Month: April 2024

  • Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

    “Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır”.

    Bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib.

    Həkim bağırsaq problemi olan insanları bu məşhur və əlçatan məhsulu qida rasionlarına əlavə etməyə çağırıb.

    Endokrinoloq qeyd edib ki, qırmızı kələmin suyu faydalı bakteriyaların artmasını stimullaşdırır, Kron xəstəliyi və xoralı kolitin simptomlarını aradan qaldırır.

    “Bundan əlavə, qırmızı kələmin təzə çəkilmiş şirəsi qoruyucu funksiya yerinə yetirir: toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin orqanizmə sovrulmasını azaldır”, – deyə mütəxəssis əlavə edib.

    O bildirib ki, qırmızı kələm yemək mədə-bağırsaq xəstəliklərinin qarşısını alır.

    Sonda Pavlova xatırladıb ki, kələmin istənilən növü faydalıdır, çünki onun tərkibində bitki lifləri və fol turşusu var.

    Mənbə: lenta.ru

  • Bakıda gənc oğlanı avtobus vurub

    Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.

    2004-cü il təvəllüdlü Taleh Mustafa oğlu Əliyev yolu keçərkən onu sərnişin avtobusu vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları – VİDEO

    Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir.

    Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür.

    Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər.

    Bəs seçimi necə etməliyik?

    Məsələ ilə bağlı ARB-də yayımlanan “Günə doğru” verilişi süjet hazırlayıb.

    Ətraflı videoda:

  • Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi

    Beyləqan rayonunda 1981-ci il təvəllüdlü Mehdi fermada Sevdaya (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mehdi 24 iyul 2022-ci ildə saat 15 radələrində Beyləqan rayonunun kəndində özünə məxsus xırdabuynuzlu heyvan və ev quşlarının saxlandığı fermada şifahi razılaşma əsasında çoban işləyən Səlimin qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Sevdanın toyuqlar saxlanan yardımçı tikilidə tək olduğunu görüb.

    O, Səlimin ferma ərazisində olmadığını fürsət bilərək yardımçı tikiliyə daxil olub və Sevdaya qarşı iyrənc seksual xarakterli hərəkətlər etməyi təklif edib.

    Təklifi rədd edən qadına fiziki zor göstərib, əyində olan paltarlarını çıxarıb, Sevdadan dizi üstə yerə oturmağı tələb edib. Sevda etiraz edərək ağzını açmayıb, onun iyrənc tələbindən imtina edərək qışqırıb, əl-qol ataraq yardımçı tikilidən çıxmağa çalışıb. Mehdi zor tətbiq etməklə əli ilə Sevdanın yanaqlarını sıxıb, iyrənc seksual xarakterli hərəkətlər edib, cinsi ehtirasını pozğun formada təmin edib.

    Sevda Mehdinin növbəti seksual xarakterli zorakılıq hərəkətlərinin qarşısını almaq məqsədilə üzərində gəzdirdiyi bıçaqla onun qarın nahiyəsinə zərbə vurub. Sonra yardımçı tikilidən qaçaraq çıxıb. İtlərin yal qabını götürərək yolun kənarında dayanmış Mehdiyə məxsus “VAZ-2101” markalı avtomobilin ön şüşəsinə çırpıb.

    Mehdi həmin gün saat 18 radələrində Sevdanın bir qədər əvvəl ona xəsarət yetirdiyi bıçağı götürmək məqsədilə fermaya gəlib. O, yardımçı tikiliyə daxil olanda gözlənilmədən Sevda qarşısına çıxıb. O, Sevda ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Sevda yenə də etiraz etdikdə onun iradəsinə zidd cinsi əlaqədə olmaq və təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib. Sevdanın üzərinə hücum edərək müqavimətini qırmaq üçün zor tətbiq edib. Qadının saçlarından tutaraq məcburi surətdə kürəyi üstə yerə yıxaraq özü də onun üstünə uzanıb. Əvvəlcə Sevdanın əynində olan paltarını zorla çıxarıb, daha sonra özü soyunub.

    Sevda onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirərək qışqırıb, əl-qol atıb. Mehdi onun müqavimətini qırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub və seksual xarakterli digər hərəkətlər edib.

    Bununla kifayətlənməyən Mehdi cinsi ehtirasını təmin etmək məqsədilə fiziki zor tətbiq etməklə Sevda ilə təbii yolla da cinsi əlaqədə olub.

    İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 149.1 və 150.2.5-ci maddələri ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə olmamışdan təxminən 20 gün əvvəl Səlimi Zaqataladan heyvanlarına baxmaq üçün gətirib:

    “Həmin vaxt Səlimin borclu olduğu pulu ödədim. Onunla işləyib pulu qaytaracağına razılaşdıq. Səlim arvadı Sevdanı və oğlunu da özü ilə fermaya gətirmişdi. Fermaya gəldikdən sonra mənə olan borcu 300 manatadək artdı.

    Səlim içki içdiyi üçün heyvanlara yaxşı baxmırdı. Buna görə onun fermadan çıxmasını istədim, başqa çoban tapacağımı bildirdim. Lakin bu gün, sabah deyə-deyə fermadan çıxmadı. Hər gün fermaya çörək aparıb qoyurdum. Səlimin də yoldaşı həmin çörəkləri götürürdü”.

    Mehdinin sözlərinə görə, həmin ərəfələrdə fermaya gedərkən Səlimin yoldaşı Sevda onunla yaxınlıq etmək istəyib: “Gah mənə yaxınlaşdı, gah öz çılpaq videolarını, əri ilə cinsi əlaqədə olduqları vaxt çəkdiyi videoları mənə göstərirdi. Amma qadının təkliflərini rədd edirdim, ona yaxınlıq vermirdim. Hətta yoldaşıma da bildirdim ki, Sevda məni şərləyəcək.

    Hadisə olan günü, yəni iyulun 24-də günorta saatlarında fermaya getdim, itlərə yem verdim. Fermada toyuq da saxlayırdım. Səlimgil gəldikdən sonra toyuqların yumurtaları azalmışdı. Səbəbi soruşduqda heç nə cavab vermirdilər.

    Toyuqların yumurtalarına baxmaq üçün hinə girdim. Az sonra Sevda da gəldi, mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi, əlini ayıb yerimə atdı. qeyri-təbii yolla sekslə məşğul olmaq istədiyini dedi. Lakin mən razılaşmadım”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Sevdanın cinsi əlaqədə olmaq istəməsindən imtina edib və onun başından itələyib:

    “Sevda arxaya getdi, cibindən bıçaq çıxararaq mənə tərəf atdı. Bıçaq qarnıma dəydi. Sonra oradan çıxaraq getdi. Gedəndə başıma oyun açacağı ilə hədələdi. Mən də fermadan çıxdım. Sevdanın tapşırdığı qənd, çay və digər ərzaq məhsullarını aldım, fermanın yaxınlığında olan kafeyə gəldim. Ərzağı orada işləyən ofisianta verdim və fermaya aparmasını xahiş etdim.

    Çox hallarda aldıqlarımı fermaya göndərir, fermada olan asılqandan asmağı xahiş edirdim. Həmin oğlan o gün də ərzaqları apararaq fermada olan asılqandan asıb geri qayıtdı. Daha sonra Rasim adlı şəxslə görüşdüm. Kənddə olan torpaq sahəsini almaq istədiyim üçün həmin sahəyə baxmağa getdik. Bu vaxt mənə zəng gəldi və fermada yanğın olduğu deyildi. Buna görə tələsik fermaya qayıtdım.

    Dərhal Səlimə zəng etdim. Mən gələndən sonra Səlim də gəldi. Orada bildim ki, Sevda Daxili İşlər Nazirliyinin 102 zidmətinə zəng edərək onu zorlamağım barədə şikayət edib”.

    Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Sevda onunla yaxınlıq etmək istəməsi barədə heç kimə deməyib, yalnız yoldaşına Sevdanın onu şərləmək istədiyini bildirib:

    “Bu şeyləri bildiyim halda Səlimin mənə borcu olduğu üçün onları fermadan çıxara bilməmişəm. Sevda mənə bıçaq ataraq qaçıb. Onun mənə xəsarət yetirməsinin səbəbini bilmirəm. Bu iş qurulma işdir. Yəqin Sevdanı yoldaşı öyrədib. Səlimgil bu işlə məşğul olub, müxtəlif fermalarda işləyərək adamları bu xarakterli şikayətlərlə şərləyiblər.

    Səlimlə Sevdanın ər-arvad olduqlarını bilmişəm, amma həyat yoldaşının mənə belə təkliflər etməsini ona deməmişəm. Hadisə günü fermaya gəlib itləri yemlədim. Bu zaman qadın yanıma gəldi, hamamdan təzə çıxdığını dedi. Mənimlə görüşmək istədiyini bildirdi. Mən istəmədiyimi dedikdə, qadın ətrafımda bir neçə dəqiqə fırlandı.

    Mən fermada olan uşağı da heç vaxt vurmamışam, ona xəsarət yetirməmişəm. Bəzi vaxtlarda fermaya gedərkən uşağa konfet, saqqız almışam. Sevdaya əxlaqsız intim təkliflər etməmişəm, onunla qeyri-təbii və ya təbii yolla cinsi əlaqədə olmamışam. Hadisədən sonra Sevdanı görməmişəm. Sevdanın hadisə vaxtı yox, hadisədən sonra polisə şikayət etməsinin səbəbini bilmirəm”.

    İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, tarixi dəqiq yadında qalmayan gün Mehdi də ora gəlib: “Mehdi hər gün gəlib heyvanlara yem verib-vermədiyimizi soruşurdu. Yenə də fermaya gəldi və heyvanlara baxdıqdan sonra gülləri sulamağa başladı. Mənə baxaraq göz vurdu. Əvvəllər də mənə baxır, pis-pis videoların səsini mənə eşitdirirdi. Buna görə ona irad da bildirmişəm. Özünü yığışdırmağı tələb etmişəm. Videolara baxanda bir dəfə yoldaşım Səlim də görmüşdü. Lakin heç nə deməmişdi.

    Həmin gün oğlum da həyətdə idi. Toyuq hininə yumurtaları yığmağa getdim, oğlumun da arxamca gəlməyini istədim. Hinə girdikdən az sonra Mehdi hinə girib qapını bağladı. Sonra mənim üzərimə gəldi. Məndən xoşu gəldiyini, yoldaşının aylardır onunla oturub-durmadığını, buna görə məni istədiyini dedi. Ona evli olduğumu, yoldaşım və uşağımın olduğunu dedim.

    Mehdi yenə üstümə gəldi, şalvarını dizinə kimi çəkdi. Qapını bağladığından qaça bilmədim. Məni tutmuşdu deyə ona gücüm çatmadı. “Neynirsən, burax” deyə qışqırsam da, buraxmadı. Məndən dizlərim üstə durmağımı tələb etdi, bunu etmədim. Mehdi saçımdan tutaraq dartdı, diz üstə durmağa məcbur etdi. Əlindən qaça bilmədiyim üçün dizi üstə çökdüm. Zorla mənə qarşı iyrənc, əxlaqsız hərəkət etdi.

    Bu vaxt yoldaşımın mənə verdiyi bıçağı cibimdən çıxardım və Mehdinin qarın nahiyəsinə vurdum. Mehdi geri çəkildi. Hindən çıxaraq çöldə ağlayan uşağımı götürdüm və fermadan uzaqlaşdım. Mehdinin çöldə dayanmış avtomobilinin şüşəsinə qabı çırpıb oradan getdim”.

    Zərərçəkmiş qeyd edib ki, yaxınlıqda olan ferma istiqamətinə gedib və çöldə bir kişi ilə rastlaşıb: “Ondan yoldaşıma zəng etmək üçün mobil telefonunu istədim. O, konturunun olmadığını dedi. Bir qədər də irəli getdim. Mehdi arxamca gəlirdi. Maşına oturmağımı tələb etdikdə məndən əl çəkməyi tələb etdim, o da maşını sürüb getdi.

    Bir qədər irəli getdikdə, yenə qarşıma bir ferma çıxdı. Çöldə bir kişi və bir uşaq gördüm. Yoldaşıma zəng etmək üçün telefonunu istədikdə o da konturunun olmadığını dedi. Bu vaxt evdən bir qadın çıxdı. Ona Mehdinin məni evə qoymadığını, dalımca düşdüyünü dedim. Qadın yoldaşımın nə vaxt evə gələcəyini soruşdu. Saat 6-7-də yoldaşımın fermaya qayıdacağını dedim. Qadın onlarda qalaraq gözləməyimi təklif etdi, mən də razılaşdım.

