Month: June 2024

  • Macar parlamentarilər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

    Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.

    AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

    Sonra Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.

    Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.

  • Mikayıl Cabbarov tibb işçilərini TƏBRİK ETDİ

    İqtisadiyyat naziri Mikayıl Cabbarov tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.
     
    Nazir bununla bağlı “X”dəki səhifəsində paylaşım edib.
     
    “17 iyun ölkəmizin tibb işçilərinin peşə bayramı qeyd edilir. Sosial inkişafa töhfə verən və sağlamlığımızın keşiyində dayanan bütün tibb işçilərini ürəkdən təbrik edir, fədakar və məsuliyyətli işlərində uğurlar arzulayırıq”, – M.Cabbarov qeyd edib.

  • Daha bir “Prius” qəzası – 27 yaşlı gənc öldü

    Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.

    İdarəetməni itirən “Toyota Prius” markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Qəzada vəfat edən 27 yaşlı İlqarın fotosunu təqdim edirik:

  • Maşın bazarında avtomobillər dəyərindən ucuz satılmağa başlandı – VİDEO

    Maşın bazarında da sözün əsl mənasında durğunluq yaşanır.

    Həftəsonu olduğundan insanlar satmaq istədikləri avtomobillərini bazara çıxarıblar.

    Artıq uzun müddətdir ki, satıcılar avtomobil bazarında durğunluqdan şikayətlənirlər. Bildirirlər ki, bəzi hallarda avtomobillərini aylarla sata bilmirlər.

    Alıcı azlığından avtomobil qiymətlərində ciddi bahalaşma qeydə alınmayıb. Bazarlarda hətta aldığı qiymətə və ya ondan ucuz maşın satanlar da var.

    “Xəzər TV”-nin mövzu ilə bağlı videomaterialını təqdim edirik:

  • Sərxan Kamallının ölüm səbəbi açıqlandı

    Jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb.

    Kliniki Tibbi Mərkəzdən oxu.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

    “Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib”, – məlumatda bildirilir.

  • İlon Mask: Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək

    Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək, ünsiyyət qurmaq üçün onlara beyin implantları lazım olacaq.

    “Report” xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    “Yeni “X” telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?”, – o sosial şəbəkə istifadəçilərinə sual ünvanlayıb.

    İ.Mask əlavə edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq: “Gələcəkdə telefonlar olmayacaq, yalnız “Neuralink” olacaq”.

  • Paşinyan Azərbaycanla sərhəddə getdi

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara baş çəkib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə erməni KİV-ləri xəbər verib.

    Məlumata görə, Paşinyan bölgədə aparılan infrastruktur layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.

    Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlər keçirib. Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib.

  • Lerikdə dörd tondan çox xaşxaş kolu məhv edilib

    Lerikdə yabanı halda bitən narkotik tərkibli bitkilər yandırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.

  • Sabirabadda qəza: Xəsarət alanlar var

    Sabirabadda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

    Belə ki, “Mersedes-Benz” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Kamran Rüstəm oğlu Ağayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Народный артист Ниямеддин Мусаев задержан полицией – ВИДЕО

    Народный артист Азербайджана, известный певец Ниямеддин Мусаев был задержан сотрудниками правоохранительных органов.

    Об этом Median.Az сообщает со ссылкой на видеозаписи, распространившиеся в социальных сетях.

    На кадрах видно, как с сидящим в автомобиле артистом двое стражей порядка ведут беседу.

    Причина задержания певца пока неизвестна.
    //oxu.az