Month: June 2024

  • Ahıl və tənha vətəndaşları aldadıb yarım milyon manat mənimsədilər – 14 nəfər saxlanıldı (VİDEO)

    Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıb, 14 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, 8-13 iyun tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər.

    Həmin şəxslər əvvəlcədən “Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.

    Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212 min, 20 min, 4 min 400, 4 min 500 dollar, eləcə də 21 min 530, 10 min, 5 min 300, 7 min 700 , 4 min 570, 4 min , 2 min manat olmaqla ümumilikdə 10 vətəndaşa 240 min 900 ABŞ dolları və 55 min 100 manat maddi ziyan vurublar.

    Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.

    Qeyd edilib ki, faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

    Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bu il Azərbaycanda meyvə baha olacaq – SƏBƏB

    Bu il Azərbaycanda meyvə qiymətləri yüksək olacaq.

    Buna səbəb aprel, may və iyun aylarında havaların yağıntılı keçməsi, dolu düşməsidir.

    Güclü yağışlar və dolu düşməsi dağlıq və dağətəyi ərazilərdə meyvə ağaclarının çiçəklərinin tökülməsinə, tozlanma prosesinə mənfi təsir göstərir. Bu səbəbdən də bəzi kənd təsərrüfatı regionlarında meyvə bağlarında məhsuldarlıq aşağı düşüb, toplanan məhsul azalıb.

    Belə vəziyyət bazarlarda meyvə qiymətlərinin yüksəlməsinə səbəb olur.

    May ayına dair açıqlanan məlumatlar da göstərir ki, yay mövsümünün yaxınlaşmasına baxmayaraq, meyvə qiymətləri enmək əvəzinə bir qədər də yüksəlib. Ötən ayda meyvələrin qiyməti orta hesabla 1,5 faiz artıb. Halbuki, ötən ilin mayında meyvə qiymətlərində artım qeydə alınmamışdı.

    Aylıq müqayisə ilə yanaşı illik müqayisədə də meyvələrin qiymətinin artım sürəti yüksəkdir. Mart və apreldə illik müqayisədə meyvələr 5,3 faiz bahalaşdığı halda, mayda bahalaşma 7 faizə çatıb.  

    Bu il ərzaq məhsulları arasında ən yüksək bahalaşma məhz meyvələrdədir.
    //sfera.az

  • İsmayıllıda cücələrə su verən qadını “tok” vuraraq öldürüb

    İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

    Median.Az report-a istinadən xəbər verir ki, Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.

    Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Macarıstan İsveçrəyə qarşı

    AÇ-2024-ün qrup mərhələsinin matçları davam edir.

    Bu günün ilk matçında Macarıstan İsveçrə ilə qarşılaşacaq.

    Matçın start fiti saat 17:00-da veriləcək.

  • Qaxda yanğın – 18 yeşik arı ailəsi məhv oldu

    Qax rayonunun Tasmalı kəndi ərazisində 18 yeşik arı ailəsi yanaraq məhv olub, təsərrüfat sahibinə maddi ziyan dəyib.

    “Qafqazinfo”nun məlumatına görə, qəfildən baş verən yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub.

    Tasmalı kənd sakini 1952-ci il təvəllüdlü Təmrazov Fərrux Şirin oğluna məxsus traktorun qoşqusuna yığılmış 18 yeşik arı ailələri və qoşqunun özü yanıb.

  • Diliniz sarıdırsa bunu qətiyyən içməyin

    Bir çox insan səhərini bir fincan qəhvəsiz təsəvvür edə bilmir.

    Mütəxəssislər isə deyirlər ki, dilinizdəki bu bəlamət, qəhvəni ümumiyyətlə içməməyiniz lazım olduğuna işarə ola bilər.

    Qəhvə içməli olduğunuzdan əmin deyilsiniz? Cavabını bilmək güzgü qarşısına keçib kiçik test etmək mümkündür.

    Belə ki, dildə qalın sarı örtüklü çoxlu çatlar varsa, qəhvə içməməlisiniz.

    Bu, çox vaxt orqanizmdə potensial disbalansla bağlıdır və kofeinli içki onu daha da ağırlaşdıra bilər.

    Bu cür dil pis ağız gigiyenası, susuzluq və ya bakteriya və maya varlığı kimi bir sıra amillərlə əlaqələndirilə bilər. Qəhvə özü adətən bu şərtlərin birbaşa səbəbi olmasa da, bu cür görüntüyə səbəb olan halları ağırlaşdıra bilər. İçki ağızdakı pH balansını dəyişdirə bilər ki, bu da bakteriyaların və mayaların böyüməsini təşviq edə bilər.
    //Baku.ws

  • Ələsgər Məmmədli hospitala köçürüləcək

    “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.

    Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

    Onun sözlərinə görə, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar qəbul edib: “Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.

    Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ə.Məmmədli barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib

    Azərbaycan vergidən yayınmada təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, sözügedən şəxs Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Özbek Kudret Abdullatifdir. O, 2023-cü ilin dekabr ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    Şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    “Ekstradisiya haqqında” Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib”, – deyə məlumatda qeyd edilib.

  • Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?

    Paytaxtın kirayə mənzil bazarında qiymətlər “əl yandırır”. Şəhərin mərkəzində birotaqlı mənzillərin qiyməti 600-800 manatdan başlayır. Elə ərazilər də var ki, orada ümumiyyətlə, kirayə götürmək üçün boş ev tapmaq qeyri-mümkündür. Amma tələbələrin yay tətilinin başlaması ucuz qiymətə kirayə mənzil axtaranları sevindirə bilər. Ekspertlərin fikrincə, tələbələrin tətilə yollanması bazarda qiymətlərlə bağlı dəyişikliyə səbəb olacaq.

    Bəs, görəsən, tələbələrin gedişi bazarda ciddi ucuzlaşmaya gətirib çıxaracaqmı? Hazırda paytaxtın daha çox hansı ərazilərində kirayə mənzillərə tələbat var? Mənzillər və bağ evləri aylıq neçəyə təklif olunur?

    “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

    “Azərbaycan Rieltorlar Assosiasiyası”nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, əslində son illərdə kirayə mənzil bazarının təklif portfeli xeyli azalıb. Bunun başlıca səbəbi Bakı şəhərində pilot layihələr üzrə söküntü işlərinin aparılmasıdır: “Ötən illərə qədər tələbələrin yay tətilinin başlaması kirayə mənzil bazarına daha ciddi təsir göstərirdi. Bazarda boş evlərin sayı artır, qiymətlər əvvəlki aylara nisbətdə xeyli ucuzlaşırdı. Amma Bakı şəhərində pilot layihələr üzrə söküntülərə başlandıqdan sonra vəziyyət tamamilə dəyişib. MTK-lar köhnə çoxmənzilli binalarda yaşayan sakinlərə yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər, yəni ortalama iki il müddətində kirayə pulu verirlər. Evləri plana düşən sakinlər kirayə üçün uzunmüddətli mənzillər götürürlər. Bu da bazarın təklif portfelinə istər-istəməz təsir göstərir. Bu baxımdan tələbələrin gedişi bazarda maksimum 15-20 faiz ucuzlaşmaya gətirib çıxara bilər”.

    Ekspertin sözlərinə görə, bazarda təklif portfelinin azalması tələbələri də bir qədər ehtiyatlı davranmağa vadar edib: “Müşahidələr göstərir ki, hansı tələbələr növbəti tədris ilində Bakıda qalacaqsa, onlar adətən kirayə yaşadıqları ev sahibi ilə razılığa gəlirlər. Məsələn, qiymətin yarısını ödəməklə yay aylarında da evi saxlayırlar. Nəticədə həmin evlər boş qalmır. Əvvəllər belə hallar olmurdu, tələbələrin çoxu evləri boşaldıb tətilə yollandığından qiymətlər düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə evlər boş qalmadığı üçün kirayə mənzil bazarında ciddi qiymət azalması müşahidə olunmur”.

    E.Azadov bu yay Bakıətrafı ərazilərdə yerləşən bağ evlərinə tələbatın yüksək olacağını da bildirib. Onun sözlərinə görə, Qəbələ və İsmayıllı istiqamətində yol təmiri bu zonalara getmək istəyənlərin sayını azaldacaq. Nəticədə Bakıətrafı ərazilərdə aktivlik müşahidə ediləcək: “Bu gün bazarda hər qiymətə bağ evləri mövcuddur. Qiymətlər tələbata uyğun tənzimlənir. Əslində pandemiya dövründə qapanmaya görə bağ evləri daha çox kirayə götürüldüyündən bir çox iş insanı bu sahəyə investisiya yatırmağa başladı. Bunun nəticəsində kirayə verilən bağ evlərinin sayı 25-30 faiz artdı. Eyni zamanda, bahalı evlərin sayı da çoxaldı. Amma bazarda təklif portfelinin artmasına baxmayaraq, qiymətlər ucuzlaşmadı. Çünki tələbat yüksəkdir. Təklif olunan bağın dənizə yaxınlığı, infrastrukturun yaxşılığı, hovuzun olması isə artıq üstünlük deməkdir. Hazırda bazardakı evlərin əksəriyyətinin aylıq kirayəsi 3 000-9 000 arasında dəyişir. Hətta elə evlər var ki, aylıq15 000-20 000 manata təklif olunur. Müştərilər Mərdəkan, Şüvəlan, Bilgəh və Nardaran kimi ərazilərə daha çox üstünlük verirlər”.

