Month: June 2024

  • Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir


    Qayana Kooperativ Respublikasının Prezidenti Məhəmməd İrfan Əli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    Müstəqilliyinizin 106-cı ildönümü münasibətilə Sizi, Azərbaycan hökumətini və xalqını təbrik edirəm.

    Qayana Azərbaycanın kənd təsərrüfatını həyati vacib sektor kimi prioritetləşdirmək və iqtisadiyyatını daha da gücləndirmək üçün kənd təsərrüfatının modernləşdirilməsi istiqamətindəki təşəbbüslərini və sahəvi siyasətini izləyir və alqışlayır. Qayana da məşğulluğu və ərzaq təhlükəsizliyi perspektivlərini artırmaq üçün iqtisadi tərəqqinin əsas mühərriki kimi bu mühüm sektoru inkişaf etdirməyə sadiqdir.

    Ölkələrimiz səmimi münasibətlərə malikdir. Hərtərəfli qarşılıqlı faydamız üçün ümumi maraq dairələri vasitəsilə bu əlaqələrin dərinləşdirilməsinə ümid edirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı və davamlı rifahınız üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

    Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Cənab Prezident.

    Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Ekvador hökuməti, xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

    Fürsətdən istifadə edərək, hökumətimin qarşılıqlı faydalı mövzular üzrə əməkdaşlıq layihələrinin həyata keçirilməsi yolu ilə ölkələrimız arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin davam etdirilməsi istəyini Sizə çatdırıram.

    Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm”.

    17:57

    İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Ölkənizin milli bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən fərəh duyur, Sizə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

    Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə maraqlı olduğumuzu təsdiq edirəm”.

  • Али Шамхани: Ядерная программа Ирана не поддастся давлению Запада

    Иранская ядерная программа остается приверженной Договору о нераспространении ядерного оружия (ДНЯО) и не поддастся давлению США и других западных стран.

    Об этом советник верховного лидера исламской республики по политическим вопросам Али Шамхани написал на своей официальной странице в социальной сети “Х”.

    “Ядерная программа Ирана опирается на национальную волю и стратегию развития. Приверженная ДНЯО и гарантиям, она не поддастся давлению. США и некоторые западные страны ликвидировали бы ядерную промышленность Ирана, если бы могли”, – добавил он.

    5 июня Совет управляющих МАГАТЭ принял новую резолюцию, в которой Тегеран критикуется за якобы недостаточное сотрудничество с агентством. Резолюция была предложена Великобританией, Германией и Францией.

    8 июня президент Франции Эмманюэль Макрон заявил, что Париж и Вашингтон намерены оказать давление на Тегеран, чтобы добиться от него прекращения действий по “дестабилизации ситуации в регионе” и изменения иранской позиции по ядерной программе.

  • Əli Şamxani: İranın nüvə proqramı Qərbin təzyiqinə boyun əyməyəcək

    İranın nüvə proqramı Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) sadiq qalır və ABŞ, eləcə də digər Qərb ölkələrinin təzyiqlərinə boyun əyməyəcək.

    Bu barədə İran ali rəhbərinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

    “İranın nüvə proqramı milli iradə və inkişaf strategiyasına əsaslanır. NPT-yə və öhdəliklərə sadiq qalaraq, o, təzyiqlərə boyun əyməyəcək. ABŞ və bəzi Qərb ölkələri bacarsaydılar, İranın nüvə sənayesini ləğv edərdilər”, – o deyib.

    Xatırladaq ki, iyunun 5-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarəçilər Şurası İranı agentliklə əməkdaşlıq etmədiyinə görə tənqid edən yeni qətnamə qəbul edib. Qətnamə Böyük Britaniya, Almaniya və Fransa tərəfindən təklif edilib.

    İyunun 8-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris və Vaşinqton İranın regiondakı vəziyyəti qeyri-sabit hala gətirən hərəkətlərini dayandırması və nüvə proqramı ilə bağlı mövqeyini dəyişdirməsi üçün Tehrana təzyiq göstərmək niyyətindədir.

  • Öz qızının səlahiyyətlərini mənimsəyən sabiq sədrə hökm oxundu – İşdə iki keçmiş başçının adı keçir

    Yevlax rayon Aran bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərova hökm oxunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, keçmiş bələdiyyə sədrinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakim Bilal Məmmədovun hökmü ilə 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib.

    Bundan başqa, Qəşəm Əkbərov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

    Qəşəm Əkbərov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri təqsirli bilinib.

    İş materiallarından məlum olur ki, Qəşəm Əkbərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəyib.

    Bundan başqa, o, 1145 hektar sahəsi olan ərazini hissə-hissə satıb. Sənədlərə formal olaraq möhür vuraraq imzalayıb. Qəşəm Əkbərov bu zaman qızı Ülviyyə Əkbərovanın səlahiyyətlərini mənimsəyib. Həmin vaxt qızı Aran bələdiyyəsinin sədri vəzifəsini icra edib.

    İş materiallarında keçmiş icra başçıları Elmar Vəliyevlə Qoca Səmədovun da adı keçir. Elmar Vəliyev 2004-2011-ci ildə Yevlaxın icra başçısı vəzifəsində çalışıb. Qoca Səmədov isə 2011-2019-cu illərdə Yevlaxa rəhbərlik edib.

