Month: April 2024

  • Masazırda evdə yanğın olub

    Masazırda evdə yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 kvadratmetr olan ikimərtəbəli dörd otaq və qarajdan ibarət evin birinci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

    Yüksək temperaturdan ikinci mərtəbənin bir otağında bir ədəd televizor və bir ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Azərbaycanda yeni kollec yaradıldı

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılıb.

    Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

    Yeni kollec Kənd Təsərrüfatı Nazirliyinin təklifinə əsasən yaradılıb.

  • Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)

    Azərbaycanda 1, 3 və 5 qəpiklər digər nominallarla müqayisədə daha az istifadə olunur.

    Bəzi şəxslər gündəlik alış-veriş zamanı onlara təqdim olunan bu qəpikləri götürməkdən imtina edirlər.

    Bəs, qəpiklərə belə laqeyd mövqe yarandığı təqdirdə bu pul vahidlərinə ehtiyac varmı?

    Ekspertlər hesab edir ki, bu qəpiklər dövriyyədən çıxarılacağı təqdirdə iqtisadi inflyasiya qaçılmaz olacaq.

    Ətraflı aztv-nin hazırladığı videomaterialda izləyə bilərsiniz:

  • Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? – 24 aprel şousu (FOTO)

    Məlumdur ki, 2001-ci ilə qədər rəsmi Vatikan 1915-ci ildə Osmanlı imperiyası daxilində baş verən hadisələrlə bağlı “soyqırım” sözünü işlətməyib. 2001-ci ildə Roma Papası 2-ci İohan Pavel ilə Patriarx 2-ci Qareginin yaydığı bəyannamədə ilk dəfə “soyqrımı” sözü işlədilib. Bundan sonra Vatikan siyasətini dəyişdirdi. Niyə birdən birə Papa bi ifadəni işlətdi?

    Papalığın bütün maliyyə sistemi rəsmi olaraq Dini İşlər İnstitutu (IOR) kimi tanınan Vatikan bankı üzərində qurulub. Bu bankın fəaliyyətinə nəzər salanda Dini istiqamətdə xərclənən pullardan çox çirkli pulları yumaq, Papanı bir çox işlərdə razı salmaq üçün böyük məbləğli korrupsiya məsələləri ilə görmək olar.

    Hazırda Avropada “Dünyanın ən məxfi bankı” kimi də tanınan IOR çirkli pulların yuyulması və korrupsiya ilə tanınır. IOR ilə bağlı ən böyük qalmaqallardan biri onun əsas səhmdarı olduğu Ambrosiano Bankın Siciliya mafiyası üçün çirkli pulların yuyulmasında ittiham olunması idi. Çox uzaq zamana getməyək, elə 2022-ci ildə Roma Baş Prokurorluğunun araşdırma hesabatında Dini İşlər İnstitutu (IOR) adı altında fəaliyyət göstərən Vatikan Bankının bəzi köçürmə əməliyyatlarında Aİ ölkələrində çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlmiş qaydaları pozduğu təsdiqlənib. İstintaq çərçivəsində, keçən ay pulların yuyulması əməliyyatı şübhəsi ilə IOR-dan JP Morgan Frankfurt və Fucino banklarına köçürülən 23 milyon avroya həbs qoyan prokurorluq, təxminən 140 milyon avro məbləğində pul köçürmə əməliyyatlarını da yoxlamağa qərar vermis idi.

    Məhz bu banka 2001-ci ildə 25 milyard dollarlıq bir köçürülmə baş verir. Köçürülümə İsveçrə banklarından birinin vasitəsilə baş verib və köçürməni edən isə Amerikalı milyarder Kirk Kirkoryan idi. Bu pul hansı məqsədlə köçürülüb. Kirkoryan ABŞ-də Fresno şəhərində (Kaliforniya ştatı)-da anadan olub. 1800-cü illərin sonunda Maraşdan ABŞ-yə köç etmiş bir ailənin övladı idi. Atası Aharon Qriqoryan, anası Liliya Qriqoryandır. Böyük biznesə malik olan Kirkoryan 9 yaşında Türklərin düşməni olaraq çıxışlar etməyə başlayıb. Bütün var dövlətini Türkiyə və hazırda da Azərbaycan əleyihinə yönəldib. Qarabağ işğalda olanda 80 milyon dollar Xankəndi-Şuşa-Laçın yolunun çəkilməsinə xərcləyib.

