Month: June 2024

  • Ərdoğan Azərbaycan xalqını təbrik edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Median.Az xəbər verir ki, təbrik Türkiyə liderinin “X” sosial şəbəkədəki hesabında paylaşılıb.

    “Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi hislərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!” – deyə təbrikdə qeyd olunub.

  • Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi küçələrində yol hərəkətində dəyişiklik edilir

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində nəzərdə tutulan yeddi layihədən üçüncüsünün icrasına başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

    Bildirilib ki, bu dəfə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

    Hazırkı şəraitdə Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyov küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Y.Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyə dönmə yerindən istifadə edirlər. Bu isə həm Y.Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyə dönmə yerində nəqliyyat yükünün və sıxlıqların artmasına səbəb olur. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən olunmamış yerlərdən keçmək məcburiyyətində qalırlar.

    Layihə əsasında Xocalı prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır. Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Y.Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1 300 metr qısalacaq. İşıqforların önündə təşkil ediləcək nizamlanan eyni səviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək.

  • Fransanın sabiq prezidenti seçkidə namizədliyini irəli sürdü

    Fransanın sabiq prezidenti Fransua Olland Fransa Milli Assambleyasında (Fransa parlamentinin aşağı palatası) keçiriləcək növbədənkənar seçkidə iştirak edəcək.

    Qeyd olunub ki, onun namizədliyini Fransanın solçu partiyalarının yaratdığı “Yeni Xalq Cəbhəsi” siyasi birliyi dəstəkləyib.

    Xatırladaq ki, iyunun 10-da Prezident Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkinin keçirilməsi barədə qərar qəbul edib.

    Mənbə: La Montagne

  • Евро-2024: стартовал матч между Испанией и Хорватией

    Сегодня, 15 июня, в 20:00 по бакинскому времени стартовал матч 1-го тура группового этапа Евро-2024, где в группе B встречаются сборные Испании и Хорватии.

    Как передает oxu.az , игра проходит на стадионе “Олимпиаштадион” в Берлине.

    В качестве главного арбитра встречи выступает Майкл Оливер.

    Последний раз команды встречались в финале Лиги наций УЕФА летом 2023 года. В основное время того противостояния команды сыграли вничью со счётом 0:0, однако в послематчевой серии пенальти сильнее оказалась сборная Испании (5:4).

  • AVRO-2024: B qrupunun ilk oyunu başlayıb

    Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda daha bir oyun start götürüb.

    Median.Az xəbər verir ki, Berlin Olimpiya stadionunda başlayan görüşdə B qrupunun iki təmsilçisi – İspaniya və Xorvatiya yığmaları üz-üzə gəlir.

    Qarşılaşmanı ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

  • Elektrik lampasını dəyişən qadın cərəyanın qurbanı oldu


    İsmayıllıda qadını elektrik cərəyanı vurub.

    APA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.

    Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G.Hüseynova hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ata oğurladığı pulla qızına toy etdi

    Xaçmaz rayonunda tanışının cibindən 1 400 manat pul oğurlayan kişinin məhkəməsi keçirilib.

    Publika.az-ın məlumatına görə, Quba rayonu Atuc kənd sakini olan 1980-ci il təvəllüdlü Əzim Əzizov Xaçmaz Rayon Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 177-ci, yəni oğurluq maddəsi ilə təqsirləndirilib.

    Cinayət işinin araşdırılması zamanı məlum olub ki, Əzim yaşadığı Quba rayonundan Xaçmaz şəhərinə gedərək iş axtarıb. O, Xaçmazda iş adamı, çörəkbişirmə sexinin sahibi Vahid adlı şəxsə yaxınlaşıb. Vahid ona sexdə iş olmadığını deyib. Lakin Armudpadar kəndində yerləşən bağ evində həyətdə işləyərək orada qala biləcəyini söyləyib. Bundan sonra Əzim həmin bağa gedib və orada mühafizəçi kimi qalan İsmayıl adlı pensiyaçı ilə birgə işləməyə başlayıb. Onlar eyni otaqda qalıblar.

    Həmin günlərin birində Əzim İsmayılın yatmasından istifadə edərək onun bir neçə aydır pensiyası hesabına yığaraq üzərində saxladığı 1 400 manatı gecə saat üç radələrində götürüb. Oğurladığı pulları və öz əşyalarını toplayan Əzim gecə vaxtı oranı tərk edərək qaçıb. O, Quba rayonunda yaşadığı evə gedib və gətirdiyi pulları işləyərək qazandığını deyib və həmin vəsaitlə qızına toy edib.

    İsmayıl isə başına gələn hadisə ilə bağlı polisə müraciət edib.

    Məhkəmədə zərərçəkən şəxs Əzimin oğurladığı pulları qaytarmadığını deyərək onun həbs edilməsini tələb edib.

    Xaçmaz məhkəməsinin ötən həftə çıxardığı hökmlə Əzim Əzizov iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Polis nəzarəti altında olan 44 yaşlı kişi məhkəmə zalında həbs edilib.

  • Şəhid qızı dəhşətli qəzaya düşdü

    Lənkəranda avtomobil kanala aşıb, üç nəfər xəsarət alıb.

    Hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.

    Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

    Qəzada avtomobildə olan dörd nəfərdən üçü – sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Qeyd edək ki, qəzaya uğrayan maşının sürücüsü A.Azərili Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.

    Faktla bağlı araşdırma aparılır.

    Ətraflı Baku TV-nin süjetində:

  • Hacı Surxay: “Ətin kiloqramla qurbanlıq adı ilə satılması doğru deyil” – VİDEO

    Qurban sözü – ərəbcə yaxınlıq mənasını ifadə edir. Yəni, bu, Allaha yaxınlaşmaq mənasında tərcümə olunur”.

    Bu sözləri sorğu.tv-yə müsahibəsində İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Məmmədli bildirib.

    İlahiyyatçı bildirib ki, Qurban bayramı 16-17 iyun tarixlərinə təsadüf edir. Hacı Surxay Məmmədli kimlərin və hansı heyvanların qurban kəsməli olduğu, bu bayramın fəzilətindən danışıb. İlahiyyatçı bildirib ki, bayram günü ət dükanlarında heyvanların kəsilərək kilo ilə satılmasının doğru yanaşma olmadığını bildirib.

  • Dostunun pasportu ilə Bakıya əylənməyə gəldi – Cərimələndi

    Dostunun pasportu ilə Bakıya əylənməyə gələn Türkiyə vətəndaşına hökm oxunub.

    Qayanrinfo-nun məlumatına görə, Türkiyə Respublikası, Erzincan şəhəri, Mərkəz rayonu, İstasyon məhəlləsində qeydiyyatda olan 1997-ci il təvəllüdlü Elcan (şərti) Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.

    O, dostu, Türkiyə Respublikası vətəndaşı Derin Ömərə məxsus A34E89962 nömrəli şəxsiyyət vəsiqəsindən bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə həmin şəxsiyyət vəsiqəsindəki məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb.

    Ona Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə cinayət işi açılıb və məhkəməyə göndərilib.

    Məhkəmədə Elcan qeyd edib ki, Yeni ildən sonra Bakı şəhərində yaşayan dostları ilə əylənmək məqsədi ilə Azərbaycana gəlmək qərarı verib.

    Lakin şəxsiyyət vəsiqəsi köhnə nəsil olduğundan tanışı, 2001-ci il təvəllüdlü Derin Ömerin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə özünə aviabilet alıb.

    İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlib və burada sərhədçilər tərəfindən saxlanılıb.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 3000 manat miqdarında cərimə edilib.