Month: May 2024

  • Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi

    Antalyada Türkiyənin “Corendon Airlines” şirkətinə məxsus təyyarə qəzalı eniş edib. Təyyarənin ön təkəri partlayıb.
     
    Bu barədə Türkiyə mediası məlumat yayıb.
     
    Məlumata görə, hadisə Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə baş verib.
     
    “Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və 6 ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib”, – məlumatda bildirilib.
     
    Xatırladaq ki, dünən “Boeing 767” tipli təyyarə də şassinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.

  • Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: “Üçüncüsü isə…”

    Azərbaycanda iki bacı anası tərəfindən küçəyə atılıb.
     
    Bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb.
     
    Qeyd olunub ki, iki qız uşağı bir neçə gün əvvəl sığınacağa gətirilib.
     
    “Uşaqların ən balacası isə evdə qalmışdı. Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq üç bacı sığınacaqda qalacaqlar”.
     
    Bildirilib ki, bacılar gələn gündən şəhər yol polisi əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır:
     
    “Tezliklə uşaqların təhsilləri bərpa olunacaq”.

  • Biləsuvarda bunu edənlər cəzalandırıldı

    Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktik tədbir keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 19 nəfər barəsində inzibati protokol tərtib olunub.

    Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları ilə bağlı 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə qanuna müvafiq tədbir görülüb.

  • Ukraynada hərbi vəziyyət yenidən uzadıldı

    Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadılıb.

    Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.

    Sərəncama əsasən, ölkədə hərbi vəziyyət 2024-cü ilin avqustun 11-dək davam edəcək.

  • Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

    Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir.

    Median.Az Medicina.az-a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:

    “Əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasiondan ət yarımfabrikatlarını, hisə verilmiş ət məhsulu, hazır konserv-sosis, salyami, vetçina, kolbasanı ciddi azaltsaq, xərçəndən qorunmuş olarıq.

    Dadı, rəngi süni əlavələrlə dəyişdirilən, saxlanma müddəti artırılan, kimyəvi emaldan keçmiş bütün qidalarda N-nitro maddəklər, azot turşusu duzları yaranır.

    Məhz bu maddə ən güclü kanserogen hesab edilir. Yüksək sinir kanserogen siyahısına daxildir: müxtəlif steyklər, burger, dönər, hazır kotletlər və s.

    Qırmzı ət yoğun bağırsaq, mədə, mədəaltı vəz, qaraciyər kimi orqanların xərçənginin 70% hallarda səbəbidir. Amma ətdən tam imtina etmək də olmaz, sadəcə gündə 50-70 qram təmiz əti qızartmadan, suda bişirərək yeyə bilərsiz”.

  • Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb

    Bu ilin birinci rübündə Azərbaycan 122 milyon 518 min ABŞ dolları dəyərində 6 763 ton əczaçılıq məhsulu idxal edib.

    Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,2 % və 22 % azdır.

    Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,3 %-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,77 %-nə bərabər olub.

    Xatırladaq ki, bu ilin yanvar-mart aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 313.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

  • МВД России объявило рэпера Oxxxymiron в розыск – ФОТО

    МВД России объявило в розыск признанного в РФ иноагентом рэпера Oxxxymiron (настоящее имя Мирон Федоров).

    Как следует из базы розыска министерства, Мирон Федоров разыскивается по уголовной статье.

    Других подробностей в МВД не привели.

    Минюст РФ признал Оксимирона иноагентом в октябре 2022 года.

    Позднее, уже в 2023 году, Октябрьский районный суд Петербурга оштрафовал рэпера за призывы к сепаратизму (ч. 2 ст. 20.3.2 КоАП РФ) в видеоклипе на песню “Ойда”, которую впоследствии запретили к распространению в РФ.

  • Rusiyalı məşhur reper axtarışa verildi – FOTO

    Rusiyalı reper “Oxxxymiron” (Oksimiron, əsl adı – Miron Fyodorov) axtarışa verilib.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında xəbər verilib.

    Bildirilib ki, musiqiçi “Cinayət Məcəlləsinin maddəsi ilə” axtarışa verilib.

    Hüquq-mühafizə orqanlarının yerli mediaya açıqlamasına görə ifaçıya qarşı Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

    Bundan əvvəl xəbər verilmişdi ki, “Oxxxymiron”u cərimə və BƏƏ-də çıxış etmək qadağası gözləyir. Aydınlaşdırılıb ki, yerli dövlət qurumları reperi etnik nifrətin qızışdırılmasına və siyasi bəyanatlara görə yoxlayır. Buna səbəb Oksimironun yanvarın 11-də Dubayda verdiyi konsertdə Rusiya əleyhinə açıqlamaları olub.

    2023-cü ilin oktyabrında Sankt-Peterburqun Oktyabr Rayon Məhkəməsi “Oxxxymiron”un treklərindən birinin Rusiyada yayılmasına qadağa qoyub. Musiqi əsərində Rusiyanın ərazi bütövlüyünün pozulması ilə nəticələnə biləcək hərəkətə çağırışlar müəyyən edilib.

  • Azərbaycana gələn turistlər nədən narazıdırlar? – VİDEO

    Ölkəmizə gələn turistlərin narazı olduğu məqamlardan biri də taksi qiymətləri ilə bağlıdır.

    Onlardan bir çoxu xidməti və daimi taksilər arasındakı qiymət fərqinin çox olduğunu əsas gətirirlər.
    Həmçinin turistlərin narazı olduğu digər məqam isə rayonlara gedərkən qatarların az olmasıdır.

    Onlar düşünürlər ki, qatarların sayı çoxalsa, rayonlara gediş-gəliş də artacaq.

    Daha ətraflı Xəzər TV-nin süjetində:

  • Hacıqabulda avtomobil azyaşlını vurdu

    Hacıqabulda avtomobil azyaşlını vurub.

    “VAZ-2106” markalı avtomobil Hacıqabul şəhər sakini, 2016-cı il təvəllüdlü Məmmədzadə İbrahim Raqif oğlunu vurub. Azyaşlı kəllə-beyin travması diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.