    O, Vatikana kiçik miqdarlarda maliyyə yardımı edərək Papa II İohann Pavelin diqqətini cəlb edir və onunla görüşməyə razı olur. Görüş zamanı əldə edilən razılıq belə idi:

    1. Vatikan Gizli Arxivlərində bolqar əsilli polkovnik Panço Dorefin təqdim etdiyi sənədlərin üzə çıxarılmaması (qeyd edim ki, 1931-ci ildə erməni məsələsi ilə bağlı sənədlərin Bolqarıstana, oradan da Vatikana qaçıran şəxsdir)

    2. Erməni Katolik Kilsəsini ziyarət edən Apostol kilsəsinin nümayəndəsi monsinyor Jovanni Naslian tərəfindən Papanın katibi, kardinala yazdığı hesabat üzə çıxarlmır. Çünki həmin hesabatda əldə etdiyimiz bir məktubda Jovanni Naslian Papaya yazır “”Erməni Katolik Kilsəsi katoliklərin Türk hökumətinə çətinlik yaratmayacağı təminatını verirlər. Türk hökuməti də katoliklərə hər zaman yaxınlıq göstərdiyini bəyan edir. Katolikləri sadiq və güvəniləsi təbəələri kimi tanıdıqlarını rəsmən qeyd edirlər.” (məktubun surətindən bir hissə statusa əlavə edilir)

    3. Vatikanın Osmanlı dövləti ilə yazışmaları üzə çıxarlmır

    4. 1915-ci ildə Vatikanın xüsusi nümayəndələrinin Osmanlı dövlətində apardıqları araşdırmalar üzə çıxarılmır

    5. Papa Ermənistana səfər edir və soyrıqım abidəsini ziyarət edir və soyqırım faktını təsdiq edir.

    6. Bütün bunlar icra edilsə 25 milyard dollar Vatikanın IOR bankına köçürülür.

    Bu müqavilədən sonra Vatikan Gizli Arxivləri Müdiri Sergio Paganonun “Il Messaggero” qəzetində müsahibəsi dərc edilir və Papanın belə qərar qəbul etməsindən qəmgin olduğu ifadə işlədilir.

    Qeyd edək ki, bu, Vatikanın gizli arxivlərində olan, 1915-ci ildə “soyqırım” olmadığını göstərən yüzlərlə sənəd var və onlar 2001-ci ildən bağlı sandıqlarda gizlədilir.

    Roma Papası II İoan Pavel 2001-ci ildə Ermənistanda xristianlığın dövlət dini qəbul olunmasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir və Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin” kütləvi qırğınını yenidən “soyqırım” “adlandırır.

    Papa Fransisk 2015-ci ildə qondarma erməni soyqırımının 100-cü ili səbəbiylə bir dini ayin keçirir.

    Roma Papası Francis bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə Yerevanda “Erməni soyqırımı xatirə kompleksinə” baş çəkir 2016-cı ildə və Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində “erməni soyqırımı” ifadəsindən istifadə edir.

