Month: June 2024

  • Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yarandı

    Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Bildirilib ki, Poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm metronun “Koroğlu”, həm də “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.

  • Ağdamda 10 tüfəng polisə təhvil verilib

    Ağdamda 10 tüfəng polisə təhvil verilib.

    Bu barədə oxu.az-a Daxili İşlər Nairliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

    Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri 10 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • В Азербайджане за два дня найдены 20 пропавших без вести граждан

    В Азербайджане продолжается поиск пропавших без вести граждан.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что 15-16 июня в результате проведенных сотрудниками правоохранительных органов мероприятий были найдены и переданы по назначению 20 человек, объявленных в розыск как без вести пропавшие.

    В ведомстве подчеркнули, что расследование по каждому поступившему заявлению о пропаже человека ведется до полного выяснения всех обстоятельств.

  • Azərbaycanda iki gündə itkin düşmüş 20 nəfər tapıldı

    Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, 15-16 iyun tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hər bir müraciət üzrə müvafiq araşdırmalar davam etdirilir.

  • В парламенте Армении обсудят отставку Пашиняна

    Фракция “Гражданский договор” (ГД) не будет участвовать в созванном 17 июня силой закона внеочередном заседании Национального собрания (НС) Армении.

    Об этом заявил секретарь фракции ГД Артур Ованнисян, передают армянские СМИ.

    “Фракция ГД не будет участвовать во внеочередном заседании, поскольку повестка дня оппозиции является ложной и не соответствует повесткам, исходящим из государственных интересов Республики Армения. И внеочередное заседание не может состояться без нашего участия. Оно будет созвано в силу закона, но не состоится из-за отсутствия кворума”, – сказал Ованнисян.

    Внеочередная сессия армянского парламента состоится 17 июня в 18:30 по инициативе фракций “Армения” и “Честь имею” НС РА. В повестке дня – проект послания НС “Об отставке правительства и необходимости формирования нового правительства”. Иными словами, будет обсуждаться вопрос отставки премьер-министра Армении Никола Пашиняна.

  • Ermənistan parlamentində Paşinyanın istefası müzakirəyə çıxarılacaq

    “Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası bu gün keçiriləcək parlamentin növbədənkənar iclasında iştirak etməyəcək”.

    Bu açıqlama ilə Ermənistanın hakim partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan çıxış edib.

    A.Ovannisyan əlavə edib ki, iclas qanunun tələbi ilə çağırılacaq, lakin yetərsay olmadığına görə baş tutmayacaq.

    Məlumat üçün əlavə edək ki, növbədənkənar iclasda baş nazir Nikol Paşinyanın istefası müzakirəyə çıxarılacaq.

    Mənbə: “Sputnik” Ermənistan

  • Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı – RƏSMİ

    İyunun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
     
    Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
     
    Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
     
    İtkin düşmüş kimi axtarışda olan 20 nəfər ötən iki gündə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Moskvada azərbaycanlı iş adamlarına məxsus obyekt təcili boşaldılıb

    Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Yevropeyski” Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

    Məlumata görə, paytaxtın mərkəzində, “Kiyev” vağzalının yaxınlığında yerləşən ticarət və əyləncə mərkəzi bomba qoyulması təhlükəsi ilə təxliyə edilib.

    Mütəxəssislər partlayıcı maddələrin olub-olmadığını müəyyən etmək üçün binaya tam baxış keçirirlər.

    Qeyd edək ki, “Yevropeyski” TƏM azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevə məxsusdur.

    //riamo.ru

  • В ДТП в Исмайыллинском районе пострадали несколько человек

    В Исмайыллинском районе произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает АПА, в результате инцидента пострадали три человека.

    Житель Габалы Фахри Меджидли (1998 г.р.), Гафур Бабазаде (1993 г.р.) и житель Баку Абульфат Алиев (1986 г.р.), получившие травмы различной степени тяжести, были госпитализированы в Исмайыллинскую центральную районную больницу.

    По данному факту проводится расследование.

  • İsmayıllıda avtomobil qəzası olub, üç nəfər yaralanıb

    İsmayıllıda avtomobil qəzası baş verib.

    APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Qəbələ sakini, 1998-ci il təvəllüdlü Fəxri Əli oğlu Məcidli, 1993-cü il təvəllüdlü Qafur Qafar oğlu Babazadə və 1986-cı il təvəllüdlü, Bakı sakini Əbülfət Əli oğlu Əliyev İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.