Month: June 2024

  • В Гяндже обручилась 14-летняя девочка? – РОДИТЕЛЕЙ ВЫЗВАЛИ В ПОЛИЦИЮ

    Утверждается, что в городе Гянджа обручилась 14-летняя девочка.

    Об этом на своей странице в социальной сети сообщила председатель Союза детей Азербайджана Кямаля Агазаде.

    В публикации было отмечено, что для ученицы 8-го класса будет проведена свадебная церемония.

    Как сообщил Report старший инспектор гянджинского региональной группы пресс-службы МВД Эшгин Гасымов, в настоящее время родители девочки приглашены в управление полиции.

    Было отмечено, что в Главном управлении полиции города Гянджа начато расследование.

    “Родители девочки были приглашены в управление полиции, с ними была проведена профилактическая беседа, разъяснены требования закона и проинформированы об ответственности за ранние браки”, – говорится в информации.

  • Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldı (Yenilənib)

    Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

    Bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

    “Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib”, – deyə məlumatda qeyd edilib.

    * * * * *

    Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

    Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Report”a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

  • Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

    Son günlər Bakıda aqlay daşlı binaların rənglənməsinə dair paylaşılan foto və videolar sosial şəbəkələrdə narazılıq yaradıb.

    “Report”un məlumatına görə, sosial şəbəkə istifadəçiləri bunun yolverilməz olduğunu, tarixi binalara zərər vurulduğunu qeyd ediblər.

    Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində müvafiq işlər görülür, o cümlədən, tarixi əhəmiyyətli binalar, memarlıq abidələri abadlaşdırılır:

    “Son günlər sosial şəbəkələrdə bəzi binaların təmir-bərpası ilə bağlı əsassız iddialar səsləndirilib. Təqdim edilən fotolardan aşkar şəkildə görünür ki, ağ rəngdə olan hissə boya yox, astardır. Tarixi bina olsa da, onun üzərində emulsiya işlənən yerlər var. Məhz həmin hissələr hazırda yenilənir. Astar vurulduqdan sonra ora kosmetik olaraq uyğun rəng tətbiq ediləcək”.

    Qurum onu da qeyd edib ki, tarixi binaların, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır.

    “Bakının mərkəzində və şəhərətrafı kəndlərdə bir çox tarixi abidələrin bərpası zamanı bütün prosedur qaydalara riayət edən “Bakı Abadlıq Xidməti” bu sahədə qazandığı təcrübəyə əsaslanır. Hazırda işlər planlı şəkildə davam edir, heç bir narahatlığa əsas yoxdur”, – qurumdan bildirilib.

    Məsələ ilə bağlı elmlər doktoru, tanınmış memar Elçin Əliyev çəkilən maddənin boya üçün hazırlıq qatı olduğunu təsdiq edib:

    “Bu, sadəcə rəngin daha möhkəm olması üçün hazırlıqdır. 40-60-cı illərdə Stalin dövrünün memarlığında həm daş həm rəngdən istifadə olunub. Məsələn, “Buzovnaneft”in binasının fasadı daşladır, binanın ortası isə rəng ilə bəzədilib. Binanın yenidən rənglənməsini görən qeyri-mütəxəssislər elə düşünürlər ki, binanı biz rəngləyirik. Reallıq isə bundan ibarətdir ki, çəkilmiş boyanı yeniləmək məqsədi ilə təmir işləri aparılır. Biz ölkəmizə düşmən deyilik ki, binaları rəngləyərək şəhərimizin gözəlliyini pozacaq addım ataq”.

    O hesab edir ki, ictimaiyyətin məlumatsız qalmağında günahın böyük hissəsi müəssisələrin üzərinə düşür. Memar deyib ki, hazırda təxminən 50-60 binada təmir işləri gedir, amma heç biri barədə məlumatlandırıcı elanlar yoxdur.

    E.Əliyevin sözlərinə görə, bəzi binaların daşlarını təmizləmək mümkün olmadığına görə rəngləmək mütləqdir:

    “Ü.Hacıbəyov küçəsində 20-30-cu illərə aid üçmərtəbəli bina var. Onun fasad hissəsini 30-cu ildə rəngləyiblər. Həmin daşı indi təmizləmək mümkün deyil. Laqunda qanuna zidd olduğu üçün dövlət binanı yeniləmək istəyirsə, məcburən rəngləməlidir”.

