Month: May 2024

  • Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI

    Həftəsonu Avropanın yaşıl meydanlarında bir-birindən maraqlı qarşılaşmalar baş tutacaq.

    Median.Az xüsusi maraq kəsb edən qarşılaşmaların afişasını təqdim edir:

    11 may

    İngiltərə Premyer Liqası

    15:30. “Fulhem” – “Mançester Siti”

    “Kreyven Kottec” stadionu (London)

    Almaniya Bundesliqası

    17:30. “Leypziq” – “Verder”

    “Red Bull Arena” stadionu (Leypziq)

    20:30. “Mayns” – “Dortmund”

    “Opel Arena” stadionu (Mayns)

    İtaliya A Seriyası

    22:45. “Milan” – “Kalyari”

    “San Siro” stadionu (Milan)

    İspaniya La Liqası

    20:30. “Qranada” – “Real Madrid”

    “Nuevo Los Karmenes” stadionu (Qranada)

    23:00. “Atletik Bilbao” – “Osasuna”

    “San Mames” stadionu (Bilbao)

    12 may

    İngiltərə Premyer Liqası

    19:30. “Mançester Yunayted” – “Arsenal”

    “Old Trafford” stadionu (Mançester)

    Fransa 1-ci Liqası

    23:00. PSJ – “Tuluza”

    “Park de Prens” stadionu (Paris)

    23:00. “Nant” – “Lil”

    “Bojuar” stadionu (Nant)

    Almaniya Bundesliqası

    19:30. “Bavariya” – “Volfsburq”

    “Allianz Arena” stadionu (Münhen)

    21:30. “Boxum” – “Bayer Leverkuzen”

    “Vonoviya Rurstadion” stadionu (Boxum)

    İtaliya A Seriyası

    20:00. “Yuventus” – “Salernitana”

    “Allianz” stadionu (Turin)

    22:45. “Atalanta” – “Roma”

    “Atleti Adzurri” stadionu (Atalanta)

    İspaniya La Liqası

    18:15. “Atletiko Madrid” – “Selta Viqo”

    “Metropolitan” stadionu (Madrid)

  • Ильхам Алиев поделился публикацией по случаю 101-й годовщины со дня рождения общенационального лидера – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев поделился на своей официальной странице в Instagram публикацией по случаю 101-й годовщины со дня рождения общенационального лидера азербайджанского народа Гейдара Алиева.

  • İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım etdi – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Сегодня главы МИД Азербайджана и Армении проведут встречу

    Сегодня состоится встреча министров иностранных дел Азербайджанской Республики и Республики Армения Джейхуна Байрамова и Арарата Мирзояна.

    Она пройдет в казахстанском городе Алматы.

  • Bu gün Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcəklər

    Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

    Görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

  • Mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Mehriban Əliyevanı təbrik etdi

    Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik müraciəti ünvanlayıb.

    Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

    Təbrikdə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir:

    “Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir. Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir”.

  • В Сумгайыте пропала 17-летняя девушка

    В городе Сумгайыт пропала 17-летняя девушка.

    Как передает Report, местная жительница Назрин Алмамедова (2007 г.р.) 9 мая вышла из дома в 18-м квартале под предлогом передачи книги соседу и не вернулась.

    О данном факте сообщили в правоохранительные органы.

  • Sumqayıtda 17 yaşlı qız itkin düşüb

    Sumqayıtda 17 yaşlı qız itkin düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Nəzrin Hacı qızı Alməmmədova mayın 9-da 18-ci məhəllədə yaşadığı evdən qonşuya kitab vermək adı ilə çıxıb gedib və geri qayıtmayıb.

    Faktla bağlı polisə məlumat verilib.

  • От мин и неразорвавшихся снарядов очищены 118 000 га земли

    На сегодняшний день на освобожденных от оккупации территориях от мин и неразорвавшихся снарядов очищены 118 503 га, в том числе 18 143 га площади населенных пунктов.

    Об этом говорится в статье руководителя Администрации Президента Азербайджанской Республики Самира Нуриева опубликованной информационным агентством АЗЕРТАДЖ.

    Особое значение имеют работы и проекты, реализуемые Фондом Гейдара Алиева как на освобожденных от оккупации территориях, так и повсюду в стране. В нынешнем году Фонду, возглавляемому Первым вице-президентом Азербайджанской Республики Мехрибан Алиевой, исполняется 20 лет. С уверенностью можно сказать, что общественность нашей страны с большим одобрением воспринимает программы и проекты Фонда Гейдара Алиева в сфере науки, образования, культуры, здравоохранения, спорта и экологии, его поддержку решению социальных проблем, оказание помощи людям, нуждающимся в особой заботе, реализуемые проекты с целью доведения до мировой общественности азербайджанских реалий, сохранения и пропаганды нашей культуры и национально-духовных ценностей.

  • Azad edilmiş ərazilərdə 118,5 min hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib

    İşğaldan azad edilmiş ərazilərdə bu günədək 118 min 503 hektar sahə, o cümlədən yaşayış məntəqələri üzrə 18 min 143 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

    Bu göstəricilər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin AZƏRTAC-dakı məqaləsində yer alıb.

    Samir Nuriyev qeyd edib ki, bütün ölkədə olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun gördüyü işlər və həyata keçirdiyi layihələr xüsusi önəm daşıyır:

    “Əminliklə demək olar ki, Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələri, sosial problemlərin həllinə dəstəyi, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği sahələrində həyata keçirdiyi layihələr ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır”.