Month: May 2024

  • Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti AÇIQLANIB – FOTO

    Ötən gün Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dörd nəfər zəhərlənib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.

    Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunan iki nəfər kişi cinsli şəxsin müalicələri reanimasiya şəraitində davam etdirilir. Onların vəziyyətləri ağır stabil qiymətləndirilir.




  • После массового отравления в Загатальском районе приостановлена работа ряда донерных

    В Загатальском районе приостановлена работа большинства донерных.

    Причиной подобной меры стало массовое отравление куриным донером.

    Как сообщает Bizim.Media, вчера со второй половины дня до ночи в Загатальскую центральную районную больницу (ЦРБ) с признаками интоксикации обратились около 40 человек разных возрастных групп, включая пятерых детей.

    Принимая во внимание серьезность происшествия, в районной прокуратуре было начато расследование, в район были командированы представители Агентства продовольственной безопасности Азербайджана.

    Местные жители говорят, что хотя к врачу обратились 40 человек, возможно, десятки других людей лечатся дома народными средствами.

    Другая группа местных жителей утверждает, что сертификаты, выдаваемые на куриный и другие виды донера, просто-напросто напечатаны на бумаге, и, ссылаясь на последний инцидент, заявляют, что механизм контроля за деятельностью объектов общепита приходит в действие только после того, как что-то происходит.

    В итоге меры, принятые после инцидента, не дают должного эффекта.

    Как сообщили в ЦРБ, пациентам была оказана медицинская помощь, проведено обследование и назначено лечение.

  • Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

    Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb.

    Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir.

    Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib.

    Müraciət edənlər arasında beş nəfərin azyaşlı olduğu bildirilir.

    Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam ediliblər.

    Yerli sakinlər bildiriblər ki, 40 nəfər həkimə müraciət edibsə, bəlkə onlarla insan evdə yaxınlarının vasitəsilə türkəçarələrlə müalicə alır.

    Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir.

    Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir.

    Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilib, müayinə və müalicələrə cəlb olunublar.

  • Премьер-министр Словакии: Макрон не считается популярным политиком в нашей стране

    Многим странам в Европейском союзе необходим объективный подход в связи с Азербайджаном.

    Об этом в интервью АЗЕРТАДЖ и AzTV заявил премьер-министр Словацкой Республики Роберт Фицо.

    “Большие и сильные страны часто бывают несправедливыми. Но когда хочешь быть справедливым, то от этого тоже не становишься большим и сильным. Это часто наблюдается в международной политике. Я вижу эту напряженность в ваших (Азербайджана – ред.) отношениях с Францией. Так же, как я не вмешиваюсь во внутренние дела вашей страны – Азербайджана, я не вмешиваюсь и во внутренние дела Франции. То есть это внутренние дела стран. Но если будут вмешиваться во внутренние дела Словакии, то тогда я смогу говорить. К примеру, господин Макрон не считается популярным политиком в нашей стране, и почему я должен о нем говорить? Но президент Франции открыто высказал мнение об участии европейских солдат в войне, и я сразу же полностью отверг это. Потому что это было бы началом третьей мировой войны. Возможно, поднятый вами вопрос требует немного терпения. Многим странам в Европейском союзе необходим объективный подход в связи с Азербайджаном. Я также сказал в связи с Украиной, что ее территориальная целостность должна быть защищена. Вам также необходимо защитить свою территориальную целостность. Это ваши земли. Если бы 3-4 страны Европейского союза выступили с одинаковой позицией, то, возможно, напряжение не было бы на таком уровне. Им не нравится, когда маленькая страна действует, полагаясь на себя. Вы должны гордиться тем, что являетесь такой страной”, – отметил премьер-министр.

  • Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”

    “Böyük və güclü olan ölkələr çox vaxt ədalətli olmurlar. Amma ədalətli olmaq istəyəndə də böyük və güclü olmursunuz. Bu, beynəlxalq siyasətdə tez-tez görünür”.

    Bu sözləri Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibəsi zamanı bildirib.

