təsdiqləyib.

    Bu barədə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin rəhbərinin müavini Viktor Yevtuxov məlumat verib.

    Əməliyyatın zəruri hüquqi və inzibati prosedurlar tamamlandıqdan sonra 2024-cü ilin üçüncü rübündə bağlanacağı gözlənilir. Eyni zamanda ölkədə pərakəndə satış mağazaları açılacaq.

    Mənbə: interfaks

  • Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri

    Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır.

    Bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər.

    Onların sözlərinə görə bağdakı işlər, həmçinin narahatlığı azaldır və psixoz hücumları yatırdır.

    Maraqlıdır ki, tədqiqat nəticələri bütün dünyada müxtəlif yaşlarda olan kişilər və qadınlar üçün eyni olub.

    Mənbə: The Standard

  • İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi

    İlon Mask Hindistan və Meksikada yeni “Tesla” fabriklərinin tikilməsi planlarını təxirə salmaq və istehsalı artırmaq üçün mövcud müəssisələrdən daha fəal istifadə etmək qərarına gəlib.

    ABŞ elektrik avtomobil istehsalçısı 2024-cü ildə avtomobil istehsalını 2023-cü illə müqayisədə 1,5 dəfə artıraraq təxminən üç milyon ədədə çatdırmağı gözləyir.

    Bu yaxınlarda “Tesla” dəyəri iki milyard dollardan üç milyard dollara qədər olan elektrikli avtomobil istehsalı obyektinin tikintisi üçün potensial sahələri qiymətləndirmək üçün ABŞ-dən Hindistana mütəxəssislər qrupu göndərməyi planlaşdırmışdı.

    İlon Maskın özü aprelin 21-22-də baş nazir Narendra Modi ilə görüşmək üçün Hindistana gəlməli idi. Lakin səfərə az qalmış iş adamı planlarını dəyişib.

    Mənbə: Gazeta.ru

  • Около 300 человек отравились после посещения фестиваля в Германии

    В германском Штутгарте около 300 человек с признаками отравления обратились к медикам. Все они были на весеннем фестивале и покупали там еду.

    Согласно информации, гости мероприятия жаловались на диарею, рвоту и тошноту. На место, где проводился фестиваль, прибыли специалисты Департамента здравоохранения – они взяли образцы продуктов питания.

    Среди пострадавших – семь друзей, они посещали фестиваль в выходные, ели курицу-гриль и пили спиртное. На следующий день они почувствовали симптомы отравления.

    Стоит отметить, что Штутгартский весенний фестиваль – ежегодное мероприятие, посвященное приходу весны. Оно проходит с конца апреля по начало мая. Там можно приобрести местное пиво, попробовать фирменные блюда немецкой кухни, а также посмотреть на музыкальные и культурные шоу.

    Источник: octagon.media

  • Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

    Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib.

    Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar.

    Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtli içki içiblər. Ertəsi gün onlar zəhərlənmə əlamətləri hiss ediblər.

    Kütləvi zəhərlənmənin səbəbi araşdırılır.

    Mənbə: Stuttgarter Zeitung

  • Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? – ARAŞDIRMA (VİDEO)

    Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb.

    Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb.

    Həkim Elnurə Mustafayeva bildirib ki, hamiləliyin qeysəriyyə əməliyyatı ilə sonlandırılmasının səbəbləri müxtəlif ola bilər.

    E. Mustafayeva vurğulayıb ki, tibb elminin inkişafı ilə əvvəlki illərdə təsbit olunmayan xəstəliklərin üzə çıxarılması da bir çox hallarda qeysəriyyə əməliyyatına göstəriş yaradır.

    Qeyd edək ki, qanunvericiliyə əsasən, körpənin qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gətirilməsinə ancaq tibbi göstəriş olduğu halda icazə verilir. Bu əməliyyatı qeyri-qanuni yolla həyata keçirənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Daha ətraflı “Xəzər Xəbər”in süjetində: