Month: June 2024

  • ABŞ-də konsert zamanı atışma: Ölənlər var

    ABŞ-nin Texas ştatının Raund-Rok şəhərində konsert zamanı atışma baş verib, azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

    Bu barədə yerli polis məlumat yayılıb.

    Qeyd olunub ki, konsertdə iki tamaşaçı qrupu arasında dava düşüb və kimsə atəş açıb. Nəticədə bu mübahisədə iştirak etməyən şəxslər həlak olublar.

    Həkimlər yaralılara ilkin tibbi yardım göstəriblər və onlar xəstəxanalara aparılıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Mənbə: Bloomberg

  • Rusiyada 13 nəfər attraksionda köməksiz vəziyyətdə qalıb – VİDEO

    Rusiyanın Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində insanlar attraksionda köməksiz vəziyyətdə qalıblar.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Parkda texniki səbəblərə görə havada dayanan attraksiondan 13 nəfər xilas edilib.

    Nazirliyin əməkdaşları insanların attraksiondan yanğın nərdivanına enməsinə kömək ediblər.

    Ölən və yaralananlar olmayıb.
    //rbc.ru

  • Ermənistan sərhəddə nə daşıyır? – Aşağı Əskipara kəndindən GÖRÜNTÜLƏR (VİDEO)

    Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən magistral yolda Ermənistan hərbçilərinin idarə etdiyi, hərbi göstərişi olmayan təminat daşıyan yük maşınları görüntülənib.

    AzTV sözügedən ərazidən süjet hazılayıb.

    Qeyd edək ki, Qazaxın dörd kəndində işğal müddətində tarixi-mədəni abidələr məhv edilib.

    Kənd sakini Nəsib Nəsibov bildirib ki, kənddən çıxarkən dörd yaşında olub.

    O vurğulayıb ki, doğulub boya-başa çatdığı evdən sadəcə uçmuş divarlar qalıb.

    Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

    Daha ətraflı videomaterialda:

  • Баку, Москва и Тегеран создадут новую рабочую группу для коридора Север – Юг

    Представители Баку, Москвы и Тегерана договорились о создании рабочей группы по грузовым перевозкам в рамках международного транспортного коридора Север – Юг и провели осмотр пограничных и таможенных терминалов на российско-азербайджанской и азербайджано-иранской границах.

    Об этом сообщил представитель правительства Дагестана при торгпредстве РФ в Иране Андрей Танаев, который в составе российской делегации принял участие во встрече экспертов, посвященной формированию рабочей группы.

    “Мы провели в Дербенте трехстороннее заседание на экспертном уровне между российской, азербайджанской и иранской делегациями и провели осмотр таможенных и пограничных пунктов, которые включают в себя пункты “Астара Иранская”, “Астара Азербайджанская”, “Астара Азербайджанская Южная”, “Тагиркент-Казмаляр”, “Яраг-Казмаляр”, – сказал он.

    Танаев уточнил, что с иранской стороной “договоренности о проведении этой встречи были достигнуты в феврале 2024 года во время проведения российско-иранской межправительственной комиссии по торгово-экономическому сотрудничеству в Тегеране” под председательством вице-премьера РФ Александра Новака и министра нефти ИРИ Джавада Оуджи. “С азербайджанской стороной мы договорились в двустороннем порядке”, – добавил Танаев.

    “На пункте пропуска “Яраг-Казмаляр” все происходит по принципу одного окна – подали документы, в течение 30-40 минут их подготовили, выдали водителю и он уехал”, – отметил он, сообщив, что от водителя грузового автомобиля получил только положительные отзывы на пункте пропуска.

    Танаев подчеркнул, что заседание трехсторонней экспертной группы по решению вопросов грузоперевозок “прошло практически впервые за десять лет”.

    Власти РФ рассчитывают, что коридор Север – Юг может стать альтернативой Суэцкому каналу, позволяя обеспечить сквозной маршрут реализации поставок как транзитом в Европу, так и из России в Персидский залив. Важнейший сухопутный участок коридора проходит между РФ, Азербайджаном и Ираном. В настоящее время основная часть перевозок по нему осуществляется с помощью грузовых автомобилей.

    Источник: ТАСС

  • Azərbaycan, Rusiya və İran Şimal-Cənub dəhlizi üçün yeni işçi qrupu yaradacaq

    Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər və Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər.

    Bu barədə Rusiyanın İrandakı ticarət nümayəndəliyində Rusiya nümayəndə heyətinin tərkibində işçi qrupunun yaradılmasına həsr olunmuş ekspertlərin iclasında iştirak edən Dağıstan hökumətinin nümayəndəsi Andrey Tanayev məlumat verib.

    “Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş keçirdik və “İran Astarası”, “Azərbaycan Astarası”, “Azərbaycanın Cənubi Astarası”, “Taqirkent-Kazmalyar”, “Yarağ-Kazmalyar” məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirmişik”, – agentliyin həmsöhbəti bildirib.

    “Biz Azərbaycan tərəfi ilə ikitərəfli razılığa gəldik”, – deyə Tanayev bildirib.

    O, yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının demək olar ki, on ildə ilk dəfə keçirildiyini vurğulayıb.

    Mənbə: TASS

  • Евро-2024: первое испытание для Франции, в группе E стартуют игры – АФИША

    В четвертый день чемпионата Европы по футболу в борьбу вступают команды из групп D и E.

    В самом интересном матче дня Австрия встретится с Францией. В других встречах вечера Бельгия сыграет со Словакией, а Румыния – с Украиной.

    17 июня

    Группа D

    Австрия – Франция

    23:00 – “Дюссельдорф Арена”

    Группа Е

    Румыния – Украина

    17:00 – “Альянц Арена”

    Бельгия – Словакия

    20:00 – “Франкфурт Арена”

  • AVRO-2024: Fransa üçün ilk sınaq, E qrupu mübarizəyə qoşulur – AFİŞA

    Avropa çempionatının dördüncü günündə D və E qrupunda mübarizə aparan komandalar güclərini sınayacaqlar.

    Günün ən maraqlı görüşündə Avstriya seçməsi Fransa ilə qarşılaşacaq. Gecənin digər matçlarında isə Belçika Slovakiya, Rumıniya isə Ukrayna ilə üz-üzə gələcək.

    17 iyun

    D qrupu

    Avstriya-Fransa

    Saat 23:00 – “Düsseldorf Arena”

    E qrupu

    Rumıniya-Ukrayna

    Saat 17:00 – “Allianz Arena”

    Belçika-Slovakiya

    Saat 20:00 – “Frankfurt Arena”

  • Sabirabadda qəza: Xəsarət alanlar var

    Sabirabadda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

    Belə ki, “Mersedes-Benz” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Kamran Rüstəm oğlu Ağayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Şuşada daha iki məscid inşa edilir

    Şuşa şəhərində dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən 18-i indiyədək bərpa edilib, iki yeni məscid tikilir.

    Median.Az report.az-a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda çıxışı zamanı deyib.

    O xatırladıb ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı:

    “Prezidentin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə dörd il ərzində şəhərdə dörd məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla iki yeni məscidin inşasına başlanılıb”.

  • “Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

    2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

    “Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Rafael Məhərrəmli ilə razılığa gəlib.

    24 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanıb.

    Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu gün Adil Nağıyevlə də 1 illik sözləşmə imzalayıb.