Month: May 2024

  • Bakı həbsxanasında ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Bahadur Əkbərov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

  • 22 gündür itkin düşən 83 yaşlı qadın tapıldı

    İtkin düşmüş kimi axtarışda olan beş nəfər tapılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 5-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 1941-ci il təvəllüdlü qadın, mayın 23-də paytaxtın Səbail rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2010-cu il təvəllüdlü qız, həmin gündə Mingəçevir şəhərində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 2002-ci il təvəllüdlü qadın və mayın 25-də Masallı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2005-ci il təvəllüdlü qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

  • Президентом Литвы переизбран Гитанас Науседа

    Выборы президента Литвы во втором туре выиграл действующий президент страны, 60-летний Гитанас Науседа. По предварительным результатам, он набирает около 75% голосов, сообщила в ночь на понедельник, 27 мая, избирательная комиссия Литвы.

    Соперница Науседы во втором туре, 49-летняя премьер-министр страны Ингрида Шимоните, уже признала свое поражение. “Хочу поздравить избранного президента Литвы”, – сказала она.

    В первом туре выборов две недели назад Науседа набрал 44% голосов, Шимоните – 20%.

    Источник: dw.com

  • Litvada yeni prezident seçildi

    Litvada seçkinin ikinci turunda ölkənin hazırkı Prezidenti Qitanas Nauseda qalib gəlib.

    Bu barədə Litvanın əsas seçki komissiyasından məlumat verilib.

    Məlumata görə, Nauseda 74,43% səs toplayıb. Onun rəqibi, Baş nazir İnqrida Simonite isə 24% səs qazanıb. Seçici fəallığı 49,6 faiz təşkil edib.

    60 yaşlı Qitanas Nauseda 2019-cu ilin iyul ayından Litvaya rəhbərlik edir. Bu müddət onun ikinci və sonuncu prezidentlik müddəti olacaq. Litva Konstitusiyasına görə, prezident ardıcıl iki dəfədən artıq seçilə bilməz.

    Nauseda ona göstərdikləri etimada görə Litva xalqına təşəkkür edib.

    “Mən çox yaxşı başa düşürəm ki, bu etimad kreditini qoruyub saxlamalıyam”, – deyə o, jurnalistlər qarşısında çıxışında bildirib.

    Seçilmiş Prezident Qitanas Nauseda Litvanın hazırkı xarici siyasətini davam etdirəcəyinə söz verib və ölkənin Avropa İttifaqı və NATO ilə əməkdaşlıqdan daha çox faydalanacağına ümid etdiyini bildirib.

  • В Саатлы мужчина чуть не зарезал жену на глазах у ребенка: суд оставил в силе суровый приговор

    В Ширванском апелляционном суде завершилось рассмотрение жалобы на приговор в отношении Х.Абасова, обвиняемого в покушении на убийство своей супруги.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Яшара Гашимова было зачитано решение, согласно которому апелляционная жалоба не была удовлетворена.

    Согласно обвинению, инцидент был зарегистрирован в прошлом году в Саатлинском районе.

    Незадолго до покушения жена Х.Абасова, М.Абасова, с которой он проживал раздельно, обратилась в Сабирабадскую медиационную организацию №1 с просьбой о расторжении брака. Однако ревнивый муж заподозрил супругу в неверности и решил жестоко отомстить.

    На глазах у малолетнего ребенка Абасов схватил жену за горло, прижал к стене спальни и нанес ей 15 ударов кухонным ножом. Истекающую кровью женщину доставили в больницу, где врачам чудом удалось спасти ей жизнь.

    Лянкяранский суд по тяжким преступлениям приговорил Х.Абасова к 14 годам и 9 месяцам лишения свободы.

  • Arvadına uşağının gözü önündə 15 bıçaq vuran şəxsə AĞIR CƏZA

    Şirvan Apellyasiya Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən X.Abasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, hadisə ötən il Saatlı rayonunda qeydə alınıb.

    Belə ki, olaydan əvvəl X.Abasov ondan ayrı yaşayan arvadı, zərərçəkmiş M.Abasova onunla olan nikah qeydinin pozulması ilə əlaqədar Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edib. Təqsirləndirilən şəxs də qadının ona xəyanət etməsindən şübhələnib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Sonra o, azyaşlı övladının gözləri qarşısında arvadının bir əli ilə boğazından tutaraq evin yataq otağının divarına söykəyib, əlində olan mətbəx bıçağı ilə ümumilikdə 15 zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Abasov 14 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

  • В Азербайджане скончался известный военный эксперт – ФОТО

    Ушел из жизни известный азербайджанский военный эксперт Алпарслан Имамгулу.

    Информация об этом распространилась в социальных сетях.

    Было отмечено, что он скончался в возрасте 45 лет после продолжительной болезни.

  • Tanınmış hərbi ekspert vəfat etdi – FOTO

    Hərbi ekspert Alparslan İmamqulu dünyasını dəyişib.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, ehtiyatda olan polkovnik-leytenant 45 yaşında uzunsürən xəstəlikdən sonra vəfat edib.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Июльские фьючерсы на марку WTI подорожали на 0,36% – до 78 доллара за баррель, на Brent – на 0,24%, до 82,32 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin iyul füçersləri 0,36% bahalaşaraq bir barelinin qiyməti 78 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyul füçersləri isə 0,24% bahalaşaraq bir barelinin qiyməti 82,32 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg