Month: April 2024

  • London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

    Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq.

    Bildirilir ki, bu barədə ilk rəsmi açıqlamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Polşaya səfər çərçivəsində jurnalistlərə açıqlamasında qeyd edəcək.

    Maliyyə yardımından əlavə, London Kiyevə “Storm Shadow” (“Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlər də verəcək.

    Mənbə: TASS

  • Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub

    Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib.

    “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

    Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

  • Начался процесс делимитации границы между Азербайджаном и Арменией – ОФИЦИАЛЬНО

    23 апреля 2024 года на границе между Азербайджанской Республикой (АР) и Республикой Армения (РА) экспертные группы обеих стран приступили к процессу уточнения координат на основании геодезических измерений на местности.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в сообщении службы заместителя премьер-министра АР Шахина Мустафаева.

    Отмечается, что процесс осуществляется в соответствии с договоренностями по итогам 8-й встречи Государственной комиссии по делимитации государственной границы между АР и РА и Комиссии по вопросам делимитации государственной границы и пограничной безопасности между РА и АР.

  • Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı – RƏSMİ

    2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatında qeyd edilib.

    Bildirilib ki, proses Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq aparılır.

  • Президент Кыргызстана посетит Агдамский район

    В рамках государственного визита президента Кыргызстана Садыра Жапарова в Азербайджан, который состоится 24-25 апреля, планируется подписание совместной декларации и ряда соглашений, направленных на углубление сотрудничества в торгово-экономической и культурно-гуманитарной сферах.

    Как передают кыргызские СМИ, об этом сообщил заведующий отделом внешней политики Администрации президента Кыргызстана Муратбек Азымбакиев.

    “В рамках визита президент Садыр Жапаров проведет двусторонние переговоры с главой Азербайджана Ильхамом Алиевым. Они обсудят актуальные вопросы двустороннего и многостороннего сотрудничества, а также перспективы дальнейшего развития и выстраивания эффективного взаимодействия”, – сказал Азымбакиев.

    Также планируются проведение заседания межгоссовета.

    Жапаров примет участие в закладке капсулы под строительство средней школы в селе Хыдырлы Агдамского района.

    Ранее сообщалось о том, что эту школу будет строить Кыргызстан.

  • Qırğızıstan prezidenti Ağdama gedəcək

    Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

    Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.

    “Səfər çərçivəsində Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər”, – o qeyd edib.

    Bundan başqa, Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub.

    S.Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

    Xatırladaq ki, daha əvvəl bu məktəbin Qırğızıstan tərəfindən inşa ediləcəyi barədə məlumat verilmişdi.

    Mənbə: Qırğızıstan KİV

  • Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib

    “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

    APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, onun şikayəti təmin edilməyib və barəsində çıxarılan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il müddətə azadlıqdan məhrum edilib.

  • Kişi azyaşlı övladını danlayan bacısını döydü – MƏHKƏMƏ

    Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

    İttihama görə, hadisə 28 yanvar 2024-cü il tarixdə, saat 15:30-da Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.

    Belə ki, Qamət Cəfərov ailə üzvləri ilə birgə yaşadığı evdə bacısı, Nanə Cəfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının nadinclik edən azyaşlı övladını danlaması olub. Qamət də buna görə bacısına irad bildirib. Nəticədə o, zərərçəkmiş şəxsin üzərinə hücum edib, qəsdən onun sifət, baş, ayaq və bədəninin müxtəlif nahiyələrinə yumruqla ardıcıl zərbələr vuraraq, bacısına yüngül xəsarət yetirib.

  • İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”

    “Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə bildirib.

    Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala ulu öndərin adının verilməsini xatırladıb.

    “BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”, – deyə Prezident İlham Əliyev əlavə edib.

  • Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı

    Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.

    Apa xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Bu (sülhməramlıların çıxarılması-red) Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb”, – deyə Kremlin sözçüsü vurğulayıb.