Month: April 2024

  • Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur

    Rusiyanın Kama vilayətində Yayva kənd sakinini zorlamaqda və qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı məktəbli saxlanılıb.

    İstintaq xarici müşahidə kameralarından istifadə edərək müəyyən edib ki, yeniyetmə 21 yaşlı qadınla meşədə olub. Qadının çılpaq cəsədi uşaq bağçasının yaxınlığındakı arxdan tapılıb.

    İstintaq Komitəsindən verilən məlumata görə, qadının qətlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmamış, 2008-ci il təvəllüdlü yerli sakin saxlanılıb.

    Mərhum aprelin 20-dən axtarılıb. Həmin gün səhər əri ondan balıq ovuna getmək üçün soxulcan toplamağı xahiş edib. Qadın oğlunu nənə və babası ilə qoyaraq yaxınlıqdakı meşəyə gedib. Onun meyiti aprelin 23-də tapılıb.

    Mənbə: news.ru

  • Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər – VİDEO

    Sakinlər üfunət, həşəratların əlindən bloklara girib-çıxmağın mümkün olmadığını deyirlər.

    Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə Təbriz küçəsi 3 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisi çirkab suların içindədir.

    Binada yaşayanlar bildirirlər ki, aidiyyəti quruma vaxtında ödəniş etsələr də, keyfiyyətli xidmət görmürlər.

    Beşmərtəbəli bina 40 mənzildən ibarətdir. Göz önündə olan problemlə bağlı aidiyyəti qurumlar dəfələrlə məlumatlandırılsa da, illərdir vəziyyət dəyişməz olaraq qalır.

    Mingəçevir Sukanal İdarəsinin rəisi Samir Əliyevin sözlərinə görə, həmin ərazidə dövlət proqramına əsasən su və kanalizasiya xətlərinin yenidən qurulması işləri aparılır.

    Su xətlərinin işləri tamamlanıb. Kanalizasiya xətlərində isə işlər başa çatmayıb. Buna baxmayaraq, sözügedən ünvana baxış keçiriləcək və sakinlərin probleminin həlli üçün addımlar atılacaq.

    Ətraflı süjetdə:

  • Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi

    Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən yapışmadığını və yalnız ətrafında xəyanət etməyəcək adam olduqda təqaüdə çıxmağa hazır olduğunu bəyan edib.

    O, Ümumbelarus Xalq Məclisinin sədri seçildikdən sonra bu barədə danışıb.

    “30 il hakimiyyətdə qalmaq az deyil. Bu müddət ərzində biz sizinlə çox işlər görmüşük. Amma bu vəzifənin nə birindən, nə də ikincisindən yapışmıram, sadəcə yaxşı olmasını istəyirəm”, – dövlət başçısı bildirib.

    Lukaşenko belaruslara əmin edib ki, ətrafında xəyanət etməyəcək, heç nəyi, hətta öz həyatını da nəzərə almayacaq bir adam olduqda hakimiyyətdən gedəcək.

    Mənbə: TASS

  • Во Франции уничтожили 2 млн бутылок минералки из-за заражения бактериями

    Компания Nestlé Waters уничтожила 2 млн бутылок минеральной воды Perrier из-за заражения скважины, в которой добывают воду, бактериями фекального происхождения.

    Об этом сообщает газета Le Monde со ссылкой на заявление компании.

    Партию минералки уничтожили в качестве меры предосторожности. Бактериальное заражение воды кишечными и синегнойными палочками обнаружили ранее на площадке компании во французском городе Вержезе. Власти города потребовали от Nestlé немедленно прекратить эксплуатацию скважины.

    По данным компании, заражение воды произошло из-за сильных дождей во время урагана Моника в марте.

    В феврале 2024 года европейская ассоциация защиты прав потребителей Foodwatch подала иск к компании Nestlé. В ассоциации заявили, что производитель использует на заводах во Франции запрещенные методы очистки воды марок Vittel и Perrier.

    Французское подразделение Nestlé очищало загрязненную воду с помощью ультрафиолета и угольных фильтров. Такие методы очистки считаются достаточными для обеспечения чистоты водопроводной воды, однако не используются в Евросоюзе для производства бутилированной минеральной воды.

