Month: May 2024

  • “Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi

    Hazırkı Konstruktorlar Çempionatının qalibi “Red Bull” ən uğurlu “Formula-1” bolidini yaradan texniki direktor Edrian Nyuinin vaxtından əvvəl getdiyini rəsmən təsdiqləyib.

    Komandanın saytında verilən məlumata görə, Nyui 2025-ci ilin birinci rübündə postunu tərk edəcək.

    Texniki direktor işindən ayrılana qədər “Red Bull”un ilk hiperkarı “RB17”nin son hazırlanmasına diqqət yetirəcək.

    Xatırladaq ki, Nyui 2006-cı ildən “Red Bull”dadır və “Formula-1”in ən yaxşı bolidi sayılan, 2023-cü ildə 22 yarışdan 21-də qalib gələn “RB19” da daxil olmaqla komandanın bütün yeddi çempion avtomobilinin konsepsiyalarının müəllifi olub.

    Mənbə: championat.com

  • Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi – VİDEO

    Çin Ayda gələcək bazasını nümayiş etdirib.

    Videoda Çinin Aya bir neçə missiyasını, o cümlədən Ay qaya nümunələrinin toplanması və Yerə qaytarılmasını, Çinin eniş aparatını, lunoxod və orbitə çıxan peyk əməliyyatları əks olunub.

    Ancaq kadrlarda heyrətamiz bir məqam izləyənlərin nəzərindən yayınmayıb: Arxa planda buraxılış meydançasından NASA-nın kosmik gəmisi havaya qalxır.

    Qeyd edək ki, bu şattl hazırda istismardan çıxarılıb. Eyni zamanda, NASA-nın Çin kosmik agentliyi ilə əməkdaşlıq etməsi qadağandır.

    Qeyd edək ki, Ayda planlaşdırılıan Çin bazası Beynəlxalq Elmi Ay Stansiyası adlanır. Çin Ay bazasının tikintisinə başqa ölkələri də cəlb etmək niyyətindədir. Hazırda bu layihəyə Azərbaycan, Rusiya, Venesuela, Pakistan, Belarus, Cənubi Afrika Respublikası, Misir, Tailand və Nikaraqua qoşulub.
    //oxu.az

  • Невестка известного ашыга сбежала из дома – ОБНОВЛЕНО (ВИДЕО)

    Как сообщалось ранее, в селе Юхары Салахлы Газахского района без вести пропала 20-летняя Мехрибан Исаева.

    По данным Baku TV, разыскиваемая уже 16 дней женщина – супруга Кянана Исаева, сына известного ашыга Шаига Инджели.

    * * * * *

    В Газахском районе без вести пропала 20-летняя девушка.

    Как сообщает Qafqazinfo, 16 апреля в полицию обратился житель села Юхары Салахлы Ф.Сулейманов и отметил, что его дочь Мехрибан Исаева (2004 г.р.) вышла из дома в этот же день и ушла в неизвестном направлении. С тех пор на протяжении 15 дней от нее не было никаких вестей.

    По данному факту в отделе полиции Газахского района проводятся следственные мероприятия.

  • Azərbaycanda tanınmış aşığın gəlini evdən qaçdı – YENİLƏNİB (VİDEO)

    Qazaxın Yuxarı Salahlı kəndində 20 yaşlı qadın itkin düşüb.

    Baku TV-nin məlumatına görə 16 gündür axtarışda olan şəxs tanınmış aşıq Şaiq İncəlinin oğlu Kənan İsayevin həyat yoldaşıdır.

    * * * * *

    Qazaxda 20 yaşlı qız itkin düşüb.

    “Qafqazinfo” xəbər verir ki, aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

    O qeyd edib ki, qızı, 10 may 2004-cü il təvəllüdlü Mehriban İsayeva aprelin 16-da evi tərk edib.

    O, naməlum istiqamətdə gedərək itkin düşüb.

    Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma və axtarış işləri həyata keçirilir.

  • Скончался доцент Нахчыванского государственного университета

    В возрасте 85 лет скончался доцент кафедры физики и энергетики Нахчыванского государственного университета (НДУ), доктор философии по физике и математике, президентский стипендиат Фаиг Миришли.

    За годы трудовой деятельности в НГУ Фаиг Миришли работал заведующим кафедрой электрорадиотехники и материаловедения, в 1992-1997 годах – проректором по учебной работе, а в 1997-2007 годах – заведующим кафедрой физики.

    Его научно-исследовательские работы в области сегнетоэлектрики физики твердого тела были опубликованы в зарубежных научных изданиях, а ряд статей был использован в научной литературе.

  • Naxçıvan Dövlət Universitetinin dosenti vəfat etdi

    Naxçıvan Dövlət Universitetinin (NDU) Fizika və energetika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Faiq Əqil oğlu Mirişli 85 yaşında vəfat edib.

    NDU-da işlədiyi illər ərzində Faiq Mirişli Elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışıb.

    Onun bərk cisimlər fizikasının seqnetoelektriklər sahəsində apardığı elmi-tədqiqat işləri xarici elmi mətbuatlarda çap edilib və bir neçə məqalələrin nəticələrindən elmi ədəbiyyatlarda istifadə olunub.

  • Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

    Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək.

    Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi “Leo, bizdə Sibir şəraitidir” filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolunu qazanmasından bəhs edəcək.

    Di Kaprionu yakutiyalı aktyor Aleksandr Yasen canlandıracaq.

    Müəlliflər bildiriblər ki, onlar Sibirdəki sadə insanların hər şeyə sahib olan bir dünya ulduzunun həyatını necə dəyişdirə bildiyinə dair mənzərə yaratmaq istəyirlər.

    Mənbə: Gazeta.ru

  • Шавкат Мирзиеев принял Микаила Джаббарова

    Президент Узбекистана Шавкат Мирзиеев принял министра экономики Азербайджана Микаила Джаббарова.

    Об этом глава экономического ведомства написал в своем аккаунте в соцсети Х.

    Министр отметил, что состоялся обмен мнениями об углублении отношений стратегического партнерства между Азербайджаном и Узбекистаном и выведении их на более высокий уровень на основе политической воли и дружественных отношений президентов двух стран, инициативах на экономической платформе, отвечающих общим интересам, и вкладе в формат сотрудничества для совместного развития.

  • Şavkat Mirziyoyev Mikayıl Cabbarovu qəbul edib

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

    Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.

    Nazir Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edildiyini bildirib.

  • Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.