Month: May 2024

  • Elektrik enerjisi ilə bağlı bazar operatoru yaradılacaq

    İkinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi bazar operatoru yaradılacaq.

    Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

    Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi və “Azərenerji” ASC ilə birlikdə 2025-ci il 1 iyul – 31 dekabr müddətində bununla bağlı hüquqi akt layihəsinin təqdim olunmasını təqdim etməlidir.

  • Səhər yeməyində nələr olmalıdır?

    Rusiyalı dietoloq Natalya Kruqlova səhər yeməyi üçün ən yaxşı qidaları sadalayıb.

    Median.Az xəbər verir ki, o, bu haqda “News.ru”ya müsahibəsində danışıb.

    Kruqlovanın sözlərinə görə, oyandıqdan sonra bir saat ərzində səhər yeməyi mütləqdir:

    “Məsələn, dənli bitkilər, tam taxıl çörəyi. Zülal mənbəyi də lazımdır: qatıq, kefir, kəsmik, pendir, yumurta, təzə meyvə və ya tərəvəz. Quş əti, balıqlara icazə verilir, lakin əsasən, belə yeməklər günortadan sonra istehlak olunur”.

    Dietoloq səhər saatlarında heç də bütün insanların güclü aclıq hissi keçirmədiyini vurğulasa da, səhər yeməyini sistematik şəkildə atmağın artıq çəki almağa təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

  • Lənkəranda yük maşını sürücünün üstünə aşıb

    Lənkəranda yük maşını sürücünün üstünə aşıb.

    Hadisə Qurumba kəndində baş verib.

    Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.

    S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

  • Bakı bulvarında elektron skuterdən yıxılan qız baş nahiyəsindən ağır xəsarət aldı – VİDEO

    Bu gün Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib.

    Bu barədə oxu.az-a hadisə şahidi məlumat verib.

    O qeyd edib ki, Milli Parkda, “Saat qülləsi”nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

    “Xəsarət nəticəsində başından xeyli qan itirib. Hadisə yerinə ətrafdakı vətəndaşların çağırdığı təcili tibbi yardım maşını gəlib. Lakin Dənizkənarı Bulvar İdarəsi nümayəndələrindən heç kəs hadisə yerində görünməyib”, – deyə hadisə şahidi qeyd edib.

  • Prezident səkkiz əcnəbi vətəndaşı əfv etdi

    Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib.

    APA xəbər verir ki, onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

    Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

  • Zelenski atəşkəs danışıqlardan imtina etdi

    Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiyini bildirib.

    Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

    Ukrayna liderinin fikrincə, Rusiya belə xəbərlərdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər.

    Xatırladaq ki, mayın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının bərpasının zəruri olduğunu bildirmişdi.

  • UEFA-dan İsrail millisi ilə bağlı qərar

    UEFA İsrail millisinin sentyabr ayından etibarən Millətlər Liqası çərçivəsində keçirəcəyi ev oyunları ilə əlaqədar qərar qəbul edib.

    İsrail yığması Fransa, İtaliya və Belçika ilə birlikdə Millətlər Liqasının A divizionunun 2-ci qrupunda yer alıb.

    Beynəlxalq matçlara qoyulan qadağa yalnız İsrailin Qəzza zolağında müharibəsinin tam başa çatması və ölkənin şimalında, Livanla sərhəddə hərbi əməliyyatların tamamilə dayandırılması ilə aradan qaldırıla bilər.

    Buna görə də UEFA İsrail millisinin ev matçlarını neytral meydanda keçirməsi qərarını qüvvədə saxlayıb.

    Eyni zamanda, Belçika Futbol Federasiyası iğtişaş qorxusu və terror təhlükəsi səbəbindən sentyabrın 6-da Brüsseldə keçiriləcək turnirin İsrail millisi ilə ilk ev oyununa biletlərin satışını dayandırmaq qərarına gəlib.

    İsrail klubları da avrokubok oyunlarını neytral ərazidə keçirməyə məcbur olacaqlar.

    2023/24 mövsümündə İsrail millisi və bu ölkənin klubları 2023-cü ilin oktyabrından Macarıstan və Serbiyada ev oyunlarını keçirib.

  • Bu şəxslərə mənzil kirayəsi üçün pul ödəniləcək – Prezident imzaladı

     Ədliyyə orqanları işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək

    Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

    Qaynarinfo xəbər verir ki, qanuna aşağıdakı bənd əlavə olunub:

    Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.

    Bununla yanaşı, qanunda 37.7-ci maddənin ikinci, “Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir” cümləsi çıxarılıb.

  • Prezidentin əfv sərəncamı 154 nəfərə şamil olunacaq

    Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla ümumilikdə 154 nəfər əfv edilib.

    Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

    Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilsin.

    Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

    Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

    Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

  • Lənkəranda yük maşını sürücünün üstünə aşıb

    Lənkəranda yük maşını sürücünün üstünə aşıb.

    “Report”un məlumatına görə, hadisə Qurumba kəndində baş verib.

    Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov “KamAZ” markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.

    S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib.