Month: April 2024

  • Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” – VİDEO

    Aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

    Doğma yurdu işğaldan azad edilən zaman Bağanis Ayrım sakini Ramiz Adıgözəlov fikirlərini İctimai TV ilə bölüşüb.

    Onun kəndi işğal olunan zaman cəmi 39 günlük körpəsi olub.

    Həmin vaxt Ramiz Adıgözəlovun tək körpəsi deyil, həyat yoldaşı da ermənilərin gülləsinə tuş gəlib:

    “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım. İndi hisslərimi ifadə edə bilmirəm”.

    Daha ətraflı videomaterialda:

  • Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq

    Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf turnirində bu gün ilk oyununa çıxacaq.

    “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İlham Yadullayevin yetirmələri “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

    Matç saat 19:00-da başlayacaq.

    Qeyd edək ki, U-17 turnir çərçivəsində həmçinin Özbəkistan və Tacikistan yığmaları ilə üz-üzə gələcək.

  • İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı

    İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Buna “MSC Aries” kommersiya gəmisinin İran hakimiyyəti tərəfindən saxlanılması səbəb olub.

    Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

    Bildirilir ki, diplomatdan aprelin 13-də Hörmüz boğazında ələ keçirilən gəmidə olan Estoniya rezidentinin azad edilməsi tələb olunub.

    Qeyd edilib ki, Estoniya Xarici İşlər Nazirliyi saxlanılan gəminin göyərtəsindəki vəziyyəti izləyir, heyətlə əlaqə saxlayır, estoniyalı diplomatlar isə vəziyyətin həlli üçün bütün səylərini göstərirlər.

  • Goranboyda qadını maşın vurub

    Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

    Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü N.Ələkbərovanı vurub.

    Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır

  • Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub – FOTO

    Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub.

    Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.

    Bildirib ki, biz istəyirik ki, övladımız da, cənab prezident kimi dövlətinə mollətinə bağlı olsun.

    “Şükürlər olsun bugünümümüzə. Biz deyə bilirik ki, 36 ildən sonra Xankəndi şəhərində oğlan uşağı dünyaya gəldi. Şükürlər olsun torpaqlarımız azad olundu. Suverən Azərbaycan torpaqlarında yaşayırıq. Allah ordumuzu Ali baş komandanımızı qorusun. Bizə bugünü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər idi arzum diləyim vardı. Uşağımın adın ali baş komandanımızın adın qoyum. Mən istəyirəm övladım onun kimi dövlətinə millətinə bağlı olsun. Torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Dövlətinə, dövlətçiliyinə, Azərbaycan ideologiyası ilə böyüsün. Ona görədə ovladımın adın İlham qoyuram”.

    Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə bildirib ki, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti stabildir.

    “Səadət Namazova və Abbas Abdullayevin ilk körpələri dünyaya göz açmışdır. Körpəmiz 3 kq çəkisində, 49 sm uzunluğunda doğulub. Hal hazırda ananın və uşağın vəziyyəti stabildir. Lazımi tibbi yardımlar göstərilir. Vətənə, millətə, dövlətə xeyirli övlad olmasını diləyirik”, – xəstəxanasının baş həkimi qeyd edib.

  • Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

    Baykal-Amur Magistral xəttinin (BAM) ötürmə qabiliyyəti son 12 ildə 3 dəfə artıb və artmaqda davam edir.

    “Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BAM-ın 50 illik yubileyi münasibətilə dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib.

    V.Putin qeyd edib ki, növbəti 10 ildə BAM və Trans-Sibir dəmir yolunu birləşdirən Şərq poliqonu ilə daşımaların həcmi ildə 270 milyon ton səviyyəsinə çatmalıdır:

    “Bu il BAM və Trans-Sibir dəmir yolunun inkişafının növbəti – üçüncü mərhələsi başlayır”.

  • Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi – FOTO

    Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhum müttəhimin anası Gülarə Məmmədovanın hüquqi varis qismində tanındığı elan edilib.

    Xatırladaq ki, Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini yaşadıqları evin balkonundan ataraq öldürməkdə ittiham olunur. Bu hadisə 2018-ci ildə baş verib. Taxveliyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Lakin təqsirləndirilən şəxs hadisədən sonra anlaqsız vəziyyətdə olduğu təsdiq olduğu üçün məhkəmə istintaqı yarımçıq dayandırılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Taxveli haqda ixtisaslaşdırılmış psixi xəstəxanada məcburi müalicə qərarı qəbul edilib.

    Dörd il sonra – bu gün iş üzrə məhkəmə prosesi davam edib.

    Sədrlik edən hakim Rasim Sadıxov ilk olaraq mərhum müttəhimin ölüm səbəbini açıqlayıb. Məlum olub ki, R.Taxveli ürəyin işemik xəstəliyindən vəfat edib.

    Prosesin davamında Taxvelinin anasının məhkəməyə gəlmək istəmədiyi barədə ərizə göndərdiyi elan edilib. Onu qanuni nümayəndəsi təmsil edib.

    Tərəflərin razılığı ilə dayandırılmış məhkəmə istintaqı yenilənib.

    İş üzrə baxış iclası mayın 14-ə təyin edilib.

    Qeyd edək ki, Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi. Arvadı Adelya Taxveli isə mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır.

  • Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub

    Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.

    DİN-in Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliyev bir müddət bundan öncə müxtəlif ünvanlardan tapdığı AK-74 tipli avtomat, 1 ədəd içərisində 7,62 mm çaplı 30 ədəd güllə olan avtomat darağı, 1 ədəd həmin avtomata aid olan süngü-bıçaq, 250 ədəd “Toz-8” tüfənginə aid sursat və digər sursat -gilizlərinin gizlədildiyi ünvanlardan aşkar olunaraq götürülüb.

    Müəyyən olunub ki, həmiş şəxs silah-sursatları və onun hissələrini aidiyyəti üzrə təhvil vermədən özündə saxlayıb.

    Faktla bağlı Xankəndi Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi qaldırılıb. C.Əliyev şübhəli şəxs qismində tutulub.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar

    Qərbin Ermənistanı sosial, iqtisadi sahədə dəstəkləməsi və Rusiyadan asılılığın azaldılması yaxşı haldır. Mən strateji baxımdan bu dəstəklə bağlı pessimist deyiləm.

    APA xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

    “Ancaq eyni zamanda Azərbaycan tərəfinin də narahatlığını anlayıram. Azərbaycan düşünə bilər ki, bu yaxınlaşmaya görə Ermənistan Azərbaycanla konstruktiv danışıqlara getməz. Bu səbəbdən də ABŞ, Avropa da Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar ki, bu dəstək hərbi sahəyə, hər hansı silahların təminatına deyil, ölkənin demokratiyasının güclənməsinə və Rusiyadan asılılğın azaldılmasına yönəlmiş olsun”, diplomat əlavə edib.

  • Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”

    “Bu gün Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”.

    Bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Avstriyanın enerji icması katibliyinin ətraf mühit üzrə baş eksperti Piter Vayda deyib.

    “Bakıda keçiriləcək COP29-la bağlı məlumat aldıq və Azərbaycan hökumətinin bu tədbirin təşkili ilə bağlı prioritetlərini öyrəndik. Bu konfransda iştirak etməyi səbirsizliklə gözləyirdim. Sabah Laçına gedəcəyimizi öyrənəndə daha çox sevindim”, – deyə Piter Vayda qeyd edib.