    E.Əliyev baş verən halların müsbət olduğunu da bildirib:

    “Mən memar kimi bildirə bilərəm ki, heç bir narahatlığa əsas yoxdur. Baş verən dəyişikliklər və bərpa işləri hamısı müsbət yöndədir”.

  • В Министерстве оборонной промышленности произведено новое назначение

    Фирдовси Джафаров назначен новым директором ООО “Управление безопасности и охраны”, принадлежащем Министерству оборонной промышленности.

    Как сообщает Report, на этой должности он сменил Юсифа Агарзаева.

    Отметим, что “Управление безопасности и охраны” было зарегистрировано как коммерческое учреждение в 2006 году.

  • Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT

    Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-yə yeni direktor təyin edilib.

    “Report” xəbər verir ki, bu, Firdovsi Cəfərovdur.

    O, bu vəzifədə Yusif Ağarzayevi əvəz edib.

    Xatırladaq ki, “Təhlükəsizlik və mühafizə idarəsi” 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.

  • Ağdaşda lotereya biletlərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

    Ağdaş rayonunda lotereya biletlərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    “Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Ruslan Hacıyev saxlanılıb. Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub”, – məlumatda vurğulanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Ermənistanda kütləvi həbslər başladı

    Ermənistanda səhər saatlarından kütləvi həbslər dalğası başlayıb.

    Bu barədə erməni vəkil Ruben Melikyan məlumat verib.

    Onun məlumatına görə, Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarları saxlanılırlar.

    Ruben Melikyan bildirib ki, hazırda 11 nəfərin saxlanıldığı məlumdur, lakin onların hansı əsasla saxlandığı barədə məlumat verilmir. Hələlik rəsmi məlumat da yoxdur.

    Xatırladaq ki, bir gün əvvəl “Daşnaksütyun” partiyasının üzvlərinin evlərində axtarışlar aparılıb və bəzi üzvləri saxlanılıb.

    Mənbə: Erməni KİV

  • В Самухском районе директор школы спела вместе с учениками песню, прославляющую “воровской мир”? – ВИДЕО

    На мероприятии “Последний звонок”, прошедшем в Самухском районе, прозвучала пропагандирующая криминальный образ жизни песня, которую в добавок ко всему хором спели ученики.

    Соответствующие кадры были отправлены в редакцию oхu.az.

    Утверждается, что вместе с выпускниками пела и директор Самухской районной общеобразовательной школы поселка Институт Гюльсаба Аббасова.

    В связи с этим редакция сайта направила запрос в Госагентство дошкольного и общего образования.

    В ответ на запрос oхu.az в агентстве сообщили, что в отношении руководства данного учебного заведения и других ответственных лиц будут приняты меры.

    “Вчера в общеобразовательных учреждениях прошли мероприятия “Последний звонок”. В школы были направлены соответствующие инструкции, которые регламентируют правила проведения этих мероприятий. К сожалению, в некоторых случаях наблюдались нарушения требований инструкции. Агентством будут проведено соответствующее расследование и приняты меры”, – говорится в заявлении.

  • Samuxda məktəb direktoru şagirdlərlə birgə “oğru aləmi”ni tərənnüm edən mahnı ifa etdi? – AÇIQLAMA (VİDEO)

    Samux rayonunda keçirilən “Son zəng” tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub.

    Bununla bağlı görüntülər oxu.az-ın redaksiyasına göndərilib.

    Görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət etdiyi iddia olunur.

    Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

    Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək:

    “Dünən ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Məktəblərə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Agentlik tərəfindən bu hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək”.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanın 3×3 basketbol millisi Fransadakı turnirdə növbəti oyununa çıxacaq

    Bu gün qadınlardan ibarət 3×3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında 1/4 final mərhələsinin oyununa çıxacaq.

    “Report”un məlumatına görə, yığma Fransa ilə üz-üzə gələcək.

    Görüş Bakı vaxı ilə saat 22:20-də start götürəcək.

    Qeyd edək ki, Raşa Deliçin yetirmələri ilk matçda Filippin üzərində 22:17 hesablı qələbə qazanıb. Millimiz növbəti görüşdə Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.