    Sonra gördüm, evin sahibi olan kişinin mobil telefonuna Mehdidən zəng gəldi, nəsə dedi. Kişi mənə yaxınlaşaraq Mehdinin hərəkətləri barədə heç kimə deməməyi, şikayət etməməyi xahiş elədi. Mən isə şikayət edəcəyimi bildirdim. Kişi daha heç nə demədi”.

    Sevdanın ifadəsinə görə, həmin evdə saat 6-dək oturub, sonra Mehdinin fermasına qayıdıb: “Bıçağı götürmək üçün yenə fermaya girdim. Qaranlıq olduğundan heç kimi görmədim. Birdən Mehdi qarşıma çıxdı. Yenə məndən xoşu gəldiyini dedi, üstümə gəldi. Etiraz etməyimə baxmayaraq şalvarını aşağı çəkdi. Məni də soyundurmağa çalışdı. Etiraz etdikdə “sənin kişin kişi deyil, mən səni pula basdıraram” kimi sözlər dedi.

    Etirazlarıma baxmayaraq Mehdi məni soyundurdu. Mənə qarşı seksual hərəkətlər etdi, sonra heç nə olmamış kimi gülə-gülə getdi. Dərhal oğlumu da götürərək fermadan çıxdım. Yolun kənarında özümdən getdim. Camaat mənə su verdi, kömək etdi. Yoldaşım da ora gəldi. Az sonra fermanın yandığını gördüm. Fikirləşdim ki, Mehdi elədiyi cinayətin izlərini itirmək üçün fermanı yandırıb. Bu barədə Mehdinin qardaşı, bacısı da etiraf edib.

    Bundan sonra hadisə barədə yoldaşıma dedim. Yoldaşım Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə şikayət etdi. Sonra polis şöbəsinə gedərək şikayət ərizəsi yazdım”.

    İş üzrə şahid qismində ifadə verən Səlimin sözlərinə görə, hadisə vaxtı qoyun otarmaq üçün fermadan kənarda olub: “Təxminən saat səkkizə işləmiş Mehdi mənə zəng edərək harada olduğumu soruşdu. Mən qoyun otardığımı bildirdim. Mehdi özünün uzaqda olduğunu, fermanın yandığını bildirərək ora getməyimi tapşırdı.

    Çatmağa bir kilometr qalmış fermadan tüstü çıxdığını gördüm. Fermaya çatanda Mehdi əlində yaba ot preslərini ayırırdı. Yolun kənarına adamlar yığılmışdı. Yoldaşımın saçları dağınıq, sinəsi-başı açıq vəziyyətdə idi, tanımadığım adamlar ona su verirdi.

    Nə olduğunu soruşduqda Sevda mənə hər şeyi danışdı. Mehdini öldürmək istədim. Onun olduğu yerə getdim. Lakin polislər məni saxladılar, Mehdinin oldürməyimə imkan vermədilər. Əvvəllər Mehdidən belə hərəkətlərinə görə şübhələnmişəm. Lakin ona heç nə deməmişəm. Mehdidən şikayət etməməyə görə pul istəməmişəm və pul almamışam”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə Mehdi 7 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Генсек ОДКБ: Организация сохраняет все обязательства перед Арменией

    ОДКБ продолжает выполнять свои обязательства по отношению к Армении в полном объеме, несмотря на решение Еревана ограничить участие в работе организации. Об этом заявил генеральный секретарь ОДКБ Имангали Тасмагамбетов.

    “Армения действительно ограничила свое участие в работе ОДКБ, однако основные механизмы взаимодействия функционируют, работа по повестке организации продолжается. Все обязательства ОДКБ в отношении Армении сохраняются в полном соответствии с уставными целями и принципами организации”, – сказал генсек.

    По его словам, решение армянских властей остаться в составе ОДКБ или покинуть организацию отразит суверенный выбор страны.

    “Важно отметить, что государства-члены придерживаются во взаимодействии с внешними игроками политики многовекторности, что остается их суверенным правом. Соответственно, и выбор Еревана – оставаться в составе ОДКБ или покинуть организацию – также будет суверенным решением этого независимого государства”, – указал генсек.

