Month: April 2024

  • Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu məlumatlandırıb.

    Ombudsman səfirlə görüşündə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesində sözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın bu prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

    S.Əliyeva Ombudsman haqqında Qanuna edilmiş son dəyişikliklərdən danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

    Müvəkkil Ermənistanın mina terroruna toxunaraq, basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniya tərəfindən minatəmizləmə sahəsində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

    Son illərdə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər barədə də məlumat verən Ombudsman cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
    //report

  • “Sumqayıt” “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq

    “Sumqayıt” komandası “Qarabağ”a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.

    Bu barədə “Report”a “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

    Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.

    Qeyd edək ki, aprelin 28-də reallaşacaq “Sumqayıt” – “Qarabağ” matçı saat 20:00-da start götürəcək.

  • Ученые ввели новый цвет для шкалы предупреждения об опасной жаре

    Американские ученые из Национальной метеорологической службы и Центров по контролю и профилактике заболеваний представили новую цветовую шкалу для информирования об опасной для здоровья жаре. На ней появился пятый – пурпурный – цвет, обозначающий экстремально высокие температуры.

    Об этом сообщает Associated Press.

    Предыдущая версия инструмента включала белый, желтый, оранжевый и красный уровни, где белый обозначал отсутствие рисков для здоровья из-за температур, а красный – серьезный риск для любого, где лишен доступа к охлаждению и достаточному количеству воды для питья.

    Пурпурный уровень соответствует опасности не только для здоровья, но и для жизни людей. Его планируют объявлять в случаях, когда очень сильная жара длится продолжительное время и не спадает даже ночью.

    По словам специалистов, пять категорий жары основаны на строгих научных числовых значениях. Пороговые показатели были рассчитаны с использованием местных данных о погоде, климате и медицинской статистике в связи с высокими температурами.

    Ученые подчеркнули, что пурпурный уровень тепловой опасности придется объявлять уже в самое ближайшее время, поскольку волны жары год от года ставятся все сильнее и продолжительнее.

  • Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər

    Milli Meteorologiya Xidməti və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən olan amerikalı alimlər təhlükəli istilər barədə məlumat vermək üçün yeni rəng şkalası təqdim ediblər.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Son dərəcə yüksək temperaturu göstərən beşinci rəng bənövşəyidir. Bundan əvvəl ağ, sarı, narıncı və qırmızı xəbərdarlıq səviyyələri mövcud olub. Ağ rəng sağlamlıq riskinin olmadığını, qırmızı isə hər kəs üçün ciddi riski göstərir.

    Bənövşəyi səviyyə təkcə sağlamlıq üçün deyil, həm də insan həyatı üçün təhlükəyə uyğundur.

    Mütəxəssislər deyirlər ki, beş istilik kateqoriyası ciddi elmi faktlara əsaslanır.

    Alimlər vurğulayıblar ki, bənövşəyi istilik siqnalı səviyyəsi çox yaxın gələcəkdə elan edilə bilər, çünki istilik dalğaları hər il daha da güclənir.

  • Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

    Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib.

    AZƏRTAC xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

  • Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi – FOTO

    Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air France” aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

    “Report” xəbər verir ki, bu barədə aeroportun Mətbuat Xidmətindən məlumat verilib.

    Osaka-Paris marşrutu ilə hərəkət edən “Boeing 777” hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

    “Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib.

    Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb”, – məlumatda deyilir.

    Bildirilir ki, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

  • Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir

    “Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir”.

    Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib:

    “Bütün doğru və yanlışlarımızla bizi müharibəyə sürükləmək istəyirlər. Əlimizdə bununla bağlı məxfi informasiya var. Biz hətta NATO-ya üzv dövlətlərdən birinin Baş Qərargah rəisinin bu məsələ ilə bağlı nə düşündüyünü də bilirik. O, düşünür ki, Minskin silahlı qarşıdurmada aktiv iştirakı Belarus və Aleksandr Lukaşenkonun rejimini süquta uğrada bilər”

    ///Apa

  • Ильхам Алиев и Садыр Жапаров принимают участие в церемонии открытия памятника Чингизу Айматову в Баку

    24 апреля Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Кыргызской Республики Садыр Жапаров принимают участие в церемонии открытия памятника выдающемуся кыргызскому писателю Чингизу Айматову в Баку.

    Об этом сообщает President.az.

  • İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir

    Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsinin əsl səbəbinin dövlətə xəyanətdir.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Vajnıye istorii” bir-biri ilə əlaqəsi olmayan FSB-yə yaxın iki mənbəyə istinadən məlumat yayıb.

    “Rüşvət camaat üçündür. Hələlik onlar dövlətə xəyanət haqqında açıq danışmaq istəmirlər – bu, böyük qalmaqaldır: axı, necə də olmasa müdafiə nazirinin müavinidir”, – mənbələrdən biri deyib.

    “Heç kim onu korrupsiyaya görə saxlamazdı. Orada [Kremldə] hamı bu barədə çoxdan bilirdi. Putin bunun məhz vətənə xəyanət məsələsi olduğuna inandıra bildikdən sonra əmr verib”, – başqa mənbə deyir.

    Rusiya hüquq-mühafizə orqanlarının əlində uzun illərdir ki, İvanovla bağlı kompromatlar var. İstintaq Komitəsinin (İK) müstəntiqi bu barədə hələ 2017-ci ildə nəşrin baş redaktoru Roman Aninə danışıb. Onun sözlərinə görə, İstintaq Komitəsinin topladığı materiallar İvanovun “Oboronstroy”un rəhbəri kimi fəaliyyəti ilə bağlı olub. Lakin həmin vaxt Rusiya rəhbərliyi bu materialların ortaya çıxmasına icazə verməyib: Şoyqu İvanovun müdafiəsinə qalxıb.

    “O, şəxsən Yuryevə (FSB-nin Hərbi əks-kəşfiyyat idarəsinin rəisi – Red.) zəng edib və FSB-nin onun yaxının ətrafında iş apardığına görə onu söyüb”, – İstintaq Komitəsinin müstəntiqi bildirib.

    Nəşrin həmsöhbətlərinin sözlərinə görə, FSB-nin Hərbi əks-kəşfiyyat idarəsi İvanova qarşı hazırkı işə operativ dəstək verməklə məşğuldur. “İndi onlar onunla nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edəcəklər və zonada “bitirəcəklər”, ya da ittihamı vətənə xəyanət kimi qiymətləndirəcəklər”, – FSB-yə yaxın mənbə deyir.

    Xatırladaq ki, Timur İvanov aprelin 23-də iş yerində saxlanılıb, bundan bir qədər əvvəl o, Sergey Şoyqunun rəhbərliyi altında Müdafiə Nazirliyinin kollegiyasında iştirak edib. Forbes mənbəsi iddia edir ki, İvanovun təqibi Şoyqunun mümkün gedişindən əvvəl “nazirin yaxınlarının təmizlənməsi”dir.

    Artıq çərşənbə günü Moskvanın Basmannı məhkəməsi onu xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə (RF-nın Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi; səkkiz ildən 15 ilədək həbs) istintaq təcridxanasına göndərib. Onun dostu Sergey Borodin də eyni iş üzrə həbs edilib. Müstəntiqlərin fikrincə, İvanov və Borodin “Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodrat işlərini yerinə yetirərkən” əmlakla xüsusilə külli miqdarda rüşvət almaq üçün üçüncü şəxslərlə iş birliyi qurublar.