Month: May 2024

  • Мэр Тбилиси заявил о планах парламента преодолеть вето на закон об иноагентах

    Парламент Грузии преодолеет вето президента, несмотря на анонсированные США санкции.

    Об этом заявил мэр Тбилиси и генеральный секретарь правящей партии “Грузинская мечта” Каха Каладзе.

    “Немыслимо, что наш стратегический партнер – США – вводит против нас санкции из-за того, что законно избранный народом парламент принимает закон о прозрачности. Суверенитет Грузии, наша государственность очень важны для каждого грузина. Поэтому это вето будет преодолено”, – констатировал К.Каладзе.

    Он подчеркнул, что на данный момент грузино-американские отношения нуждаются в перезагрузке.

    Напомним, что парламент Грузии 14 мая принял в третьем чтении закон “О прозрачности иностранного влияния”, что спровоцировало резкие заявления со стороны ЕС и США. Президент Грузии Саломе Зурабишвили наложила вето на закон, однако, по словам спикера парламента Шалвы Папуашвили, депутаты намерены преодолеть его.

    Госсекретарь США Энтони Блинкен 24 мая анонсировал новую политику визовых ограничений в отношении Грузии. В письменном заявлении главы Госдепа подчеркивалось, что Вашингтон приступил к всеобъемлющему пересмотру двустороннего сотрудничества с Тбилиси.

  • Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edəcək

    Gürcüstan parlamenti ABŞ-nin planlaşdırdığı sanksiyalara baxmayaraq, Prezidentin vetosunu ləğv edəcək.

    Bu barədə Tbilisi meri və hakim “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bildirib.

    “Strateji partnyorumuzun – ABŞ-nin sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək”, – K. Kaladze bildirib.

    Onun sözlərinə görə, Gürcüstanla ABŞ arasında son zamanlar yaranmış münasibətlərin yenidən qurulmasına ehtiyac var.
    //report

  • AFP: Страны G7 хотят усилить санкции для снижения прибыли РФ от энергетики

    Страны Группы семи (G7) рассчитывают усилить экономические и финансовые санкции против России с целью снижения прибыли РФ от экспорта энергоресурсов.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает Agence France-Presse.

    Министры договорились “нацелиться на доходы России в сфере энергетики и будущие возможности по добыче” энергоресурсов. Они также намерены “бороться с попытками обхода санкций”, особенно это касается “финансовых институтов, оказывающих посреднические услуги при закупках для российской оборонной промышленности”.

    Агентство отмечает, что Евросоюз уже ввел 13 пакетов санкций, стремясь в отношении РФ из-за войны против Украины, теперь ЕС планирует сосредоточиться на экспорте из РФ сжиженного природного газа (СПГ) через территорию ЕС в третьи страны.

  • G7 ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirmək istəyir

    “Böyük yeddilik” (G7) ölkələri Rusiyanın enerji ixracından əldə etdiyi mənfəəti azaltmaq üçün Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndirmək niyyətindədir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

    Nazirlər Rusiyanın enerji gəlirlərini və enerji ehtiyatlarının istehsalı üçün gələcək imkanları hədəfləmək barədə razılığa gəliblər.

    Onlar həmçinin Rusiya müdafiə sənayesi üçün satınalmalarda vasitəçilik xidmətləri göstərən maliyyə qurumları ilə bağlı sanksiyalardan yayınma cəhdləriylə mübarizə aparmaq niyyətindədirlər.

    Agentlik qeyd edir ki, Avropa İttifaqı artıq Ukraynaya qarşı müharibəyə görə Rusiyaya qarşı 13 sanksiya paketi tətbiq edib. İndi isə Aİ Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) birlik ölkələri vasitəsilə üçüncü ölkələrə ixracına diqqət ayırmağı planlaşdırır.

  • Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

    Bu il mayın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,34 bənd təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,04 bənd az, ilin əvvəlinə nisbətən 0,14 bənd az, illik müqayisədə isə 0,63 bənd azdır.

    AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

  • Trabzonda bələdiyyə sədri döyülüb

    Türkiyənin Trabzon şəhərinin Tonya rayonunun bələdiyyə sədri Osman Beşel vəzifə yerində döyülüb.

    Bu barədə yerli “Tonyanın sözü” nəşri məlumat yayıb.

    Bildirilib ki, Tonya bələdiyyəsində işləyən H.U. və H.K. adlı iki nəfər verilmiş tənbehə görə bələdiyyə sədri Beşelin otağına daxil olaraq onu döyüblər.

    “Davada ikili sədr Beşelin üzünü və bədənini yumruqlamağa başlayıb. Sədr Beşel digər əməkdaşlara səslənməsindən sonra araya girənlər iki şəhər çapqınçısını uzaqlaşdırmağa çalışarkən onlardan biri belindəki silahı sədr Beşelə doğrultmağa çalışıb”, – nəşr qeyd edib.

    Polis hücum edən şəxsləri saxlayıb.

    Qeyd edək ki, Osman Beşel Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvüdür. O, son yerli seçkilərdə səslərin 43,04 faizini toplayaraq sözügedən rayonun bələdiyyə sədri seçilmişdi.

  • Ərdoğan dəhşətli zəlzələlərin vurduğu ziyanı açıqladı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdən Türkiyə iqtisadiyyatına 104 milyard dollar ziyan dəydiyini bildirib.

    “Bütün bu problemlərə əlavə olaraq, Türkiyədə 6 fevralda baş verən zəlzələlər nəticəsində 53 mindən çox insan həyatını itirdi. Ümumilikdə 11 vilayətə və 14 milyon insana təsir edən zəlzələlərin iqtisadiyyatımız üçün ziyanı 104 milyard dollara çatdı, təkcə evlərdə deyil, həm də istehsal obyektlərində dağıntılar oldu”, – deyə Türkiyə lideri Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Türkiyənin cənub-şərqində ticarət evləri dağıdılıb, müəssisələr bağlanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.

    “Zəlzələ zonasında yararsız vəziyyətə düşmüş 850 min obyektdən 170 mini iş yeridir, Avropa və ABŞ də daxil olmaqla, heç bir iqtisadiyyat nə qədər inkişaf etsə də, belə bir fəlakətin öhdəsindən asanlıqla gələ bilməz”, – Ərdoğan vurğulayıb.

    Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər doqquz saat fərqlə baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində və Suriya da daxil olmaqla, digər qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həyatını itirib.

    Mənbə: RİA Novosti

  • Vasif Talıbovun ailəsinə ağır itki – Foto

    Talıbovlar ailəsinə ağır itki üz verib.

    Median.Az manset.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun mərhum qardaşı İlqar Talıbovun oğlu Vüsal Talıbov uzun sürən xəstəlikdən sonra vəfat edib.

    Qeyd edək ki, Vüsal Talıbov Naxçıvan Muxtar Respublikası Prokurorluğunda işləyib, o, Naxçıvanda bir sıra biznes obyektlərinin, restoranların sahibi olub.

  • Yağıntı ilə bağlı magistral yollardakı vəziyyət açıqlandı

    Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Mayın 26-da gecə və səhər saatlarında yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi dağlıq və dağətəyi rayonlarda magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

  • Parisdə küçəyə Navalnının adı veriləcək

    Fransanın paytaxtı Parisdə küçəyə fevralda dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının adı veriləcək.

    “Qafqazinfo” “BFM TV” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Parisin meri Ann İdalqo açıqlayıb.

    Onun sözlərinə görə, Rusiyanın Parisdəki Səfirliyinin qarşısında yerləşən Şantemess küçəsinin adı dəyişdirilərək Aleksey Navalnının şərəfinə adlandırılacaq. Bu barədə qərarı isə Paris Şurası yekdilliklə qəbul edib.

    Xatırladaq ki, 47 yaşlı A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.