    Qəşəm Əkbərovla bağlı cinayət işin materiallarından belə məlum olur ki, onun satdığı torpaq sahələrindən bir hissəsini Elmar Vəliyev alıb. Hər halda o, aktda özünü Fikrət Məmmədov kimi təqdim edən şəxsin Elmar Vəliyeviun sürücüsü olduğunu “güman” etdiyini deyib.

    Qoca Səmədova gəlincə, keçmiş bələdiyyə sədri deyib ki, sabiq icra başçısının xidməti kabinetində ona 10 000 manat pul verib. Ümumiyyətlə, Qəşəm Əkbərovun ifadəsindən belə anlaşılıb ki, o, icra başçısının göstərişlərini yerinə yetirib.

    Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qəarı ilə həbs qətimkan tədbiri seçilib.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Qoca Səmədovun cəzası 6 ilə endirilib. Ali Məhkəmə isə keçmiş icra başçısın cəzasını 3 ay azaldıb.

  • İlyas Tapdığın məzarı baxımsız vəziyyətə düşüb – FOTO

    Mərhum şair İlyas Tapdığın qəbiri baxımsız vəziyyətə düşüb.

    Qaynarinfo xəbər verir ki, sabiq millət vəkili Etibar Hüseynov sosial şəbəkədə İlyas Tapdığın məzarının fotosunu paylaşıb.

    Fotodan görünür ki, şairin qəbrinin üstünü kol-kos alıb. O, şairin qəbirinin baxımsız vəziyyətə düşməsinə görə qızı müğənni Şəbnəm Tapdığı ittiham edib:

    Qeyd edək ki, İlyas Tapdıq 2016-cı ildə dünyasını dəyişib.

  • Salyanda pambıq qalmaqalı – Fermer işçilərin pulunu vermir

    Salyanda fermer təsrrüfatı ilə məşğul olan Telman Qasımov işçilərin pulunu vermir.

    Bu barədə Qaynarinfo-ya işçilər özləri məlumat verib.

    Adlarının çəkilməsini istəməyən işçilər bildirib ki, Telman Qasımovun onlara 1500 manat borcu var.

    “Bu borc ötən ildən qalıb. Ötən il pambıq yığmışıq. 1500 manatımız qalıb, hələ də ala bilmirik. Artıq yeni mövsüm yaxınlaşır. Lakin Telman Qasımovun hələ də pulumuzu vermək fikri yoxdur”, deyə işçilər bildirib.

    Onların sözlərinə görə, bu birinci hal deyil. Telman Qasımov bundan əvvəl də işçilərinin 2000 manat pulunu vermək istəməyib. Lakin məsələ ictimailəşəndən sonra fermer borcunu ödəməyə məcbur olub.

    Şikayətçilərin iddiaları ilə bağlı Telman Qasımovun fikirlərini öyrənmək mümkün olmayıb.

  • Xankəndidən qaçan Şahramanyan Qarabağ haqda gizlədilən sirri açıqladı – İLK DƏFƏ

    Xankəndidən Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyan keşiş Baqrat Qalstyanın revanşistlərdən ibarət dəstəsinə qoşulub və Nikol Paşinyanı ittiham edib.

    Publika.az xəbər verir ki, Şahramanyan müxalifətin etiraz aksiyasına polis müdaxiləsini pisləyib. Qeyd edib ki, yaxın dövrdə Qarabağda baş verənlərlə bağlı ictimaiyyətə hər şeyi açıqlayacaq və camaat həqiqəti öyrənəcək.

    “Bizi milyardlarla dollar dəyərində silahı atıb gəlməkdə ittiham edirlər. Halbuki, Paşinyan silahların kimin balansında olduğunu və buna görə kimin məsuliyyət daşıdığını yaxşı bilir. Qarabağdakı ordu (separatçıların terrorçu dəstələri-red) son günə qədər Ermənistan hökumətinə tabe olub və Ermənistan Müdafiə Nazirliyinin ərazi bölməsi kimi fəaliyyət göstərib”, – o deyib.

    Şahramanyan iddia edib ki, onlar üçün Qarabağ səhifəsi bağlanmayıb.

    Qeyd edək ki, Ermənistan işğalın davam etdiyi 30 ilə yaxın dövrdə Qarabağdakı terrorçu dəstələri “özünümüdafiə ordusu” adlandırmaqla, bu dəstələri idarə etdiyi faktını təkzib etməyə çalışıb. Şahramanyanın etirafı isə rəsmi İrəvanın yalanını bir daha ifşa edir. Bu, separatçı liderlər tərəfindən açıqlanan ilk etirafdır.

  • Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib

    “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərarla “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ləğv edilib.

    Həmçinin, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ləğv edilib.

  • Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

    Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində iyunun 14-də saat 15 radələrində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, piyada aldığı xəsarətlərdən ölüb.

    Araşdırma aparılır.

  • Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir

    NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər.

    Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

    “NATO-nun yardımını və təlimini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək”, – o vurğulayıb.

    Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyasını NATO-nun Visbadendəki strukturları həyata keçirəcək.

    NATO-nun növbəti sammiti 2024-cü il iyulun 9-dan 11-dək ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək və alyansın 75-ci ildönümünə həsr olunacaq.