    Источник: РБК

  • Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib

    Fransada “Nestlé Waters” su quyusunun nəcis bakteriyaları ilə çirklənməsi səbəbindən iki milyon şüşə “Perrier” mineral suyunu məhv edib.

    Bu barədə şirkət bəyanat yayıb.

    Bildirilir ki, mineral su partiyası ehtiyat tədbiri olaraq məhv edilib.

    Bundan əvvəl Fransanın Verjez şəhərində şirkətin ərazisindəki suyun bağırsaq çöpü və sineqnoy çöpü ilə bakterial çirklənməsi aşkar edilib. Şəhər rəhbərliyi “Nestle”dən quyunun istismarını dərhal dayandırmağı tələb edib.

    Şirkətin məlumatına görə, suyun çirklənməsi mart ayında “Monika” qasırğası zamanı güclü yağışlar nəticəsində baş verib.

    Qeyd edək ki, 2024-cü ilin fevralında “Foodwatch” İstehlakçıların hüquqlarının müdafiəsi üzrə Avropa Assosiasiyası “Nestle”ni məhkəməyə verib. Assosiasiya bildirib ki, istehsalçı Fransadakı fabriklərdə “Vittel” və “Perrier” markaları üçün suyun qadağan olunmuş təmizlənmə üsullarından istifadə edir.

    Belə ki, “Nestle”nin Fransa bölməsi çirklənmiş suyu ultrabənövşəyi işıq və kömür filtrlərindən istifadə edərək təmizləyib. Bu cür təmizləmə üsulları kran suyunun saflığını təmin etmək üçün kifayət hesab olunur, lakin Avropa İttifaqında şüşə mineral suyun istehsalı üçün istifadə edilmir.

    Mənbə: Le Monde

  • Впервые в истории: найдено лекарство от опасной болезни

    Минздрав России зарегистрировал первый в мире препарат для лечения болезни Бехтерева, он показал высокий профиль эффективности и безопасности.

    Об этом сообщили журналистам в пресс-службе министерства.

    Болезнь Бехтерева – хроническое заболевание, при котором антитела принимают хрящевую ткань и суставы организма за инородные тела. Боль и скованность в позвоночнике может привести к ограничениям в подвижности.

    “После регистрации препарата компания-производитель может начать его промышленное производство”, – говорится в сообщении.

    Препарат разработали ученые Российского национального исследовательского медицинского университета (РНИМУ) имени Н.И.Пирогова Минздрава России, Института биоорганической химии имени академиков М.М.Шемякина и Ю.А.Овчинникова РАН совместно с отечественной фармацевтической компанией “Биокад”.

    “Разработанный препарат позволяет уничтожать патологические Т-лимфоциты, атакующие собственные клетки организма. Начальные клинические исследования подтвердили, что развитие заболевания останавливается, без снижения активности иммунной системы организма в целом”, – пояснили в Минздраве.

    Ранее Всемирная организация здравоохранения присвоила препарату против болезни Бехтерева международное непатентованное наименование сенипрутуг. Под этим названием будет распространяться информация о препарате среди медицинских и фармацевтических работников в любой точке мира.

    Источник: ТАСС

  • Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı

    Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı Rusiyada sınaqdan keçirilib.

    Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib.

    Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb ola bilər. Xəstəlik omba kimi digər oynaqlarda özünü göstərir, xəstəlik ən çox 40 yaşdan aşağı yaşlı insanlarda özünü göstərir.

    Xəstəlik rus psixiatr, nevroloq və fizioloq Vladimir Bexterevin adını daşıyır.

    Mənbə: Rbc

  • Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

    Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Naxçıvanın yeni baş naziri kimdir? – DOSYE

    Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub.

    Median.Az yeni baş nazirin dosyesini təqdim edir:

    Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

    2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.

    2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində “bp Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

    1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

    2023-cü ilin mart ayında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

    Evlidir, iki övladı var.

  • Naxçıvan MR-in baş naziri işdən azad olundu – YENİ TƏYİNAT (FOTO)

    Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub.

    APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib.

    Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub.

    Fotoda Ceyhun Cəlilov