Month: April 2024

  • Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR – FOTO

    Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toyudur.

    Median.Az xəbər verir ki, bu barədə sənətçinin qızı “Instagram” səhifəsində paylaşım edib.

    Qeyd olunub ki, xanəndənin qızı müğənni Mərdan Kazımovla ailə qurur.

    Görüntülərdə Mərdan “Sənə də qalmaz” mahnısını ifa edib.

    Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub.

    Onlar bir müddət əvvəl nikah masasına əyləşiblər.


  • Президент: Владимир Путин и Гейдар Алиев заложили основу дружественных, добрососедских отношений между АР и РФ

    Президент Азербайджана Ильхам Алиев на совместной встрече в Москве с ветеранами и работниками железнодорожной отрасли по случаю 50-летнего юбилея Байкало-Амурской магистрали (БАМ) поблагодарил Президента России Владимира Путина за уважение к памяти Гейдара Алиева.

    Как сообщает АЗЕРТАДЖ, глава Азербайджанского государства сказал: “Конечно, слова особой благодарности Владимиру Владимировичу Путину за уважение к памяти Гейдара Алиевича Алиева. Мы прекрасно знаем, что именно Владимир Владимирович Путин и Гейдар Алиевич Алиев заложили основу дружественных, добрососедских отношений между нашими странами в начале 2000-х годов. В 2001 году Владимир Владимирович Путин посетил Азербайджан, и это стало началом большого пути, который мы проходим вместе”.

  • İlham Əliyev: “Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar”

    Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə ulu öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlətinin başçısı deyib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.

  • Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

    “Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq”.

    AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji” mövzusunda baş tutan paneldə bildirib.

    O vurğulayıb ki, Azərbaycan hazırda elektrik avtobuslarını nəqliyyat sisteminə daxil etməkdədir.

  • Berlin və Hamburqda banklarda partlayışlar baş verdi

    Yerli vaxtla saat 03:00-də (Bakı vaxtı ilə 05:00) naməlum şəxslər Berlinin Zehlendorf rayonunda “Santander” bankının filialını partladıblar. Cinayətkarlar pul oğurlamaq üçün bankomatı partladıblar. Lakin partlayış o qədər güclü olub ki, bank filialı tamamilə məhv edilib.

    Bu barədə Bild yazır.

    Yaxınlıqdakı mağazanın da şüşələri qırılıb. Yerli sakinlər səs-küydən yuxudan ayılıblar. Şahidlərin sözlərinə görə, oğrular iki nəfər olub. Nağd pulu aparıblar, əskinasların bir hissəsi səkidə dağıntılar arasında qalıb. Polis cinayətkarları Zehlendorfda, o cümlədən helikopterlə axtarsa da, nəticəsi olmayıb. Ötən həftə paytaxtın Veddinq məhəlləsindəki bankomat da analoji qaydada partladılıb.

    Hamburq yaxınlığında Şönefeld şəhərində yerli vaxtla səhər saat 03:07-də “Sparkasse” bankının iki filialındakı bankomatlar partladılıb. Filiallara xeyli ziyan dəyib. Bu, həm də son zamanlar Hamburqda baş verən ilk belə cinayət halı deyil. Cinayətkarlar axtarılır.

  • Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb

    Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb.

    Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumat yayıb.

    Məlumata görə, əcnəbi Sarpi Ticarət və Sənaye Palatasından 55 min laridən (20 min ABŞ dolları) artıq dəyəri olan təxminən yarım kilo məhsulu 4 bağlamada paltarının cibində gizlədərək qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib.

    İş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib.
    //report

  • Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

    Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

    Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər.

    Vakansiya seçimi üçün elektron sistem 29 aprel saat 11:00-dək aktiv olacaq.

    Xatırladaq ki, 17-19 aprel tarixlərində keçirilən vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

  • Gəncədə qanunsuz tikililərin qarşısı alınıb

    Gəncə şəhərində bir neçə qanunsuz tikintinin qarşısı alınıb.

    Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

    Aparılan monitorinqlər zamanı, müvafiq icazəverici sənədləri olmadan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Nizami Gəncəvi prospektində (Gəncə Hava Limanı istiqamətində), Azərbaycan əsgəri küçəsində və Gülüstan yaşayış massivində (48 saylı yaşayış binasının arxasında) qanunsuz inşa edilən obyektlərdə tikinti işləri dayandırılaraq, söküntüsü təmin edilib.

    Qeyd edək ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

  • У побережья Тайваня в течение часа произошли подряд 10 подземных толчков

    Землетрясение магнитудой 5,7 произошло у восточного побережья Тайваня.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом сообщил сейсмологический центр Китая.

    Подземные толчки произошли в 18.50 по местному времени в уезде Хуалянь, очаг залегал на глубине 10 километров.

    Информации о пострадавших и разрушениях не поступало.

    Кроме того, в течение часа, начиная с 17.52 понедельника в данном уезде произошли подряд 10 подземных толчков, два из которых превысили магнитуду 5. Количество афтершоков с 3 апреля достигло 935.

    По статистике, подземные толчки в уезде Хуалянь происходят чаще, чем в других районах острова. В феврале 2018 года разрушительное землетрясение магнитудой 6,5 унесло жизни 16 человек, еще 285 пострадали.

  • Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib

    Tayvanın şərq sahillərində 5,7 maqnitudada zəlzələ baş verib.

    Bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanlar yerli vaxtla saat 18:50-də Xualyan əyalətində baş verib. Zəlzələ 10 kilometr dərinlikdə yerləşib.

    Qeyd edilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

    Bundan başqa, bazar ertəsi yerli vaxtla saat 17:52-dən başlayaraq bir saat ərzində bu əyalətdə ard-arda 10 yeraltı təkan baş verib ki, onlardan ikisi 5 maqnitudada olub.