    “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ay kirayə bazarına təklif edilən mənzillərin sayı 944 ədəd olub: “Bu, aprel ayı ilə müqayisədə 0,11 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 7,64 faiz artım müşahidə olunub. Qiymətlərə gəlincə, ümumi mənzil hesabı ilə orta qiymət 853 manatdan artaraq 859 manat olub. Başqa sözlə, ay ərzində 0,7 faiz artım qeydə alınıb. İl ərzində isə 0,82 faiz artım baş verib. O cümlədən birotaqlı mənzillərdə ay ərzində 3,32 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,94 faiz azalma qeydə alınıb. İkiotaqlı mənzillərdə 4,53 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 10,14 faiz artım müşahidə olunub. Üçotaqlılarda ay ərzində 6,64 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,44 faiz artım baş verib. Dörd və daha çox otaqlılarda ay ərzində 6,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 2,02 faiz artım qeydə alınıb”.

    Ekspertin fikrincə, tələbələrin gedişi kirayə mənzil bazarında qiymətlərə ciddi təsir göstərməyəcək. Onların əksəriyyəti mənzilləri boşaltmadığından bazarda maksimum 1-2 faiz ucuzlaşma qeydə alına bilər. N.İbrahimov iyunun sonundan başlayaraq kirayə mənzil bazarında qiymət artımının müşahidə olunacağını da qeyd edib.

    Rieltor Mülkədar Rüstəmov isə vurğulayıb ki, son iki ildə kirayə mənzil bazarında qiymətlər təxminən 20 faizə yaxın artıb. Onun sözlərinə görə, hətta elə ərazilər var ki, kirayə mənzil tapmaq müşkülə çevrilib. Ekspert qeyd edib ki, son vaxtlar yeni tikilən çoxmənzilli binalarda təklif edilən kirayə evlərə tələbat artıb: “Köhnə binalarda şərait yaxşı olmadığından kirayə mənzil götürmək istəyənlər daha çox yeni binalardakı təkliflərlə maraqlanırlar. 2000-ci ildən sonra tikilən, mərtəbə sayı az olan binalarda mənzil axtaranlar daha çoxdur. Hazırda Yasamal zonası, xüsusilə metronun “Elmlər Akademiyası” stansiyasının ətrafı, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır. Tələbat daha çox 2-3 otaqlı mənzillərədir. Qiymətlərə gəlincə, yerləşdiyi ərazidən asılı olaraq, hazırda birotaqlı mənzillərin aylıq kirayəsi 350-400, ikiotaqlı 500-650, üç otaqlılar isə 700 manatdan başlayır”.

    M.Rüstəmov son illər çoxmənzilli binalarla yanaşı, bağ evlərində də kirayə qiymətində artımın müşahidə edildiyini bildirib: “Bağ evləri təxminən 10 faiz bahalaşıb. Bakıətrafı ərazilərdən daha çox Novxanı, Mərdəkan, Buzovna bağlarına tələbat var. Mərdəkan və Buzovna ilə müqayisədə Novxanıda qiymətlər nisbətən ucuzdur. Hazırda qiymətlər günlük 50-100 manat arası dəyişir. Amma elə ərazilər də var ki, günlük kirayə qiymətlər 150-200 manatdan başlayır”.

  • Минобороны Армении раскрыло детали гибели военнослужащего-контрактника

    Уголовное дело по признакам убийства возбуждено по факту гибели армянского военнослужащего контрактной службы Армена Гаспаряна.

    Как передают армянские СМИ, об этом сообщает Следственный комитет Армении.

    По данным ведомства, 14 июня в 08:20 на боевой позиции одной из воинских частей было обнаружено тело контрактника с огнестрельным ранением в голову. Проведен ряд следственных мероприятий, назначена экспертиза.

    Предварительное следствие продолжается.