    “Fransa ilə əlaqələrinizdəki bu gərginliyi görürəm. Sizin ölkənin – Azərbaycanın daxili işlərinə qarışmadığım kimi, Fransanın da daxili işlərinə qarışmıram. Yəni, bu, ölkələrin daxili işləridir. Amma Slovakiyanın da daxili işlərinə qarışılarsa, o zaman danışa bilərəm. Məsələn, cənab Makron ölkəmizdə populyar siyasətçi sayılmır və bu prinsipdir ki, mən niyə ondan danışım? Amma Fransa Prezidenti Avropa əsgərlərinin müharibədə iştirakı barədə fikirlərini açıq şəkildə söylədi və mən bunu dərhal, tamamilə rədd etdim. Çünki bu, üçüncü dünya müharibəsinin başlaması olardı. Qaldırdığınız məsələdə, bəlkə də, bir az səbir lazımdır. Avropa İttifaqında Azərbaycanla baş verənlərlə bağlı çox ölkənin obyektiv yanaşması lazımdır. Ukrayna ilə bağlı da dedim, ərazi bütövlüyü qorunmalıdır. Sizin də ərazi bütövlüyünüzün qorunması lazımdır. Bu, sizin torpaqlarınızdır. Əgər Avropa İttifaqında 3-4 ölkə eyni mövqedən çıxış etsəydi, gərginlik bəlkə də bu səviyyədə olmazdı. Onlar ərazicə balaca ölkənin özünə güvənərək hərəkət etməsini sevmirlər. Bu cür ölkə olmağınızla fəxr etməlisiniz”, – deyə baş nazir vurğulayıb.

  • Dünya bazarında neft qiymətləri dəyişib

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin iyun füçersləri 0,50% ucuzlaşaraq bir barelinin qiyməti 77,99 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyul füçersləri isə 0,52% ucuzlaşaraq bir barelinin qiyməti 82,73 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərdə bildirilib ki, mayın 8-də saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

    Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Qobustan, Şahbuzda 22 mm, Göygöldə 20 mm, Lerikdə 19 mm, Altıağacda 18 mm, Şəkidə 12 mm, Şabranda 11 mm, Lənkəran, Şamaxıda 10 mm, Quba, Xaltanda 9 mm, Qusar, Balakən, Gədəbəydə 8 mm, Qrız, Neftçala, Astara, İsmayıllıda 7 mm, Qax, Ordubad, Kürdəmir, Daşkəsən, Şərur, Göyçay, Şahdağ, Sabirabad, Sədərək, Yardımlı, Zaqatala, Culfa, Bərdə, İmişli, Ağstafa, Tərtər, Mingəçevir, Yevlax, Göytəpə, Naftalan, Gəncə, Ağdamda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 16 mm-dək olub.

    Mayın 7-də saat 15:30-15:53 aralığında Kəlbəcər rayonunun cənub-qərb hissəsinə diametri 10-12 mm olan dolu düşüb.

    Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 13, dağlıq rayonlarda 2-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə bir dərəcəyədək şaxta olub.

  • В Баку благоустроен и сдан в пользование горожанам очередной парк – ФОТО

    В Низаминском районе Баку был благоустроен и передан в пользование жителям парк на улице Насими.

    В благоустроенном уголке отдыха есть детская и спортивная площадки, а также установлены беседки, скамейки, мусорные баки.

    В парке установлены новые фонарные столбы и камеры наблюдения, обновлены асфальтовое покрытие и тротуары, восстановлена электросистема.

    В рамках Года солидарности во имя зеленого мира в целях озеленения и увеличения биоразнообразия на территории зоны отдыха были посажены 150 эльдарских сосен, 147 кипарисов и более 4 000 различных видов кустарников.





  • Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi – FOTO

    Nizami rayonunda davam edən abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi küçəsi, 32A ünvanındakı park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildi.

    Abadlaşdırılan parkda azyaşlı uşaqlar üçün müxtəlif növ oyun elementlərindən ibarət meydança, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün idman qurğuları quraşdırıldığı idman meydançası yaradılıb. Bundan əlavə, ərazidə söhbətgahlar, oturacaqlar, tullantılar üçün qutular qoyulub.

    Parkda elektrik sistemi yenidən qurularaq yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, səki və tamet daşları yenilənib.

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ərazidə yaşıllaşdırmanın və bioloji müxtəlifliyin artırılması məqsədilə parkın ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 150 ədəd Eldar şamı, 147 ədəd kiparis və 4000-dən artıq müxtəlif növ kol əkilib.





  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,72 доллара (0,84%) и составила 84,55 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена одного барреля нефти рассчитана на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).