Month: May 2024

  • Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb – FOTO

    Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda səfərdə olan Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub – FOTO

    Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.

    Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.







  • В суд направлено обращение о продлении ареста Рубена Варданяна

    В суд направлено обращение о продлении меры пресечения, избранной в отношении “госминистра” бывшей вымышленной структуры в Карабахе Рубена Варданяна.

    Как сообщает АПА, в Сабаильском районном суде рассматривается ходатайство Главного следственного управления Службы государственной безопасности, где ведется расследование по уголовному делу.

    Рубен Варданян был задержан в Карабахе в прошлом году и доставлен в Баку.

    Ему предъявлены обвинения по ст. 214-1 (финансирование терроризма), 279.3 (участие в создании и деятельности вооруженных формирований или групп, не предусмотренных законом) и 318.1 (незаконное пересечение государственной границы Азербайджанской Республики).

    Напомним, ранее “Би-Би-Си” и другие зарубежные СМИ выступили с обширными материалами расследования, разоблачающими механизмы отмывания денег Рубена Варданяна и другие его действия в разных странах.

  • Ruben Vardanyanla bağlı məhkəməyə müraciət edildi

    Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

    APA-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır.

    Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

    Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.

    Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.

  • Распространился снимок скончавшегося сегодня военнослужащего – ОБНОВЛЕНО (ФОТО)

    В распоряжении oxu.az оказалась фотография скончавшегося сегодня военнослужащего азербайджанской армии Санана Гусейнова.



     * * * * *

    Военнослужащий азербайджанской армии Санан Керем оглу Гусейнов скончался от острой сердечной недостаточности, ишемической болезни сердца, инфаркта миокарда.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    Было отмечено, что по факту инцидента, произошедшего вне службы, ведется расследование.

    Руководство Минобороны выражает глубокие соболезнования семье и близким покойного военнослужащего.

  • Bu gün vəfat edən hərbçimizin FOTOSU – YENİLƏNİB

    Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib.

    Oxu.az Sənan Hüseynovun fotosunu əldə edib.

    Həmin fotonu təqdim edirik:


    * * * * *

    Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynovun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

  • Serbiya prezidentini hədələyən şəxs saxlanıldı

    “Serbiyada polis Prezident Aleksandar Vuçiçə hədə-qorxu gələn şəxsi saxlayıb”.

    Bunu ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.

    “Respublika prezidentinin təhlükəsizliyinə təhdidlər səbəbindən polis Sombordan olan Draqan Miyatoviçi saxlayıb. O, 48 saat müddətinə həbs olunub”, – Serbiya Daxili İşlər Nazirliyi bildirib.

    Mənbə: Lenta.ru

  • Azərbaycanda vəzifəli şəxs cinayət başında YAXALANDI

    Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Bəxtiyar Rafiq oğlu Həsənov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

    Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    İbtidai istintaqla Bəxtiyar Həsənovun Lökbatan qəsəbəsində yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsinə köməklik göstərilməsi üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

    B.Həsənovun xidməti otağında aparılmış axtarışla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

    Toplanmış sübutlarla Bəxtiyar Həsənova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

  • В Низаминском районе пропала 16-летняя девушка

    В Баку без вести пропала 16-летняя девушка.

    Как передает Qafqazinfo, в 23-е отделение Управления полиции Низаминского района обратилась А.Асадова и сообщила, что ее дочь 2008 года рождения покинула дом около 09:00 14 мая и с тех пор не возвращалась.

    В настоящее время ведутся поиски подростка.

  • Bakıda 16 yaşlı qız itkin düşüb

    Bakıda 16 yaşlı qız itkin düşüb.

    “Qafqazinfo” xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edən A.Əsədova 2008-ci il təvəllüdlü qızının mayın 14-də itkin düşdüyünü bildirib.

    O, övladının həmin gün saat 9 radələrində yaşadıqları evi tərk etdiyini və bir daha geri qayıtmadığını bildirib.

    Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.