Month: June 2024

  • МВД приняло меры в связи с насильственной выдачей замуж девушки в Масаллинском районе

    Как сообщили Oxu.Az в лянкяранской региональной группе пресс-службы МВД, данный вопрос был взят под контроль.

    Отмечается, что в настоящее время сотрудники полиции принимают необходимые меры в соответствии с законодательством.

    18:39

    В Масаллинском районе 17-летняя девушка сбежала из дома в день своей свадьбы.

    Как передает Oxu.Az, об этом сообщалось в одной из передач, транслировавшихся в эфире телеканала Xəzər TV.

    Согласно информации, случай был зафиксирован в селе Халлыджалы.

    Отмечается, что Лейли пытались насильно выдать замуж, по этой причине она приняла решение сбежать из дома.

    По словам девушки, родители хотели выдать ее замуж за 33-летнего мужчину.

    Подробнее – в видео.

  • Masallıda 17 yaşlı qız toy günü evdən qaçdı, DİN hərəkətə keçdi

    Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunun Xallıca kəndində gənc qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.

    DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

    17:52

    Masallıda 17 yaşlı qız toy günü evdən qaçıb.

    Oxu.Az xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.

    Bildirilib ki, Masallı rayonunun Xallıca kəndində gənc qız məcbur ərə veriləcəyi üçün evdən qaçıb.

    17 yaşlı Leyli valideynlərinin onu 33 yaşlı kişiyə ərə vermək istədiklərini deyib.

  • Sabunçuda 18 yaşlı gənc qətlə yetirildi

    Sabunçu rayonunda 18 yaşlı gənc qətlə yetirilib.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    Məlumata görə, hadisə iyunun 14-də rayonun Balaxanı qəsəbəsində qeydə alınıb: “Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.

    Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.//oxu.az

  • Qan donorluğunun psixi sağlamlıq üçün FAYDALARI

    14 iyun Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Qan donoru olan insanlar emosiyalar və psixi sağlamlıq sahələrində müsbət dəyişikliklər yaşamağa başlayırlar.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər donorluqdan sonra yaxşı əhval-ruhiyyə və hətta eyforiyaya səbəb olan istiləşmə effekti olduğunu hesab edirlər.

    Əgər özünüzü zəif, fiziki və ya ruhi yorğun hiss edirsinizsə, o zaman qan verməyə tələsməyin. Əvvəlcə sağalmalı, güc qazanmalı və yalnız sonra donor olmalısınız. Qan verməzdən əvvəl kifayət qədər yatdığınızdan əmin olun, səhər yeməyində meyvəli suda bişmiş yulaf əzməsi və ya tərəvəz ilə sendviç yeyin.

    İsti parıltı effekti

    Qan verdikdən sonra bu effekt yaranır. Bu emosional təcrübədir. İnsanlar yaxşılıq etdikdə daxildə yaranan eyforiyadır.

    Stressdən qoruyur

    Qan vermək bədəni əlavə stressdən qoruyur.

  • Kürdəmirdə də leysan fəsadlar törətdi

    Kürdəmirdə aramsız leysan fəsadlar törədib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, günün ikinci yarısında başlayan güclü yağışdan sonra əmələ gələn sel suları şəhərin bir çox küçəsində sürücü və piyadalara çətinlik yaradıb.

    Bəzi küçələrdə suyun səviyyəsi artdığı üçün avtomobillərin hərəkəti çətinləşib.

    Fərdi evlər, həyətlər və yardımçı tikliləri su basıb. Vəziyyətlə əlaqəli əraziyə canlı qüvvə və texnika cəlb edilib.

  • Mənzillərin satışındakı yeniliklər qiymətə necə təsir edəcək?

    Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi bir il ərzində vətəndaşların istifadəsinə veriləcək.

    Bəs bu yenilik mənzillərin qiymətlərinə necə təsir edəcək?

    Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Baku TV-yə açıqlamasında qeyd edib ki, yeni elektron sistemin işə düşməsi ilə ciddi müştəri artımı müşahidə olunacaq:

    “Bununla da tikinti şirkətlərinin inşa etdikləri binaların sayı daha çox olacaq və rəqabət yarandığı üçün qiymətlərin stabilləşməsi baş verəcək”.

    İqtisadçı Xalid Kərimli isə hesab edir ki, yenilik tikinti şirkətlərinin xərcini artıracaq.

  • Plastik qabdakı suları içməyin – XƏBƏRDARLIQ

    Kaliforniyalı həkim plastik qablardakı suların istifadəsinin ziyanından danışıb.

    Median.Az lent.az-a istinadən bildirir ki, həkim insanları bu qablardan su içməyi dayandırmağı çağırıb.

    Onun sözlərinə görə, plastik qabdakı bir litr suda təxminən 240 min nanoplastik hissəcik ola bilər.

    “Bu mikroskopik hissəciklər insan hüceyrələrinə, qan dövranına və əsas orqanlara nüfuz edə bilir. Bu plastik hissəciklərin endokrin sistemi poza biləcəyi ilə bağlı narahatlıq var”, – o bildirib.

    Bu, xüsusilə isti aylarda hormonal balanssızlığa və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Çünki istilik suyunuza daha çox mikroplastikin buraxılmasına səbəb olur.

  • Balakəndə evə ildırım düşdü – otaqlar dağılıb, divar deşildi – FOTO

    Balakən rayonunda fərdi evi ildırım vurub.

    Median.Az report-a istinadən xəbər verir ki, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.

    Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb.

    Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

    Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

  • Azərbaycanda evə silahlı basqın: Üç nəfər güllələnərək ÖLDÜRÜLDÜ

    Sumqayıtda evə silahlı basqın edərək üç nəfəri öldürüb, üç nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin məhkəməsi başlayır.

    Median.Az xəbər verir ki, cinayət işinə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

    Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.

    Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüblər.

    Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev saxlanılıb.//report.az

  • AYNA Bakının daha bir küçəsində xüsusi hərəkət zolaqları təşkil edir

    Bakının Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) xüsusi hərəkət zolaqlarının təşkilinə başlanılıb.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

    Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının davamlılığının təmin edilməsi ilə bağlı digər yollarda da bu işlər davam etdiriləcək.