Month: April 2024

  • Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI

    “Bu gün bəzi rayonlarda tək-tək hallarda olsa da, qızılca hadisəsi qeydə alınır”.

    “Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva bildirib.

    Onun sözlərinə görə, ötən gün ölkə üzrə 29 hadisə qeydə alınıb: “Rəqəmlər azalmağa doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var”.

    GEM rəsmisi xatırladıb ki, qızılca Azərbaycanda ötən ilin aprel ayından əsasən xaricdən gətirilmə halları ilə bağlı olub: “Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslər arasındadır”.

    A.Əliyeva vurğulayıb ki, hər il təxminən 10% uşaq peyvənddən kənarda qalır: “Bununla da qeyri-immun təbəqə yaranır. Nəticədə hər hansı xəstəliyin alovlanması zamanı yoluxma halları da həddən artıq çox olur”.

  • Karqo şirkətlərindən narazı olanların NƏZƏRİNƏ

    Artıq vətəndaşlar xidmətindən narazı qaldıqları karqo şirkətlərindən tənzimləyici quruma şikayət edə biləcəklər.

    Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı “E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlanıb.

    İstifadəçilər bunun üçün müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

    Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

    Həmçinin adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb.

    Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.

  • Mayın ilk gününün havası açıqlandı

    May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

  • AFFA iki kluba texniki məğlubiyyət verdi

    AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

    Median.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan “Lokomotiv” (Bakı) – “Balaxanı” matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib.

    “Dinamo” (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qzılar Liqasının oyunu çərçivəsində “Neftçi” ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.

  • Nazir onu DYP rəisi TƏYİN ETDİ

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Natiq Həsənov İsmayıllı rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, N.Həsənov bu təyinatadək Ağdaş rayon Polis Şöbəsinin DYP bölməsinin yol-patrul xidmətinin baş inspektoru vəzifəsində çalışıb./publika.az

  • Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib: Saxlanılanlar var

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya-Karantin Mərkəzi”ndə əməliyyat keçirib.

    APA xəbər verir ki, əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanlar var.

  • “Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

    Azərbaycan Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib.

    Median.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilati məsələlərlə əlaqədar olaraq, görüş “Azersun Arena”da oynanılacaq.

    Mayın 4-də oynanılacaq qarşılaşma saat 19:30-da start götürəcək.

    Qeyd edək ki, daha əvvəl matçın Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanmışdı.

  • Məhkəmə Elnarə Qasımova barədə qərar verib

    Məhkəmə “Abzas Media” işi üzrə həbs olunan Elnarə Qasımova barədə qərar verib.

    “Report” xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət təmin olunmayıb.

    Xatırladaq ki, E.Qasımova bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.

    O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

  • Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb

    Bu il aprelin 27-dək 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb.

    Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə aprelin 30-da keçirilən brifinqdə deyib.

    Onun sözlərinə görə, ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları tapılıb. Onlardan da 124-ü 2022-ci ildə, 133-ü isə 2023-cü ildə aşkar edilib:

    “İstintaq zamanı genetik profilləri çıxarılaraq məlumat bankına yerləşdirilməsi və itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən çıxarılan genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair sualların aydınlaşdırılması üçün 362 məhkəmə tibbi-kriminalistik ekspertizası və Ermənistan tərəfindən Şuşa və Xankəndi şəhərlərində təhvil verilmiş meyit qalıqları üzrə 54 (1-i 2024-cü ildə), işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş meyit qalıqları üzrə 71 (20-i 2023-cü ildə, 3-ü isə 2024-cü ildə), ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş şəxslərin meyit qalıqları üzrə 193 (1-i 2023-cü ildə, 8-i isə 2024-cü ildə) olmaqla ümumilikdə 318 (21-i 2023-cü ildə, 12-i isə 2024-cü ildə) məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Onlardan 252 məhkəmə tibbi-kriminalistik və 23 məhkəmə molekulyar-genetik ekspertizalarının rəyləri tərtib edilərək istintaq orqanına təqdim edilib”.

  • Посол Франции вернулась в Азербайджан

    Посол Франции Анн Буайон вернулась в Азербайджан.

    Об этом сообщает АПА со ссылкой на собственный источник.

    По информации, в настоящее время французский дипломат продолжает свою деятельность в Азербайджане.

    Напомним, она была отозвана для консультаций на фоне напряженных отношений между Баку и Парижем. В заявлении МИД Франции было отмечено, что дипломата принял президент Франции Эммануэль Макрон.