    Bu fakt bir daha sübut edir ki, ermənilərin uydurduğu soyqırım əfsanəsi sadəcə pul gücünə inandırılır insanlara və dünyada Xristian dinin mərkəzi sayılan Vatikan və Papalar pulnan satılan şəxslərdir sadəcə. Din və sairə puldan sonra gəlir onlar üçün

  • Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq

    Sabah Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi rayonu, Binəqədi kəndi və Gülüstan yaşayış massivini təbii qazla təmin edən qaz xəttinin əsaslı təmir olunmuş hissəsinin mövcud qaz xəttinə qoşulması ilə əlaqədar aprelin 25-də saat 10:00-dan etibarən “Binəqədi(Novxanı QRS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun bir hissəsinin (Binəqədi kəndi, 1, 2, 3-cü Mədən ərazisi, Gülüstan yaşayış massivinin 1-14-cü dalanları) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb

    Almaniya Baş Prokurorluğu Mərkəzi Asiyadan olan 7 radikal islamçıya qarşı ittiham irəli sürüb.

    Onlar Tacikistan, Türkmənistan və Qırğızıstan sakinləridir.

    Onların adları hələ ki, açıqlanmayıb.

    Xatırladaq ki, Almaniya polisi onları 2023-cü ilin iyulunda saxlamışdı. Qruplaşma üzvlərinin Avropa ölkələrindən birində terror aktı törətməyi planlaşdırdıqları bildirilirdi.

    Almaniya Baş Prokurorluğundan verilən məlumata görə, şübhəlilər İŞİD nümayəndələri ilə əlaqə saxlayıblar. Eyni zamanda məlum olub ki, islamçıların qanunsuz əməllər törətmək üçün konkret planı olmayıb.
    //report

  • Британские ВМС сообщили о нападении неизвестных на судно у берегов Джибути

    У берегов Джибути произошло нападение на судно.

    Об этом сообщает Центр координации морских торговых перевозок при ВМС Великобритании (UMKTO).

    “UMKTO получил сообщение об инциденте в 72 морских милях к юго-востоку от Джибути. Власти проводят расследование”, – говорится в сообщении.

  • Cibuti sahillərində gəmiyə hücum edilib

    Cibuti sahillərində gəmiyə hücum olunub.

    Bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi (UMKTO) məlumat yayıb.

    “UMKTO Cibutidən 72 dəniz mili cənub-şərqdə insident xəbəri alıb. Səlahiyyətli şəxslər hadisə ilə bağlı araşdırma aparır”, – məlumatda qeyd olunub.

  • Замминистра обороны России по ходатайству следствия арестован на два месяца

    Басманный суд Москвы по ходатайству следствия на два месяца арестовал замминистра обороны России Тимура Иванова.

    Об этом сообщили “Интерфаксу” в пресс-службе суда. Он останется в СИЗО до 23 июня.

    На такой же срок помещен под стражу еще один фигурант дела – знакомый замминистра Сергей Бородин.

    Обоим, по данным суда предъявлено обвинение в получении взятки в особо крупном размере (ч. 6 ст. 290 УК).

    О задержании Иванова стало известно вечером 23 апреля. В Минобороны он курировал вопросы строительства и капитального ремонта ведомственных объектов, отвечал за организацию управления имуществом, расквартирования войск, жилищного и медицинского обеспечения Вооруженных сил.

    По версии следствия, Иванов и Бородин “вступили в преступный сговор с третьими лицами, заранее объединились с ними для совершения организованной группой преступления – получения в особо крупном размере в виде оказания услуг имущественного характера при проведении подрядных и субподрядных работ для нужд Министерства обороны”, сообщили в суде.

  • Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib

    Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

    Bu barədə “İnterfaks”a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, o, iyunun 23-dək istintaq təcridxanasında qalacaq.

    Bu işdə adı keçən digər şəxs – nazir müavininin tanışı Sergey Borodin də eyni müddətə həbs edilib.

    Məhkəmənin rəyinə görə, hər iki şəxs xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub.

    T.İvanovun saxlanması xəbəri aprelin 23-ü axşam saatlarında yayılıb. O, Müdafiə Nazirliyində idarə obyektlərinin inşasına və əsaslı təmirinə nəzarət edib, Silahlı Qüvvələrin əmlakının idarə edilməsi, qoşunların yerləşdirilməsi, mənzil və tibbi təminatın təşkilinə cavabdeh olub.