Month: June 2024

  • Meyiti tapılan Ermənistan hərbçisinin qətlə yetirildiyi məlum oldu

    Ötən gün güllə yarası almış halda meyiti aşkarlanan Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Armen Qurqeniç Qasparyanın qətlə yetirildiyi məlum olub.

    Məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən “Qətl” maddəsi üzrə cinayət işi açılıb.

    Bir sıra ekspertizalar təyin edilib.

    Mənbə: Ermənistan KİV

  • Azərbaycanda nə qədər ət, süd və yumurta istehsal edilib?

    Bu ilin yanvar-may aylarında diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal olunub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Hesabat dövründə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 7,1 faiz artıb, yun istehsalı isə 2,6 faiz azalıbdır.

  • Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb

    Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

    Median.Az xəbər verir ki, nazirlikdən “Report”a məlumatı təsdiqləyiblər.

    Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: “Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb”.

  • Məşhur bloger Hüseyn Həsənovun hesablarına blok qoyuldu – Bu qədər BORCU VAR İMİŞ

    Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov vergi ilə bağlı istintaqa cəlb oluna bilər.

    Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

    Məlumta görə, Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloggerin özü başqa dövlətin ərazisindədir.

    Qeyd edilib ki, vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.

    “Bizim məlumatlara görə, hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur”, – nəşr yazır.
    //Baku.ws

  • Sevgilisinə yatdığı yerdə siqaretlə işgəncə vermişdi – 2 il cəza aldı

    Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

    Məlum olub ki, Elman Məmmədov Səidəyə qısqanclıq zəminində xəsarətlər yetirib. Sevgilisi yatdığı zaman cəzalandırmaq məqsədilə onun dodağını qaynar halda olan siqaretlə yandırıb. Bundan başqa, Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində küçədə saçından tutaraq sürüyüb və yerə yıxaraq döyüb.

    Zərərçəkən qız məhkəmədə ilkin ifadəsində Elmanın törətdiyi əməllər barədə ətraflı məlumat verib. Lakin o daha sonrakı ifadəsində E. Məmmədovun ehtiyatsızlıqan onun dodağını yandırdığını bildirib.

    Şahid ifadələri və digər dəlillər xəsarətlərin qəsdən yetirilməsini göstərib.

    Nərimanov Rayon Məhkəməsinin 4 iyun tarixli hökmü ilə Elman Məmmədova 2 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 29 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.

  • Çimərliyə gedənlərin NƏZƏRİNƏ! – Bunları etmək təhlükəlidir (VİDEO)

    Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

    Müraciətdə çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq məsləhət görülmür.

    Müraciətdə həmçinin çimərlikdə uşaqların nəzarətsiz qalmaması, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməsi tövsiyə olunur, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanır

  • Xudatda narkotik dövriyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

    Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov və Xəyal Zülfüqarov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onlardan psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

  • Ağdaş, Zaqatala və Qaxda səkkiz ton çətənə kolu məhv edilib

    Polis əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdaş və Zaqatala rayonlarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

    Bu barədə Daxili İşlər nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, ümumi çəkisi 5 ton olan 11 870 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

    Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayonun Zəyəm kəndində yabanı halda bitən, çəkisi 3 tona yaxın olan 6558 ədəd narkotik tərkibli bitki yandırılaraq məhv edilib.

  • Хакан Фидан поздравил азербайджанский народ

    Министр иностранных дел Турции Хакан Фидан поздравил азербайджанский народ с Днем национального спасения и третьей годовщиной подписания Шушинской декларации.

    В этой связи турецкий министр поделился публикацией в своем аккаунте в социальной сети Х:

    “Поздравляю наш дорогой Азербайджан с Днем национального спасения и третьей годовщиной подписания Шушинской декларации! Турция и Азербайджан – две страны, связанные глубокими узами дружбы и нерушимого братства. Это наше единство, подкрепленное Шушинской декларацией, будет и впредь гарантией мира и стабильности в нашем регионе. Желаю, чтобы наше общение и братство под девизом “Одна нация, два государства” были постоянными”, – говорится в публикации.

  • Hakan Fidan Azərbaycanı təbrik etdi

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.

    Hakan Fidan bu barədə “X” hesabında paylaşım edib.

    “Can Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarək olsun!

    Türkiyə ilə Azərbaycan köklü dostluq və sarsılmaz qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənən bu birliyimiz regionumuzda sülhün və sabitliyin təminatı kimi qalmağa davam edəcək.

    Dostluq və qardaşlığımızın “Bir millət, iki dövlət” devizi ilə əbədi olmasını arzu edirəm”, – deyə nazir paylaşımda qeyd edib.