Month: May 2024

  • Veteran pulları ilə bağlı sevindirici xəbər- 160 manat…

    Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib.

    Millət vəkili Vüqar Bayramov da veteran pulunun artırılması ilə bağlı parlamentə təklif təqdim edib.

    Deputat qeyd edib ki, təklif zamanı müavinətin iki dəfə artırılaraq 160 manata çatdırılmasını irəli sürüb:

    “Veteran pulunun artırılması ilə bağlı büdcə müzakirələri zamanı təklifimizi etmişik. Biz veteran pulunun iki dəfə artırılmasını təklif edirik. Çünki veteran pulu müəyyənləşəndən sonra iki dəfəyə yaxın artımlar olub. Veteran pulu əlilliyi olmayan və müharibədə iştirak edənlərə ödənilən müavinətdir. Bu vəsaitin ödənilməsində məqsəd kommunal və digər xərlərin qarşılanmasıdır. Dövlət bir növ bu yolla kompensasiya edir.

    Veteran pulu ödənilməyə başlayandan sonra pul xərclərinin strukturunda iki dəfə yaxın artım var. Bu səbəbdən veteran pulunun iki dəfə artırılmasını təklif edirik. Nəzərə almaq lazımdır ki, ombudsman institutunun illik hesabatındakı təkliflərdən biri də müharibə iştirakçılarına verilən müavinətin artırılması olub.

    Hesab edirəm ki, qiymətləndirmə aparıldıqdan sonra bu istiqamətdə addımların atılması mümükün olacaq”.
    //Baku.ws

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının bir yolu bağlıdır

    Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsi, metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən asfalt örtüyünün yenilənməsi işləri aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bu məqsədlə qeyd olunan istiqamətdə yol bağlıdır. Sürücülərdən yola çıxmazdan əvvəl nəzərə almaları xahiş olunur.

  • В Баку владелец магазина одежды совершил самоубийство

    В торговом центре “Бина”, расположенном на территории Гарадагского района Баку, произошло самоубийство.

    Как передает lent.az, владелец магазина мужской одежды 46-летний И.Мамедов повесился на складе в торговом центре.

    Причина суицида пока неизвестна.

    По данному факту ведется расследование.

  • Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində baş verib.

    Burada kişi geyimlərinin satışı həyata keçirilən mağazanın sahibi 46 yaşlı İ.Məmmədov ticarət mərkəzindəki anbarda özünü asıb.

    İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Курсанты провели флешмоб в память об общенациональном лидере – ВИДЕО

    По случаю 101-й годовщины со дня рождения общенационального лидера азербайджанского народа Гейдара Алиева курсанты Военного лицея имени Джамшида Нахчыванского, основанного великим лидером в 1971 году, провели флешмоб в память о нем.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

  • Kursantlardan ulu öndərin anadan olmasının ildönümü ilə bağlı maraqlı fləş-mob – VİDEO

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təməli 1971-ci ildə ulu öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları əbədiyaşar dahi liderin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində (Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi liseylər, Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərdə) və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil almaq arzusunda olan vətəndaşlar qəbul üçün sənədlərini cari ilin 30 may tarixinədək təqdim edə bilərlər.

  • В Азербайджане двое студентов утонули в озере – ФОТО

    Двое студентов утонули в озере на территории города Нахчыван.

    Как сообщает АПА, инцидент произошел вчера вечером.

    Жители села Пенсар Астаринского района Фаттах Закарияев (2005 г.р.) и Али Мехралиев (2006 г.р.) ночью утонули в Базар гелю в Нахчыване.

    Сотрудники Министерства по чрезвычайной ситуации Нахчыванской Автономной Республики извлекли тела из воды. На место происшествия привлечены правоохранители.

    По данному факту проводится расследование.

    Отметим, что оба молодых человека были студентами Нахчыванского государственного университета.




  • Azərbaycanda iki tələbə faciəli şəkildə öldü – FOTO

    Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

    APA xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

    Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.




  • Azərbaycanda prorektorun qətlini sifariş edən rektora HÖKM OXUNDU

    Keçmiş “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin məhkəməsi başa çatıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında müttəhim Müşfiq Atakişiyev son söz deyib.

    O, Tariyel Əhmədovun öldürülməsi üçün heç bir sübut olmadığını bildirib: “Tariyel Əhmədov məni həbs etdirmək gücünə sahib deyil. Məndən şikayət etsə də, bu, məni narahat etməyib. Dəfələrlə şikayət edib, fəaliyyətim yoxlanılıb. Heç bir hüquqazidd əməl aşkar edilməyib. Tariyel Əhmədov məndən neçə illər ərzində şikayət yazıb. Hamı bilirdi ki, o, yazan idi”.

    M.Atakişiyevin son sözündən sonra hakimlər müşavirə otağına gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.

    Məhkəmənin hökmü ilə Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı onların hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, ittihama görə, “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Müşfiq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

  • Ağcabədidə qəza: 84 yaşlı sürücü ölüb

    Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    APA xəbər verir ki, Hindarx qəsəbəsində 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzəyevə məxsus VAZ-21011 markalı avtomobillə 1940-cı il təvəllüdlü Türbəndə Talış oğlu Quliyevə məxsus VAZ-2106 markalı avtomobil toqquşub.

    Nəticədə Türbəndə Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.