Month: June 2024

  • Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

    Qazaxda 26 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

    “Report”un Qərb bürosu xəbər verir ki, hadisə Ağköynək kəndində qeydə alınıb.

    Belə ki, rayon sakini, 1998-ci il təvəllüdlü Orxan Əliyev həyətində suvarma işləri aparan zaman su nasosında yaranan elektrik sızması nəticəsində cərəyan onu vuraraq öldürüb.

    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Тертерском районе задержан подозреваемый в убийстве 32-летнего мужчины

    В Тертерском районе задержан подозреваемый в убийстве 32-летнего Абиля Алиева.

    Об этом сообщили oхu.az в пресс-службе Министерства внутренних дел Азербайджана.

    Согласно информации, сотрудники полиции задержали подозреваемого в совершении преступления брата А.Алиева Сади Алиева (1991 г.р).

    По данному факту продолжается расследование.

  • İçki içib hücum çəkdi: Qardaşların davası ölümlə bitdi

    Tərtər rayonunda qardaşlar arasında dava qətllə bitib.

    Belə ki, 1991-ci il təvəllüdlü Sədi Mətləb oğlu Əliyev qardaşı 32 yaşlı Abil Mətləb oğlu Əliyevi öldürüb.

    Yaxınlarının sözlərinə görə, onların aralarında tez-tez mübahisə olurmuş:

    “Mərhum çox içki içərdi. Bu dəfə nalayiq ifadələr işlədib daha sonra qardaşı ilə əlbəyaxa çıxıblar. İlk bıçağı Abil çəkib, Sədi özünü müdafiə edərkən bıçaq Abilə dəyib”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Ukrayna hökuməti Rusiya Federasiyası ilə birbaşa danışıqların olmayacağını açıqlayıb

    Ukraya Preziedent Adminstrasiyası Rusiya Federasiyası ilə birbaşa danışıqların olmayacağını bildirərək Sülh Sammitinin əsas vəzifəsini açıqlayıb.

    Median.Az “Unian“a istinadən xəbər verir ki, Ukrayna Prezident Adminstrasiyası rəhbərinin müavini İqor Jovkva jurnalistlərlə açıqlaması zamanı İsveçrə Sammiti ilə bağlı bəzi suallara aydınlıq gətirib.

    Rusiyanın bu gün bu müharibəni davam etdirmək istəyən yeganə ölkə olaraq qaldığını vurğulayan Jovkva sammitin formatının Rusiya Federasiyası ilə birbaşa danışıqları nəzərdə tutmadığını deyib.

    “Bu zirvə sülh prosesini başlatmaq üçündür. Bu sammitdə biz sülhün bərqərar olması üçün mahiyyətcə danışmağa və hərəkətə keçməyə hazır olan ölkələri toplamışıq.” – deyə o bildirib.

  • В результате цепной аварии в Габале погибли два человека

    В Габале двое иностранных туристов погибли в результате цепной аварии с участием трех автомобилей.

    По информации северо-западного бюро Report, инцидент был зафиксирован вечером на Автомагистрали Габала-Агдаш.

    Так, в результате столкновения двух легковых автомобилей марки “Мерседес” и грузовика двое иностранных туристов погибли, еще несколько человек получили травмы различной степени тяжести.

    По факту ведется расследование.

  • Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var – YENİLƏNİB

    Qəbələdə zəncirvari yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, iyunun 15-də saat 18 radələrində Ağdaş-Qəbələ avtomobil yolunda Yaqub Rzayevin idarə etdiyi “Mercedes Vito” və Elşən Əliyevin idarə etdiyi yük avtomobili toqquşub.

    Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 2005-ci il təvəllüdlü A.R. aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, həmin nəqliyyat vasitəsindəki daha 3 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
    Araşdırma aparılır.

    ***
    Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

    Belə ki, iki “Mercedes” markalı minik avtomobilinin və yük avtomobilinin toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə az yaşlını maşın vuraraq öldürüb

    Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

    “Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan ağır tonnajlı yük avtomobili yolu keşmək istəyən hələlik kimliyi məlum olmayan orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

    Faktla bağlı araşdırna aparılır.

  • Paşinyan sərhədimizə gəldi: 3 gün qalacaq

    ​​​​

    Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzura (Sünik) gəlib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası yazıb.

    Bildirilib ki, Paşinyan bazar ertəsinə qədər orada olacaq.

    “Hraparak”ın məlumatına görə, Paşinyan Qafan, Gorus, Qacaran, Mehriyə də səfər edəcək.

  • Kürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb

    Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə şəxsi “Instagram” hesabında paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir: