Month: May 2024

  • Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI – VİDEO

    Naxçıvanda göldə boğularaq ölən tələbələr artıq astarada dəfn olunublar.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyevin nəşləri doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib. Ailələri ilə vida mərasimindən sonra onlar Pensər kənd qəbiristanlığına aparılıb və babalarının məzarı yanında torpağa tapşırılıb.

    Mərhumların yaxınlarının sözlərinə görə, hadisə suya düşmüş mobil telefonu çıxarmaq istəyərkən baş verib.

    Baş vermiş hadisə göldə boğulan gənclərin dostlarını da çox sarsıdıb.

    Daha ətraflı videomaterialı təqdim edirik:

  • “Microsoft” patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək

    Məhkəmə “Microsoft”u patentləşdirilmiş texnologiyadan qeyri-qanuni istifadəyə görə “IPA Technologies”ə 242 milyon dollar məbləğində təzminat ödəməyə məcbur edib.

    Bu barədə “Reuters” məlumat yayıb.

    IPA 2000-ci illərin əvvəllərində “Apple”ın sonradan aldığı və texnologiyasından virtual köməkçisində istifadə etdiyi “Siri”dən bir sıra patentlər almış Wi-LAN-ın törəmə şirkətidir. 2018-ci ildə IPA “Microsoft”u patent hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə müraciət edib.

    “Microsoft” hesab edir ki, patent etibarlı deyil. Şirkət məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

    “Microsoft”dan başqa, IPA da patentlərinə görə “Google” və “Amazon”u məhkəməyə verib. Sonuncu 2021-ci ildə işi qazana bilib. IPA-nın “Google” ilə məhkəmə çəkişməsi hələ də davam edir.

  • İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb

    İndoneziyanın Qərbi Yava əyalətinin Subanq dairəsində avtobusun qəzaya uğraması sonucunda azı 10 nəfər ölüb, ondan çox adam yaralanıb.

    “Xinhua” agentliyi xilasedicilərə istinadən məlumat yayıb.

    Bildirilib ki, avtobusda əksəriyyəti tələbələr olmaqla, istirahətdən qayıdan 40-dan çox insan olub.

    İlkin versiyaya görə, əyləc sistemi sıradan çıxdıqdan sonra sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi iki motosikletlə toqquşub və aşıb.

    Yaralılar Subanq rayonundakı ixtisaslaşdırılmış xəstəxanalara çatdırılıb.

  • Berlin məcburi hərbi xidməti bərpa edir?


    Almaniya məcburi hərbi çağırışı bərpa etmək istəyir.

    Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

    Məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius hökumətin 2011-ci ildə qəbul etdiyi qərarı ləğv etmək niyyətindədir.

    Onun fikrincə, sözügedən tarixdə qəbul edilən qərar səhvdir, çünki fövqəladə vəziyyətdə ordunun sayını artırmağa imkan vermir.

  • DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!

    Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

    Bununla bağlı nazirlik sosial çarx hazırlayıb.

    “Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalır. Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın”, – nazirlik qeyd edib.

  • Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı

    Çin Prezidenti Si Cinpinin səfərindən sonra Macarıstan Pekinin Vaşinqtonla qarşıdurmada strateji tərəfdaşına çevrilib.

    Bu barədə “Financial Times” yazıb.

    Nəşrin vurğuladığı kimi, Budapeşt indi Si Cinpinin Pekinin “dostlar dairəsi” adlandırdığı təşkilatın üzvü olub. Bunlar ÇXR-in ABŞ-nin gücünə qarşı çıxmaq səylərini ən çox dəstəkləyən dövlətlərdir.

    Nəşr qeyd edir ki, indi möhkəmlənmiş əlaqələr sayəsində Macarıstan Çindən diplomatik və investisiya dəstəyi tələb edə bilər. Münasibətlərin dərinləşməsi isə müəlliflərin yazdığı kimi, geosiyasi mesaj daşıyır.

    Xatırladaq ki, Si Cinpin mayın 5-dən 10-dək Avropa turunda olub. Səfər zamanı o, Fransa, Serbiya və Macarıstana baş çəkib.

  • Belqorod atəşə tutulub, ölən və yaralananlar var

    Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.

    Bu barədə “Baza” məlumat yayıb.

    “Belqorod güclü atəşə məruz qalıb – azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Bir neçə avtomobil yanıb”, – məlumatda nəql edilib.

    Qeyd olunub ki, mərmilərdən biri bina girişinə tuş gəlib.

    Xatırladaq ki, daha əvvəl işğal altındakı Donetsk şəhərinə zərbə endirilməsi sonucunda doqquz nəfər ölmüşdü. Hadisədə qondarma region rəhbərliyi Ukraynanı suçlamışdı.

    Bundan başqa, Ukraynanın 110-cu ayrı mexanikləşdirilmiş briqadası Avdiivka istiqamətində Su-25 qırıcısını zərərsizləşdirdiyini açıqlayıb.

  • В Азербайджан из РФ экстрадированы находившиеся в международном розыске 5 человек

    Генеральная прокуратура Азербайджана обеспечила экстрадицию в страну пятерых граждан, подозреваемых в совершении различных преступлений.

    Об этом сообщили в пресс-службе Генпрокуратуры.

    Согласно информации, в соответствии с “Конвенцией о правовой помощи и правовых отношениях по гражданским, семейным и уголовным делам” от 7 октября 2002 Генеральная прокуратура РФ удовлетворила запросы об экстрадиции в страну граждан Азербайджана Гасанова Эльвина Валех оглу, Джавадова Эмина Сейфулла оглу, Масимова Забита Джафар оглу, Мамедова Али Теймур оглу и Сулейманова Микаила Фикрет оглу.

    Последний был привлечен в качестве подозреваемого по делу о незаконном приобретении, хранении, изготовлении, переработке и транспортировке наркотических средств или психотропных веществ в крупных размерах без цели сбыта, остальные лица подозреваются в мошенничестве.

    Указанные лица были задержаны на территории Российской Федерации и доставлены в Азербайджан 8 мая под надзором спецконвоя Пенитенциарной службы Минюста.

  • Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Həsənov Elvin Valeh oğlu, Cavadov Emin Seyfulla oğlu, Məsimov Zabit Cəfər oğlu, Məmmədov Əli Teymur oğlu və Süleymanov Mikayıl Fikrət oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Belə ki, Süleymanov Mikayıl Fikrət oğlunun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətini, Cavadov Emin Seyfulla oğlu, Məsimov Zabit Cəfər oğlu, Məmmədov Əli Teymur oğlu xeyli miqdarda, Həsənov Elvin Valeh oğlunun isə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

    Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq mayın 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

  • Число жертв наводнений на севере Афганистана превысило 300 человек

    Число погибших в результате наводнений в афганской провинции Баглан превысило 300 человек.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом Отделение Всемирной продовольственной программы (ВПП) ООН в Афганистане сообщило в соцсети “X”.

    “Внезапные наводнения опустошают Афганистан, в результате чего погибли более 300 человек в Баглане и разрушено более тысячи домов. Это одно из многих наводнений за последние несколько недель, вызванных необычно сильными дождями. Сейчас ВПП раздает витаминизированное печенье выжившим”, – сказано в сообщении.