Month: May 2024

  • Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Özbəkistan Müsəlmanlar İdarəsinin sədri Nuriddin Xaliknazarov, Qazaxıstan Müsəlmanlar İdarəsinin sədri Naurızbay Otpenov, Qırğızıstan Müsəlmanlar İdarəsinin sədri Abdulaziz Zakirov və Şimali Kipr Türk Respublikasının Diyanət İşləri Başkanı Ahmet Unsal daxildir.


  • Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi

    Lənkəranda evdən 23 500 dollar (39 950 manat) və 5 000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

    “Qafqazinfo” xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğun ev sahibinin azyaşlı oğlu tərəfindən törədildiyi məlum olub.

    Onun evdən oğurladığı pul və qızıl-zinət əşyalarını yaxınlıqdakı bağ sahəsində gizlətdiyi müəyyən edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент: Азербайджан и Армения проводят работу по делимитации и демаркации без каких-либо посредников

    Началась делимитация границы, ведутся даже работы по демаркации. И все это происходит прямо сейчас, во время моего выступления. Нашим двум странам удалось добиться этого без каких-либо посредников. Это еще раз показывает, что нам не нужны посредники, особенно те, кто преследует свои цели, не хочет помогать, а хочет вмешиваться в наш регион ради достижения своих политических и экономических интересов. Они лишь хотят вновь подлить масла в огонь.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в выступлении на церемонии открытия VI Всемирного форума по межкультурному диалогу “Диалог ради мира и глобальной безопасности”, начавшего работу 1 мая в Баку.

    “Мы не допустим вспышки очередного конфликта на Южном Кавказе. После тридцатилетнего противостояния Азербайджан и Армения ясно понимают, что хотят мира на Южном Кавказе. А такого мира можно достичь только путем нормализации отношений между Азербайджаном и Арменией”, – сказал глава государства.

  • Prezident: “Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır”

    “Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

    “Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, – deyə dövlətimizin başçısı bildirib.

  • Ильхам Алиев: Сейчас мы движемся к миру

    Президент Азербайджана Ильхам Алиев на церемонии открытия VI Всемирного форума по межкультурному диалогу “Диалог ради мира и глобальной безопасности”, начавшего работу 1 мая в Баку, в своем выступлении рассказал о ситуации в регионе после войны.

    Как сообщает АЗЕРТАДЖ, глава государства подчеркнул, что Азербайджан работает очень активно, предложил Армении начать переговоры по мирному соглашению и даже разработал основные принципы и проект мирного соглашения.

    Заявив, что Азербайджан полностью восстановил свой суверенитет в сентябре прошлого года, Президент Ильхам Алиев также отметил, что, несмотря на необоснованные политические атаки на нашу страну, Азербайджан все же предложил мир. Он добавил, что сейчас наблюдаются позитивные тренды, и мы движемся к миру.

  • Prezident: “İndi biz sülhə doğru gedirik”

    Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb.

    Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik.

  • Депутат: В Азербайджане должны быть установлены требования к составу электронных сигарет

    В Азербайджане должны быть установлены требования к составу электронных сигарет.

    Как передает Report, об этом заявил депутат Эмин Гаджиев на сегодняшнем заседании комитета Милли Меджлиса по аграрной политике.

    По его словам, на электронных сигаретах также должна быть информация об их составе.

    “Электронные сигареты уже запретили в Казахстане, подобные обсуждения сейчас ведутся в России. Будь они настолько безопасны, как нам хотят их преподнести, то не было бы таких серьезных обсуждений и запретов в соседних странах”, – сказал парламентарий.

  • Elektron siqaretlə bağlı tələblər qoyula bilər

    “Azərbaycanda elektron siqaretin tərkibi ilə bağlı tələblər qoyulmalıdır”.

    “Report” xəbər verir ki, bunu deputat Emin Hacıyev bu gün keçirilən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib.

    Onun sözlərinə görə, bundan başqa, onun tərkibi ilə bağlı məlumatlar əks olunmalıdır:

    “Hazırda Qazaxıstanda elektron siqaretin istifadəsi qadağan edilib. Rusiyada bu müzakirə edilir. Əgər elektron siqaretlər bizə təqdim edildiyi kimi təhlükəsiz olsaydı, qonşu ölkələrdə ona qarşı bu cür ciddi müzakirələr və məhdudiyyətlər qoyulmazdı”.

  • Президент: Азербайджан обеспечил мир посредством войны, и этот вопрос должен быть основательно исследован

    Азербайджан обеспечил мир посредством войны. Считаю, что этот вопрос следует тщательно исследовать.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в выступлении на церемонии открытия VI Всемирного форума по межкультурному диалогу “Диалог ради мира и глобальной безопасности”, начавшего работу 1 мая в Баку.

    Напомнив, что международные организации приняли резолюции и решения о прекращении оккупации Армении, глава государства подчеркнул: “Те, кто принимал резолюции, ничего не сделали для их реализации. Тогда мы вынуждены были добиться мира посредством войны. В 2020 году по итогам 44-дневной Отечественной войны мы освободили большую часть наших территорий. А в сентябре прошлого года мы полностью восстановили нашу территориальную целостность и суверенитет”.

  • Prezident: “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir”

    “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

    Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.