Month: May 2024

  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в открытии торгового центра Crescent Mall в Баку

    27 мая Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в презентации проекта Crescent Bay и открытии торгового центра Crescent Mall в Баку.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Mehriban Əliyeva “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • İmişlidə ağır cinayətin üstü açılıb, atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutulub

    2024-cü ilin yanvar ayında İmişli rayonunda baş vermiş xüsusilə ağır cinayətin üstü açılıb.
     
    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
     
    Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.
     
    Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
     
    “Cinayət işi üzrə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək. Bağlı qalmış cinayət işlərinin açılması daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün hansı güzəştlər verilir?

    Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır.
     
    Median.Az 
    İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır:
     
    -aşağı həddə icarə haqqı tətbiq edilir;
    -dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur.
    İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.
     
    Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Rezidentlər bu imkanlardan istifadə edərək:
     
    -investisiya xərclərinə qənaət edir;
    -məhsulun maya dəyərini aşağı sala bilirlər.
    Bundan əlavə, sənaye parklarında:
     
    -idarəetmə ilə bağlı məsləhət;
    -sənaye üzrə ixtisaslı kadrların hazırlanması
    və digər dövlət dəstəyi tədbirləri təşkil olunur.
    -Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir.
     
    İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır:
     
    Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
    Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib.
    -Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır.
    -Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 %-i məbləğində maliyyə yardımı ödənilir.
    -Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.
    -Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 %-dək olan biznes kreditlərinin 90 %-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 % bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
    -Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
     
    İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə
     
    -əlavə məzuniyyət verilir;
    -onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır.
    -Tezliklə Ağdam Sənaye Parkında tikinti materiallarının, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatlarının, həmçinin ayaqqabı və s. məhsulların istehsalı müəssisələri istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib. “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən texnikalara xidmət üzrə layihələr həyata keçirilməkdədir, logistika və avadanlıq layihələrinin isə icrası gözlənilir.
     
    İşğaldan azad olunmuş ərazilərimizdə yaradılmış yeni sənaye parkları və sahibkarlar üçün tətbiq edilən güzəşt və stimullar bölgədə inkişaf və biznesin dirçəlişi üçün böyük investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq.

  • Ermənistanda daşqınlar nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

    Ermənistanın şimalında daşqın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

    Bu barədə “Vətəndaş müqaviləsi” partiyasının deputatı Aren Mkrtçyan sosial şəbəkələrdəki hesabında yazıb.

    Xatırladaq ki, ötən gün təbii fəlakət nəticəsində 3 nəfərin öldüyü barədə məlumat verilmişdi.

  • Sabiq qərargah rəisi rüşvətə görə HƏBS EDİLDİ

    Bakıda yerləşən N saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.
     
    Median.Az 
    qafqazinfo-ya istinadən xəbər verir ki, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən külli miqdarda rüşvət alıb.

    Kapitan Əliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

    Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.

    V. Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

    Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza təyin etmə) maddəsini tətbiq edib.

    Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

  • İranda prezident seçkilərində ilk namizəd bəlli oldu

    İranın mərhum Prezidenti İbrahim Rəisinin vəfatından sonra iyunun 28-də keçiriləcək yeni prezident seçkilərində namizədliyini açıqlayan ilk ad keçmiş səhiyyə naziri, Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkian olub.

    İranın “Fars” Xəbər Agentliyinin məlumatına görə, Məsud Pezeşkian prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan ilk şəxs olub.

    O, İbrahim Rəisinin vəfatından sonra iyunun 28-də keçirilməsinə qərar verilən 14-cü prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib.

    “Seçkilərdə iştirak etmək niyyətim ictimai fəallığı artırmaqdır”, – deyə o açıqlamasında bildirib.
    //azxeber.com

  • MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? – VİDEO

    Çoxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs mütənasibliyin olduğu deyilir.  

    Xezerxeber.az-ın məlumatına görə, Bakı sakinləri deyirlər ki, mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq, müəyyən olunan məbləğin ödənilməsi tələb edilir. Lakin çox zaman MTK işçiləri tərərfindən yığılan pullarla göstərilən xidmətlər tərs mütənasiblik təşkil edir. Yəni yığılan pulun məbləği yüksək, xidmətin keyfiyyəti isə aşağıdır.

    Bəs binalarda 15-80 manat aralığında  yığılan pullar hara xərclənir, yaxud bina sakinlərinin belə bir öhdəliyi varmı?

    Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov bildirib ki, qanunla bu proses bir qədər fərqlidir. Mütəxəssisin fikrincə, hazırda MTK-lar hüquqi boşluqlardan istifadə edib vətəndaşlardan xeyir güdmək üçün çalışırlar. Onun sözlərinə görə, ödənişlər nağdsız olarsa, bununla da MTK-lara nəzarət asanlaşacaq.

    Qeyd edək ki, təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Hətta bu binalarda ödənişin nağdsız formada həyata keçirilməsi ilə bağlı xeyli müzakirələr də aparılıb. 

  • Narkoman və vərəm xəstəsi avtobus sürür? – VİDEO

    Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.

    “Qafqazinfo” xəbər verir ki, “Batya Vasmoyski” ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub.

    “Çinar Trans” MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

    “Batya Vasmoyski” kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək “YouTube” kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu da bildirib:

    “Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu reabilitasiya mərkəzinə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin taleyi və davranışlarını sonradan izləyə bilmirik”.

    40 saylı marşrut xəttini istismar edən “Çinar Trans” MMC-dən bildirilib ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.

  • МИД Азербайджана выразил соболезнования Турции

    Министерство иностранных дел (МИД) Азербайджана выразило соболезнования Турции.

    Об этом говорится в публикации внешнеполитического ведомства Азербайджана в социальной сети Х.

    “Глубоко опечалены известием о гибели и ранении множества людей в результате аварии в Мерсине. Да упокоит Всевышний души погибших, пострадавшим желаем скорейшего исцеления”, – говорится в публикации.

    Тяжелое дорожно-транспортное происшествие произошло в турецком Мерсине 26 мая. Погибли по меньшей мере 10 человек, не менее 39 пострадали.