Month: May 2024

  • Микаил Джаббаров обсудил с белорусскими министрами экономические отношения между двумя странами

    На встрече с министром антимонопольного регулирования и торговли Республики Беларусь Алексеем Богдановым и министром промышленности Александром Рогожником мы отметили укрепление экономических связей между нашими странами.

    Об этом в своем аккаунте в социальной сети Х сообщил министр экономики Микаил Джаббаров.

    “Мы проинформировали министров о реализуемых в Азербайджане антимонопольных реформах, а также рассмотрели возможности сотрудничества в сфере расширения торговли, промышленности, локализации производства и стандартизации”, – отметил М.Джаббаров.

  • Mikayıl Cabbarov belaruslu nazirlərlə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyini müzakirə edib

    “Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd etdik”.

    Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

    “Nazirlərə Azərbaycanda həyata keçirilən antiinhisaryönümlü islahatlar barədə məlumat verdik, həmçinin ticarətin genişləndirilməsi, sənaye, istehsalın lokallaşdırılması, standartlaşdırma sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – deyə M.Cabbarov qeyd edib.

  • Убийство 22-летней студентки в Лянкяране оказалось умышленным: есть задержанный

    Установлено, что пропавшая около 70 дней назад 22-летняя Кенуль Агаева была убита преднамеренно.

    Информацию об этом распространила прокуратура Лянкяранского района.

    Было отмечено, что в результате многочисленных следственных и оперативно-разыскных мероприятий возникли обоснованные подозрения в том, что житель Лянкярана Эльвин Исмайылзаде (2003 г.р.) 1 марта умышленно убил Кенуль Агаеву, задушив ее в одном из частных домов, расположенных, на территории города, а на следующий день, чтобы скрыть факт преступления, с помощью своего знакомого Хаяла Самедова закопал тело девушки на первом этаже того же дома.

    Было установлено место захоронения тела К.Агаевой, при участии прокурора-криминалиста и эксперта произведена эксгумация трупа, по делу назначены необходимые экспертизы, продолжаются интенсивные следственно-оперативные мероприятия.

    По данному факту в прокуратуре Лянкяранского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса Азербайджанской Республики.

    Э.Исмайылзаде задержан в качестве подозреваемого и привлечен к следствию.

    Отметим, что считавшаяся пропавшей без вести 2 марта жительница села Муган Джалилабадского района Кенуль Агаева (2002 г.р.), чье тело было обнаружено 14 мая в подвале дома в Лянкяране, была студенткой 4-го курса Джалилабадского филиала Азербайджанского государственного педагогического университета (АГПУ) по специальности “преподавание азербайджанского языка и литературы”.

  • Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var

    Təxminən 70 gün əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən olunub.

    Bununla bağlı Lənkəran Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, Cəlilabadda kollecdə təhsil alırmış. K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.

  • Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI

    “Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq ediləcək”.

    Bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır:

    “Bu portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.

    Daşınmaz əmlakın elektronlaşması vətəndaşları bir çox qayğılardan azad edəcək. Artıq onlar kağız sənədlərdən istifadə etməyəcəklər. Vətəndaşın əmlakı Dövlət Reyestrində qeydiyyatda olacaq. Bu da mənzil sahiblərini sənədin itməsi, korlanması və oğurlanması qayğılarından azad edəcək.

    Buna qədərsə vətəndaşlar bu və digər hallarla rastlaşanda qəzetdə elan verməli, DİN-ə müraciət etməli olurdular. Bu da əlavə vaxt və pul itkisi deməkdir. Artıq bundan sonra bu sənədlər elektron hökumət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq.

    Yeni layihə sosialyönümlüdür. Bu da o deməkdir ki, heç bir ailə öz evindən çıxarılmayacaq. Ancaq iki dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil. Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək”.

    Qurumdan bildirilib ki, bu, ölkə başçısının müvafiq fərmanının icrası məqsədi ilə edilib:

    “Bu sistem qeydiyyat və kadastr sahəsində məzmunca və mahiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Bu günə qədər vətəndaşlar və şirkətlər hansısa dövlət orqanlarından sənədlər alırdılar. Sonra da həmin sənədin kağız versiyasını hansısa qeydiyyat orqanına təqdim edirdilər və öz mülkiyyət hüquqlarının tanınmasını xahiş edirdilər. Bundan sonra isə qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra sənədlərini əldə edirdilər.

