Month: April 2024

  • Fransa səfiri Azərbaycana qayıdıb

    Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb.

    APA-nın məlumatına görə, o, ölkəmizdə diplomatik fəaliyyətini davam etdirir.

    Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılmışdı.

    Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.

  • Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar

    Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

    Keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza”, “Üzeyir”, “Xudafərin”, “Neolit City”, “Şahənşah”, “Qaynana”, “Old Manqal”, “Salam Baku”, “Muğam Klub”, “Səhər Mehi”, “Nanə Pub”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat”, “Romanse”, “Veqas”, “Tərlan”, “Orman”, Gəncə şəhərində fəaliyyət göstərən “Tural”, “Kəhraba”, “Söyüdlük”, Göygöl rayonunda fəaliyyət göstərən “Münasib”, Samux rayonunda fəaliyyət göstərən “Çıraq Plaza” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

    Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

  • Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü – VİDEO

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb.

    Görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziyan dəydiyi görünür. Rəşid Behbudov küçəsindəki qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

    Digər hadisə isə Xətai rayonu 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınıb. Qəza nəticəsində 1 ədəd işıqfor dirəyi yararsız hala düşüb. Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır.

  • Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? – VİDEO

    1941-1945 -ci illər aralığında, İkinci Dünya Müharibəsindən sonra SSRİ ərazisində 1 milyondan artıq alman hərbi əsiri var idi .Onların bir hissəsi Azərbaycan ərazisinə gətirilmişdi. Onlar, əsasən, Bakı, Mingəçevir, Göygöl, Gəncə kimi ərazilərdə xüsusi əsir düşərgələrində yerləşdirilirdilər.

    Əsirlər tikinti işlərinə cəlb olunmuşdu. Hökümət evinin, Heydər Əliyev prospektindəki “Saatlı bina”nın, Ağa Nemətulla küçəsindəki bir çox tikililərin inşasında alman əsirlərin əməyindən istifadə olunub. Ağır işlərdə həyatını itirənlər üçün Keşlə qəsəbəsi ətrtafında xüsusi məzalıq salınmışdı. Hazırda həmin qəbiristanlıq Yasamal rayonu ərazisinə köçürülüb.

    ARB-nin “Diqqət efir” verilişi alman əsirlərinin Bakıdakı izləri barədə maraqlı reportaj hazırlayıb.

    Daha ətraflı video məlumatı təqdim edirik:

  • 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq

    Mayın 1-i Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq.

    Bu barədə qərar “Resmi Gazete”də dərc olunub.

    Qərara görə, 1 May Əmək və Həmrəylik Günü və 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Ankara, İstanbul və İzmirdə ictimai nəqliyyat pulsuz olacaq.

  • Bu həftə 6 gün işləyəcəyik?

    Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir.

    Median.Az xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti bayram günləri ilə qeyri iş günlərinin yerlərini dəyişdirir.

    Bəs istirahət günlərinin ardıcıl olması üçün 10 may iş günü 4 may şənbə günüylə əvəz edilə bilərmi?

    Bakıvaxtı.az məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda belə bir məlumat yoxdur.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Июньские фьючерсы на марку WTI подешевели на 0,22% – до 82,45 доллара за баррель, а на Brent – на 0,11%, до 88,3 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin iyun füçersləri 0,22% ucuzlaşaraq bir barelinin qiyməti 82,45 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyun füçersləri isə 0,11% ucuzlaşaraq bir barelinin qiyməti 88,30 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR

    Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən K.Salahovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    İttihama görə, şirkətlərdən birinin direktoru olan K.Salahov öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib.

    Belə ki, o, 10 vətəndaşın evini inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib. Təqsirləndirilən bu adla paytaxt ərazisində həmin şəxslərin ümumilikdə 206 329 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Xətai Rayon Məhkəməsinin hökmü ilə K.Salahov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

  • Saqqalı var, sözü keçmir

    Bu səhər də ölkədəki universitetlər bizi təccübləndirmədi. Bakı Biznes Universitetinin tələbələri saqqallarını qırxmadıqlarına görə qapıda qalıblar. Tələbələr deyəsən bu gün universitet rəhbərliyinin zövqünü oxşaya bilməyiblər. Universitet isə açıqlama yayıb ki, bu bizim daxili qaydamızdır. Məsələ burasındadır ki, tələbələrin xarici görünüşü niyə daxili qaydalarla tənzimlənməlidir axı. Hansısa qızın yubkasının uzunluğu, hansısa oğlanın saqqalı və ya şortiki universitetin müzakirə mövzusu olmamalıdır. Bu günə qədər Bakı Biznes Universitetin hansı akademik uğuru ictimaiyyətdə belə səs küy yaradıb? Mənim yadımda deyil. Bəlkə də heç olmayıb. Bu gedişlə ola da bilməz. Çünki bu və ya başqa universitetlər hələ məişət mövzularından kənara çıxa bilmir.

    Bir dəfə də deputat Tahir Kərimli dedi ki, qızlar universitetə şəhvət doğuracaq geyimdə gəlirlər. Dövlət bu işə əl qoysun. O vaxt Tahir Kərimliyə deyə bilməmişdim. Qoy, buradan deyim. Hörmətli, Tahir müəllim dövlətin işi-gücü qurtarıb? Məgər, hansı dövrdür ki, abır-həya geyimlə, saqqalla ölçülür?

    Mən həmin tələbələrin yerinə olsam universiteti Təhsil Nazirliyinə şikayət edərdim. BBU-nin rektorunun gözündən iraq, təhsil nazirin müavini də saqqallıdır.

    Nə isə, bu universitetin varlığından bəlkə də çoxlarının xəbəri yox idi. Bu xəbər sayəsində hamının oldu. Nə edəsən, təhsillə qabağa gedə bilməyəndə saç-saqqalla reklam olunmağa məhkumsan.

    Qəndab Məmmədova