Month: May 2024

  • Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var

    Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1976-cı il təvəllüdlü Rahib Adil oğlu Adilov xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb

    Fransa mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsini alqışlayır.

    Bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    “Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını təsdiqləmələrinin vacibliyini vurğulayır. XİN bu kontekstdə 19 aprel 2024-cü il tarixli razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq prosesi, eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır. Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına yardım etmək təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”, – deyə bəyanatda bildirilir.

    Mənbə: diplomatie.gouv.fr

  • “ChatGPT-5”in yeni imkanları həyatımızı necə dəyişəcək?

    Aprelin sonunda “OpenAI” qabaqcıl süni intellekt prosessoru “Nvidia DGX H200”ü əldə edib.

    Bu, dünyanın ən güclü süni intellekt çipidir və tərtibatçılar “ChatGPT-5” texnologiyasından istifadə edərək onun əsasında ümumi süni intellekt yaratmağı planlaşdırırlar.

    Süni intellekt üzrə rusiyalı ekspert və data elmləri mütəxəssisi Yaroslav Staruxin bunun istifadəçilər üçün nə demək olduğunu və “ChatGPT”nin yeni versiyasının texnoloji sıçrayış edəcəyi barədə danışıb.

    “Şirkətin belə bir prosessor alması onun infrastrukturunun xeyli güclənəcəyi deməkdir. Məhz, dil modellərinin sürəti artacaq və onlar yüksək dəqiqliklə istifadəçilərə daha uyğun cavablar verəcək. Yeni prosesin yaddaş ötürmə qabiliyyəti əvvəlki modeldən 1,5 dəfə, yaddaş tutumu isə demək olar ki, 2 dəfə böyükdür. Bunlar fenomenal göstəricilərdir, çünki süni intellekt sistemləri artıq kifayət qədər yüksək səviyyədə işləyir. Əgər miqyası qiymətləndirmək üçün vizual analogiya gətirsək, bunu 2D-dən 3D qrafikaya keçidlə müqayisə etmək olar. Şirkət bu yay buraxılması gözlənilən çipdən “Chat GPT-5”də istifadə etməyi planlaşdırır. Amma dəqiq tarix hələ məlum deyil”, – ekspert izah edib.

    İlk növbədə, yeni texnologiya sistemin multimodallığında, yəni giriş və çıxışda müxtəlif növ məlumatların dəstəklənməsində öz əksini tapacaq

    “Bu o deməkdir ki, şərti olaraq vərəqdə hansısa diaqram çəkmək, onu şəkil şəklində çatbota yükləmək, ondan bu məlumatlar əsasında slaydlar və hekayə hazırlamağı xahiş etmək mümkün olacaq və o, bu vəzifəni mükəmməl şəkildə yerinə yetirəcək. Həmçinin, yeni versiya yüksək keyfiyyətli kod yaza, biznes və insanların gündəlik həyatı üçün lazım olan bir çox digər tapşırıqları yerinə yetirə biləcək. Mümkündür ki, biz neyron şəbəkənin onlayn terapevt və ya hüquq köməkçisi kimi yüksək keyfiyyətli imkanlarını görəcəyik”, – deyə mütəxəssis əlavə edib.

    Staruxinin sözlərinə görə, yeniliklər gündəlik işlərin və təhsil tapşırıqlarının avtomatlaşdırılması üçün daha da geniş imkanlar yaradacaq.

    “Aydındır ki, “bəşəriyyətin mümkün məhvedicisi ChatGPT”nin yeni texnoloji sıçrayışı, bəzi mütəxəssislərin dediyi kimi, cəmiyyət üçün də problemlərə səbəb olacaq. Bir neyron şəbəkəsi gündəlik monoton iş üçün istifadə olunursa, bu başqa, şəxsi mənfəət üçün istifadə edildikdə isə tamam başqa haldır. Çox güman ki, təhsil sistemi dəyişməli olacaq, çünki belə güclü süni intellekt sistemi universitet səviyyəli tapşırıqları mükəmməl şəkildə yerinə yetirəcək, yüksək keyfiyyətli esselər yazacaq və s. Bu isə həqiqətən istedadlı mütəxəssisləri aşkarlamağı demək olar ki, mümkünsüz edəcək. Bundan əlavə, modelin geniş tətbiqi ilə məktəblilərin və tələbələrin deqradasiyası riski də var. Axı biz tapşırıqları yerinə yetirməklə, esse yazmaqla müxtəlif bacarıqları öyrənirik və bu proses pozulacaq. Ona görə də biz insan yetişdirmək prinsiplərini dəyişməli olacağıq. Hər halda, “ChatGPT-5”in potensialı əvvəlki versiya ilə müqayisə olunmayacaq. Neyroşəbəkə son istifadəçilər və biznes üçün dəfələrlə daha güclü, daha dəqiq və daha məhsuldar olacaq”, – deyə ekspert yekunlaşdırıb.
    //oxu.az

  • Пользователи iPhone смогут играть в любые игры с PlayStation

    В App Store появился бесплатный эмулятор PlayStation 1 под названием Gamma, который позволяет пользователям iPhone, не имеющим джейлбрейка, играть в свои любимые игры для оригинальной консоли Sony.

    Согласно информации, разработанный программистом ZodTTD (Бенджамин Старк), известным разработчиком эмуляторов, Gamma предлагает функции, такие как поддержка Bluetooth-контроллеров и клавиатур, настраиваемые экранные скины для, синхронизация с Google Drive и Dropbox для резервного копирования файлов игр, а также сохранения прогресса.

    Эмулятор Gamma имеет версии для iPhone и iPad и не требует поиска файлов BIOS для запуска игр. Отмечается, что, несмотря на проблемы с включением некоторых проектов, большинство включаются без проблем.

    До Gamma Бенджамин Старк создал такие эмуляторы для iPhone, как TurboGrafx-16 и N64 в 2008 и 2009 годах соответственно. Он также разработал эмулятор PSX4Droid для Android, но Google удалила его из Google Play в 2011 году.

    Источник: gazeta.ru

  • “iPhone”larda oyunlarla bağlı yenilik

    “App Store”da artıq “Gamma” adlı pulsuz “PlayStation 1” emulyatoru mövcuddur və bu, “jailbreak”i olmayan “iPhone” istifadəçilərinə orijinal “Sony” konsolu üçün nəzərdə tutulmuş sevimli oyunlarını oynamağa imkan verir.

    Məşhur emulyator tərtibatçısı olan proqramçı ZodTTD (Bencamin Stark) tərəfindən hazırlanmış “Gamma” “Bluetooth” konrollerləri və klaviaturalarını dəstəkləmə, fərdiləşdirilə bilən ekran skinləri, oyun fayllarının rezerv kopyalanması, həmçinin proqressin yaddaşda saxlanması üçün “Google Disk” və “Dropbox” sinxronizasiyası kimi funksiyaları təklif edir.

    “Gamma” emulyatorunun “iPhone” və “iPad” üçün versiyaları var və oyunu işə salmaq üçün BIOS fayllarının axtarışı tələb olunmur.

    Xatırladaq ki, “Gamma”dan əvvəl Bencamin Stark 2008 və 2009-cu illərdə müvafiq olaraq “TurboGrafx-16” və “N64” kimi “iPhone” emulyatorlarını yaratmışdı. O, həmçinin Android üçün “PSX4Droid” emulyatorunu hazırlayıb, lakin “Google” 2011-ci ildə onu “Google Play”dən silib.

    Mənbə: The Verge

  • Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sürücüləri cərimələnəcəklər – VİDEO

    Daxiliyanma mühərrikli avtomobillərin düzgün işləməməsi atmosferə ciddi təsir edir. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür.

    Xezerxeber.az-ın məlumatına görə, avtomobil mütəxəssisi Sahil Ağabəyli bildirib ki, mühərrikdə bir neçə detala vaxtında qulluq etmək lazımdır. Əks halda, mühərrikdən atmosferə xaric edilən dəm qazının miqdarı çox olur. Bəs dəm qazının normada olması üçün sürücü nə etməlidir?

    Bəzi avtomobillərin katalitik-çeviricisi, yəni “katalizator”u nasaz olduğu üçün sürücülər tərəfindən çıxarılır. Sahil Ağabəyli deyir ki, katalizatoru olmayan avtomobillərdən dəm qazı normadan artıq çıxır. Usta hesab edir ki, katalizatorun sıradan çıxmaması üçün vaxtında yanacağa qatqı əlavə edilməlidir. Çünki avtomobilin qeyri-müntəzəm işləməsi təkcə atmosferə zərər vurmur.

    Qeyd edək ki, mayın 15-dən etibarən bir ay boyunca ölkə ərazisində “Təmiz hava” aylığına başlanacaq. Normadan artıq tullantı ixrac edən avtomobillərin sahibləri 50 manat məbləğində cərimə olunacaqlar.

    Ətraflı süjetdə:

  • Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən AÇIQLAMA – VİDEO

    Bakının əsas problemlərindən biri də akustik səs kirlənməsidir.

    Binəqədi rayonunda yaşayan sakinlər kafe və restoranlardan ətrafa yayılan qulaqbatırıcı səsdən şikayətçidirlər.

    Belə ki, bəzi insanların əyləncəsi orada yaşayanların istirahət hüququnu pozur.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, qanuna əsasən gecə saat 12-dən səhər 7-dək kafelərdən gələn uca səslər ətrafdakı insanların istirahətini pozursa, bu, hüquq pozuntusu hesab olunur.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı – VİDEO

    Bölgələrdəki xəstəxanalarda bəzi ixtisaslar üzrə ciddi həkim çatışmazlığı yaşanır.

    Xezerxeber.az-ın məlumatına görə, Bakıda xəstəxanalarda sıxlığın əsas səbəblərindən biri də xəstəlikdən əziyyət çəkən insanların paytaxta axın etməsi göstərilir.

    Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, rayonlarda yüksək ixtisaslı tibbi xidmətlər göstərmək üçün xəstəxanalar istifadəyə verilsə də, həmin müəssisələri hələ tam olaraq peşəkar kadrlarla təmin etmək mümkün olmur. Millət vəkili ixtisaslı həkimlərin bölgələrdə işləmək istəməməsini müxtəlif amillərlə əlaqələndirir.

    Məlumata görə, rayonların bir çoxunda mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uroloq, nevroloq çatışmazlığı ilə bağlı problemlər var.

    Müşfiq Məmmədlinin fikrincə, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün stimullaşdırıcı addımlar atılır. Amma daha yaxşı effektiv nəticə əldə etmək üçün digər vasitələri də nəzərdən keçirmək olar.

    Millət vəkili hesab edir ki, rayonlarda ixtisaslı həkim çatışmazlığının aradan qaldırılması paytaxt xəstəxanalarında da sıxlığa ciddi təsir göstərər.

    Ətraflı süjetdə:

  • В Гяндже при столкновении автомобилей пострадали три человека

    В Гяндже произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, столкнулись два автомобиля.

    В результате аварии травмы различной степени тяжести получили С.Вердиев (1996 г.р.), Б.Алекперов (1997 г.р.) и Ф.Асадова (2002 г.р.).

    Пострадавших машинами скорой помощи доставили в больницу.

    По данному факту ведется расследование.

  • Gəncədə qəza: Üç nəfər yaralanıb

    Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb.

    “Report”un məlumatına görə, Gəncə şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü S.Verdiyev, 1997-ci il təvəllüdlü B.Ələkbərov və 2002-ci il təvəllüdlü F.Əsədova xəsarət alıblar.

    Yaralılar xəstəxanaya çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.