Month: May 2024

  • İyunda ardıcıl beş gün iş olmayacaq

    Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

    15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.

    Nazirlər Kabinetinin “2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

  • Минздрав: Большинство обращений связано с трансплантацией почек

    Согласно законодательству Азербайджана, органами, разрешенными к пересадке, являются печень, сердце, легкие, кишечник, желудок и роговица глаза. При этом законодательством разрешена также трансплантация костного мозга от живого донора.

    Об этом сказала председатель правления Координационного центра донорства и трансплантации органов Министерства здравоохранения Егяна Аббасова во время прямого эфира на официальной странице Минздрава в Instagram.

    По ее словам, более 400 обращений, поступивших в Центр по трансплантации органов, связаны с пересадкой почки.

    “Не только в Азербайджане, но и во всех странах большинство обращений связано с трансплантацией почек. На втором месте в республике обращения больных, нуждающихся в трансплантации костного мозга. Достаточно много обращений пациентов, которым необходима пересадка печени. Кроме того, в центр обращаются люди, нуждающиеся в операции по трансплантации легких, сердца и роговицы глаза”, – сказала Е.Аббасова.

    Представитель Минздрава сообщила, что в Азербайджане около 1 000 пациентов ожидают операции по трансплантации органов.

  • Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

    “Azərbaycan qanunvericiliyinə müvafiq olaraq köçürülməsinə icazə verilən orqanlar qaraciyər, ürək, ağciyər, bağırsaqların köçürülməsi, mədə, gözün buynuz qişasıdır. Eyni zamanda, qanunvericiliklə canlı donordan sümük iliyi köçürülməsinə də icazə verilir”.

    Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

    Y.Abbasova qeyd edib ki, bu gün Mərkəzə orqan transplantasiya ilə bağlı daxil olan müraciətlərdən 400-dən çoxu məhz böyrək köçürülməsi ilə bağlıdır:

    “Böyrəklə bağlı müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir. Azərbaycanda ikinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir”.

    Y.Abbasova hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib.

  • İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.


  • Kəlbəcərdə yük maşını aşıb, ölən var

    Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.

    Nəticədə bir nəfər vəfat edib.

    Vəfat edən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

  • Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

    Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib.

    APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

    Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

    Qeyd edək ki, “Media haqqında” Qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

  • Rasim Tağıyevin oğlu həbs edildi

    Aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Tovuz Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İbtidai istintaq davam etdirilir.

    Qeyd edək ki, Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin sabiq müdiri Rasim Tağıyevin oğludur. O, bir neçə gün əvvəl mediaya açıqlamasında T.Məmmədovanın oğlu Röyalı şərlədiyini, onun özünü yandırdığını iddia etmişdi.

  • Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır – SƏBƏB

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

    “Report” xəbər verir ki, bu barədə yaxın zamanlarda elanın edilməsi gözlənilir.

    Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

    Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

  • Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb – VİDEO

    Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlərlə doqquz mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.