    Artıq bu proseslər aradan qalxacaq. Bundan sonra bütün dövlət orqanlarının verdiyi sənədlər birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya ediləcək. Bu da vətəndaşları əlavə qayğılardan azad edəcək. Ən əsası – vətəndaş bundan sonra hansısa qurumun aldanışına tuş gəlməyəcək. Aldığı ev və yaxud mənzil birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq.

    Həmçinin, vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Buradakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək”.

    Əmlak Məsələləri Dövlət Xidmətindən o da bildirilib ki, yeni sistem işə düşəndən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq:

    “Eləcə də mənzilin ümumi sahəsinin düzgün hesablanmamasına son qoyulacaq. Bundan başqa, Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özkəninkiləşdirilməsi prosesi də sadələşdiriləcək. Məlum olduğu kimi, hazırda bəzi mənzil-tikinti kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən onun ilkin sahibindən külli miqdarda pul alırlar.

    Amma yeni sistem işə düşdükdən sonra bu problem də aradan qalxacaq. Belə ki, tikintisinə icazə alındığı andan çoxmənzilli yaşayış binasının portalda xüsusi imitasiyası yaradılacaq və bütün binalardakı satış və digər əməliyyatlar portal üzərindən reallaşdırılacaq”.

  • Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib

    Zaqatalaya yağan leysan yağışları bir sıra fəsadlar törədib.

    APA xəbər ki, may ayının ilk günlərindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

    May ayının 15-i axşam saatlarından rayon ərazisində yenidən yağıntılar intensivləşib. Gecə saatlarında dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən rayonun ən iri dağ çaylarından olan Böyük çay və Tala çaylarında suyun səviyyəsi həddən artıq çoxalıb.

    Böyük çaydan qısamüddətli sel keçib. Çayın bəzi hissələrinin məcrasından çıxması səbəbindən Bəhmətli kəndinin bəzi fındıq bağlarını və həyətyanı sahələrini sel suları dolub. Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Lahıc və Bəhmətli kəndləri yaxınlığından keçən hissəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Tala çayında suyun həddən artıq çoxalması səbəbindən rayonun Höytala və Yolayrıc kəndlərinin əraziləri sel sularının basması təhlükəsi ilə üzləşib.

    Hazırda müvafiq qurumlar əraziyə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.

  • В Баку в кафе произошла поножовщина

    В кафе в жилом массиве Баглар поселка Говсан Сураханского района Баку произошла поножовщина.

    Как передает lent.az, Г.Гачаев ударил Ш.Гусейнова кулаком в челюсть, а затем ранил ножом в спину во время возникшей между ними ссоры на почве личного конфликта.

    По данному факту возбуждено уголовное дело, мужчина задержан.

  • Bakıda kafedə qan töküldü

    Bakıda bıçaqlanma hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivində yerləşən kafedə baş verib.

    H.Qaçayev mübahisə zamanı Ş.Hüseynovun çənəsinə yumruqla zərbə vurub, daha sonra bıçaqla onun sol kürək nahiyəsinə xəsarət yetirib.

    Faktla bağlı cinayət işi açılıb, H.Qaçayev saxlanılıb.

  • В Агдамском районе задержан подозреваемый в краже

    В Агдамском районе произошла кража.

    В районный отдел полиции (РОП) поступила информация о хищении неизвестным лицом (лицами) денежных средств в размере 10 300 манатов из одного из домов, расположенных в селе Чеменли.

    По подозрению в совершении преступления был задержан Халиг Исмайылов.

    По данному факту в Агдамском РОП возбуждено уголовное дело, продолжается расследование.

    Решением суда в отношении Х.Исмайылова избрана мера пресечения в виде ареста.
    //oxu.az

  • Ağdamda evdən oğurluq edən şəxs saxlanıldı

    Ağdamda evdən 10 min manat pul oğurlayan şəxs saxlanılıb.

    Ağdam Rayon Polis Şöbəsinə rayonun Çəmənli kəndi ərazisində yerləşən evlərin birindən 10 300 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

    Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Xaliq İsmayılov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə X.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
    //oxu.az