    Источник: ТАСС

  • KTMT-nin baş katibi Ermənistanın təşkilatda işini məhdudlaşdırmasına münasibət bildirdi

    İrəvanın təşkilatın işində iştirakını məhdudlaşdırmaq qərarına baxmayaraq, KTMT Ermənistan qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməkdə davam edir. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “İzvestiya”ya müsahibəsində deyib.

    “Ermənistan həqiqətən də KTMT-nin işində iştirakını məhdudlaşdırıb, lakin əsas qarşılıqlı fəaliyyət mexanizmləri işlək olaraq qalır. Həmçinin, təşkilatın gündəliyi üzərində iş davam edir, KTMT-nin Ermənistan qarşısında bütün öhdəlikləri təşkilatın nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq qalır”, – baş katib qeyd edib.

    Tasmaqambetov vurğulayıb ki, Ermənistanın seçimi – KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq, müstəqil dövlətin suveren qərarı olacaq.

  • Выяснились детали возвращения похищенной в Бардинском районе 23-летней девушки – ОБНОВЛЕНО

    Стали известны некоторые подробности в связи с возвращением похищенной в Бардинском районе 23-летней девушки.

    Как сообщил oxu.az председатель сельского муниципалитета Учурбейли Казым Гусейнов, местную жительницу похитил 45-летний мужчина.

    “Девушку передали ее семье в ночное время. Мужчина принял решение вернуть девушку ее родственникам. Вечером написала объяснительную, в которой отметила, что ее похитили насильно. По словам девушки, в похищении участвовали не четыре человека, как это предполагалось раньше, а двое – 45-летний мужчина и водитель. Также она заявила, что на нее не было оказано какое-либо физическое или сексуальное давление и у нее нет жалоб”, – добавил К.Гусейнов.

    По его словам, примирения между семьями после произошедшего не ожидается, так как между родственниками с обеих сторон конфликта не было.

    * * * * *

    Найдена похищенная в Бардинском районе 23-летняя девушка.

    Как сообщили в региональной группе пресс-службы МВД, в результате проведенных мероприятий сотрудники полиции обнаружили девушку 2001 года рождения и передали ее членам семьи.

    В настоящее время по данному факту в следственном отделении Бардинского РОП продолжается расследование.

    Напомним, утром 23 апреля жительница села Угурбейли С.А. (2001 г.р.) шла на работу. В это время односельчанин девушки 45-летний Фархад Рзаев похитил ее с целью женитьбы.

  • Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU – YENİLƏNİB

    Bərdədə qaçırılan 23 yaşlı qızın tapılaraq ailəsinə təhvil verilməsi ilə bağlı bəzi detallar məlum olub.

    Bu barədə oxu.az-a danışan rayonun Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcbur olaraq qaçırılıb:

    “Qaçırılan qız gecə saatlarında ailəsinə təhvil verilib. Qız ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar. O bildirib ki, onu dörd nəfər yox, iki nəfər – 45 yaşlı kişi və bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib”.

    Bələdiyyə sədri əlavə edib ki, bundan sonra ailələr arasında barışıq gözlənilmir. Qızın yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

    * * * * *

    Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan oxu.az-a bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

    Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.

  • Sumqayıt sakini: “Gözümüzü açıb belə görmüşük, məcbur olub taksidən istifadə edirik” – VİDEO

    Sumqayıt sakinləri iki ildir ki, 3 nömrəli marşrut xəttindən narazıdırlar.

    Onların sözlərinə görə, avtobus çox gec gəlir, gedəcəkləri ünvana gecikirlər:

    “Gözümüzü açıb belə görmüşük, məcbur olub taksidən istifadə edirik”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Bakıda restoran sahibləri cəzalandırıldılar

    Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir.
    Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

    “Xətai rayonu Lütfi Zadə küçəsində fəaliyyət göstərən “Kremlin Hall” şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən monitorinq və araşdırma aparılıb.
    Araşdırma zamanı sözügedən obyektdə təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Faktla bağlı şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib”.

    Qafar Ağayev qeyd edib ki, ölkə ərazisində son 10 gün ərzində keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neptun”, “Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.

    Q.Ağayev restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Əks halda qanun pozucularına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunamüvafiq tədbirlər görüləcək”.