Month: May 2024

  • Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu

    Meksikada isti hava dalğası səbəbindən elektrik enerjisinə tələbatın artması nəticəsində 21 ştatda elektrik enerjisi kəsilib.

    Ölkənin 32 əyalətindən 21-də elektrik enerjisi kəsildiyi üçün fövqəladə vəziyyət elan edilib. Hadisə su təchizatı və siqnalizasiya sistemlərində də problemlər yaradıb.

    Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, elektrik enerjisinin kəsilməsinə havanın temperaturunun normadan yüksək olması səbəb olub.
    //bakupost

  • Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı

    Kürdəmirdə beş yaşlı uşaq yaşayış binasının dördüncü mərtəbəsindən yıxılıb.

    “Report”un xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib.

    Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb.

    Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

    Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb

    Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

    Hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib.

    Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb .

    Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

    Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

    Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

    28 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

    O, yarımfinal mərhələsində Razvan Arnauta (Rumıniya) qalib gəlib.

    Beləliklə, Azərbaycan olimpiadaya 21-ci lisenziyanı qazanıb.
    //report

  • Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb

    Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktik tədbir keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 19 nəfər barəsində inzibati protokol tərtib olunub.

    Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları ilə bağlı 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə qanuna müvafiq tədbir görülüb.

  • Yasamal rayonunda qəza olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

    Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, Yasamal RPİ-nin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, qəza səbəbindən “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb.

  • Турция назвала условие для возобновления торговых отношений с Израилем

    Турция назвала условие для возобновления торговых отношений с Израилем.

    Об этом министр торговли Турции Омер Болат написал на своей странице в cоцсети “Х”.

    Он отметил, что Турция не возобновит торговлю с Израилем до тех пор, пока не установится постоянный режим прекращения огня, не будет обеспечен беспрепятственный и непрерывный доступ гуманитарной помощи в сектор Газа.

    По словам министра, решение Анкары окончательное, а заявления о возобновлении торговых отношений не соответствуют действительности.

    Напомним, что 2 мая Турция объявила о разрыве торговых отношений с Израилем.

  • Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb

    Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb.

    Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “X” hesabında yazıb.

    O bildirib ki, bunun üçün İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır.

    Nazirin sözlərinə görə, Ankaranın bununla bağlı qərarı qətidir və ticarət əlaqələrinin bərpasına dair iddialar həqiqətə uyğun deyil.

    Xatırladaq ki, Türkiyə mayın 2-də İsraillə ticarət əlaqələrini kəsdiyini bəyan edib.

  • В Гедабее прошел “Зеленый марафон”

    В Гедабейском районе прошел “Зеленый марафон”, посвященный 101-й годовщине со дня рождения общенационального лидера азербайджанского народа Гейдара Алиева и Дню детской легкой атлетики.

    Как сообщили в Министерстве молодежи и спорта, на турнире, организованном в рамках “Года солидарности во имя зеленого мира”, дети 2010-2011 годов рождения преодолели дистанцию в 1 609 км.

    Среди девочек первой стала Фидан Мустафазаде (5,28). Айнур Аскерова (5,52) и Хабиба Аскерова (6,16) заняли соответственно второе и третье места.

    Среди мальчиков в тройке лидеров Рихад Мустафаев (3,50), Самид Алиев (4,25) и Джахид Ибрагимов (4,26).

    Перед соревнованиями была организована акция чистоты. Основной целью мероприятия являлась защита окружающей среды и привлечение населения к здоровому образу жизни.

  • Gədəbəydə “Yaşıl marafon” keçirilib

    Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon” keçirilib.

    Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan turnirdə 2010-2011-ci il təvəllüdlü uşaqlar 1.609 km məsafəni qət ediblər.

    Qadınlar arasında Fidan Mustafazadə (5.28) birinci olub. Aynur Əsgərova (5.52) və Həbibə Əsgərova (6.16) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

    Kişilər arasında Rihad Mustafayev (3.50), Samid Əliyev (4.25), Cahid İbrahimov (4.26) ilk üçlükdə qərarlaşıblar.

    Yarışdan əvvəl təmizlik aksiyası təşkil olunub. Aksiya zamanı ərazilərdə təmizlik işləri aparılıb. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin qorunması və əhalinin sağlam həyat tərzinə cəlb olunmasıdır.