Month: May 2024

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,84% azalaraq 84,55 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • “WhatsApp” daha bir yeniliklə gəlir – FOTO

    “WhatsApp” daha bir yeniliklə istifadəçiləri sevindirir.

    Belə ki, mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olacaq.

    Bildirilir ki, bu funksiya üçün iki üsul təklif edilir. Birinci üsulla istifadəçilər öz fotolarından stiker yaratmaq rejiminə keçə biləcəklər. Digər üsulla isə onlar süni intellektdən istifadə etməklə stiker yarada biləcəklər.

    Yenilik hazırda tətbiqin “iOS” üçün beta versiyasında mövcuddur.

    Xatırladaq ki, “WhatsApp”ın süni intellektdən (AI) istifadə edərək stikerlər yarada biləcəyi faktı 2023-cü ilin avqustunda məlum olub.

    Mənbə: Wabetainfo

  • Zeytun yağının yeni bir sağlamlıq faydası ortaya çıxıb

    Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər.

    Yeni araşdırmada tədqiqatçılar 30 il ərzində təxminən 90.000 iştirakçını müşahidə ediblər. Hər gün yeddi qram zeytun yağı yemək demensiyadan ölmək riskini 28% azaldır. Eyni effekt həmçinin mayonez və ya marqarini zeytun yağı ilə əvəz etməklə əldə edilib. Yəni, gündə beş qram (təxminən bir çay qaşığı) marqarin və ya mayonezi zeytun yağı ilə əvəz etmək demensiyadan ölmə ehtimalını 8-14% azaldıb. Və bu, insanın pəhrizinin ümumi keyfiyyətindən asılı olmayıb.

    Qeyd edək ki, xəbər materiallarını həkim resepti ilə eyniləşdirmək olmaz. Qərar vermədən əvvəl bir mütəxəssislə məsləhətləşin.

    Mənbə: ferra.ru

  • В Ширване задержан подозреваемый в мошенничестве – ФОТО

    Сотрудники Ширванского городского отдела полиции задержали жителя Баку Садуллу Сейфуллаева, подозреваемого в мошенничестве.

    Как сообщили в ширванской региональной группе пресс-службы Министерства внутренних дел, было установлено, что он мошенническим путем присвоил 28 000 манатов, дав потерпевшему ложные обещания о содействии в освобождении его родственника, находящегося под арестом.

    По данному факту в отделе полиции города Ширван возбуждено уголовное дело, в отношении C.Сейфуллаева решением суда избрана мера пресечения в виде ареста.

  • Dələduzluq edən paytaxt sakini həbs edilib – FOTO

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun zərərçəkmişə həbsdəki qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

    Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə məlumat verə bilərlər.

  • На компьютерах Apple обнаружили опасный вирус

    Пользователи компьютеров Apple столкнулись с вирусом, который делал изображения экрана их устройств.

    Об атаке с использованием вируса рассказали аналитики компании Kandji. Вредоносное ПО Cuckoo (“Кукушка”) распространяли в основном через приложение DumpMedia Spotify Music, предназначенное для пользователей стримингового сервиса Spotify.

    Выяснилось, что после загрузки приложения опасный вирус копировал некоторые данные пользователя. Так, он собирал информацию о компьютере, передавал данные из ряда приложений, таких как “Заметки”, Telegram, Discord. Также Cuckoo делал скриншоты экрана компьютера и отправлял их злоумышленникам.

    Специалисты Kandji обратили внимание, что вирусное приложение распространялось среди пользователей как старых компьютеров Mac на базе процессоров Intel, так и новых моделей на базе чипов Apple Silicon. В качестве меры предосторожности эксперты рекомендовали не скачивать программы из неизвестных источников.

    Источник: lenta.ru

  • “Apple” kompüterlərində təhlükəli virus aşkarlanıb

    “Apple” kompüterlərinin istifadəçiləri cihazlarının ekran şəkillərini çəkən virusla qarşılaşıblar.

    “Kandji” şirkətinin analitikləri bu virusun istifadə edildiyi kiberhücumlardan danışıblar.

    “Cuckoo” zərərli proqram təminatı əsasən “Spotify” striminq xidmətinin istifadəçiləri üçün nəzərdə tutulmuş “DumpMedia Spotify Music” tətbiqi vasitəsilə yayılıb.

    Məlum olub ki, tətbiqi yüklədikdən sonra təhlükəli virus istifadəçilərin bəzi məlumatlarını nüsxələyib. Belə ki, o, kompüter haqqında məlumat toplayıb, “Notes”, “Telegram”, “Discord” kimi bir sıra tətbiqlərdən məlumat ötürüb. “Cuckoo” həmçinin kompüter ekranının skrinşotlarını da çəkərək dələduzlara göndərib.

    “Kandji” mütəxəssisləri virus tətbiqinin həm “Intel” prosessorları ilə işləyən köhnə “Mac” kompüterlərinin, həm də “Apple Silicon” çipləri ilə işləyən yeni modellərin istifadəçiləri arasında yayıldığını qeyd ediblər. Mütəxəssislər ehtiyat tədbiri olaraq naməlum mənbələrdən proqramları yükləməməyi tövsiyə ediblər.

    Mənbə: Mashable

  • “Золотой мяч” Диего Марадоны выставили на аукцион

    “Золотой мяч” легендарного аргентинского футболиста Диего Марадоны, полученный им в качестве лучшего игрока чемпионата мира 1986 года, будет выставлен на аукцион, сообщил аукционный дом Aguttes.

    Сообщается, что торги пройдут 6 июня во Франции. За несколько дней до этого будет устроена публичная выставка, в ходе которой потенциальные покупатели смогут лично осмотреть лот.

    Ожидается, что стоимость “Золотого мяча” Марадоны может составить несколько миллионов долларов.

    Ранее мяч, который Марадона переправил в ворота рукой в четвертьфинальном матче чемпионата мира по футболу 1986 года против сборной Англии, дважды не смогли продать на аукционе. В мае 2022 года на аукционе Sotheby’s за 9,3 млн долларов с молотка ушла футболка Марадоны с того же матча.

    Марадона скончался 25 ноября 2020 года в возрасте 60 лет. ФИФА по итогам голосования на своем официальном сайте признала аргентинца лучшим футболистом XX века.

    Премия “Золотой мяч” была учреждена на чемпионате мира 1982 года.

    Источник: РИА Новости

  • Maradonanın “Qızıl top”u hərraca çıxarılıb

    Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.

    Bu barədə “Aguttes” hərrac evi məlumat yayıb.

    Qeyd olunur ki, hərrac iyunun 6-da Fransada keçiriləcək. Hərracdan bir neçə gün əvvəl ictimai sərgi keçiriləcək və bu sərgi zamanı potensial alıcılar topa şəxsən baxa biləcəklər.

    Xatırladaq ki, əvvəllər Maradonanın 1986-cı ildə futbol üzrə dünya çempionatının 1/4 finalında İngiltərə ilə matçda əli ilə qapıya göndərdiyi top iki dəfə hərracda satıla bilməyib. 2022-ci ilin may ayında “Sotheby’s” auksionunda Maradonanın həmin matçda geyindiyi köynəyi 9,3 milyon dollara (təxminən 15,8 milyon manat) satılıb.

    Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. FIFA rəsmi saytındakı səsvermənin nəticələrinə əsasən Maradonanı 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanıyıb. “Qızıl top” mükafatı 1982-ci il Dünya Kubokunda təsis edilib.

    Mənbə: RİA Novosti

  • 2024-cü ildə ən çox satılan smartfon hansıdır? – SİYAHI

    2024-cü ildə dünyada ən çox satılan telefon markalarının adları açıqlanıb. Məlum olub ki, bunlar “Apple” və “Samsung”dur.

    Bu barədə “Counterpoint Research” şirkətinin ilin birinci rübü üzrə təhlilindən məlum olub.

    Bildirilib ki, qlobal smartfon bazarında hökmranlığa davam edən bu iki brend ən çox satılan smartfonlar siyahısında ilk 10 yeri tutub.

    Siyahıdakı modellər yüksək səviyyəli cihazlara artan istehlakçı tələbatını əks etdirir. 10 ən yaxşı telefondan yeddisinin qiyməti 600 dollar (təxminən 1000 manat) və ya daha yüksəkdir.

    “Apple” öz tacını “iPhone 15 Pro Max” ilə götürüb. Güclü flaqman mütləq bestseller olub. Bu, ilk dəfədir ki, “Pro Max” variantı pik bayram mövsümündən kənarda liderlik edir.

    “iPhone 15” modelinin dördü də ilk 10-luğa daxil olub, ən son buraxılış seriyası isə ilk üç yeri möhkəm saxlayıb.

    “Samsung” “Galaxy S24” seriyası ilə ilk onluqda iki yeri tutur. “Ultra” variantı beşinci, standart model isə doqquzuncu yerdədir. Seriyanın güclü performansı istifadəçilərə öz cihazlarında süni intellektlə qarşılıqlı əlaqənin yeni səviyyəsini təklif edən “Galaxy AI” süni intellektindəki nailiyyətləri ilə bağlıdır.