Month: June 2024

  • В Киеве отметили День национального спасения азербайджанского народа

    В Киеве отметили День национального спасения азербайджанского народа.

    Как сообщает восточноевропейское бюро Report, по этому случаю коллектив посольства Азербайджана в Украине во главе с послом Сеймуром Мардалиевым, сотрудники представительства Государственной нефтяной компании Азербайджана в Украине и другие лица посетили Парк имени Гейдара Алиева в Киеве и возложили цветы и венки к памятнику общенациональному лидеру азербайджанского народа Гейдару Алиеву.

  • Kiyevdə Qurtuluş Günü qeyd olunub

    Ukraynanın paytaxt Kiyevdə Azərbaycanın Qurtuluş Günü münasibətilə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzülüb.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev başda olmaqla səfirliyin kollektivi, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna filialının nümayəndələri və digər qonaqlar Heydər Əliyevin abidəsi önündə əklil və gül dəstələri düzərək onun xatirəsini anıblar.

  • Bayram günlərinin havası açıqlanıb

    Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, 15-i səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    “Bölgələrə gəldikdə isə iyunun 15-16-da əsasən dağlıq və dağətəyi rayonlarda, 17-də isə bəzi bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir”.

    Xidmət rəisi bildirib ki, Naxçıvan MR-da 15-16-17 iyun tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, gecə və səhər arabir duman olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq.

    “Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı gözlənilir.

    Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-30 dərəcə isti olacaq.

    Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Mingəçevir rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. İyunun 15-i axşam yağıntıda qısamüddətli fasilə olacaq. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

    Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarının bəzi ərazilərində arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılar axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 24-29, dağlarda gecə 7-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

    Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

    Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 18-20, gündüz 25-29 dərəcə isti olacaq”.

  • 50 yaşlı Əli İsmayılov: İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi

    İndiyə qədər heç kim Azərbaycana MDB kəmərini gətirməmişdi.

    Bunu “Report”a açıqlamasında Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov MDB ölkələri kəməri uğrunda qalib gəldiyi döyüşlə bağlı danışarkən deyib.

    50 yaşlı boksçu kəməri müdafiə etmək məqsədinin olduğunu bildirib: “MDB ölkələri kəməri uğrunda dağıstanlı boksçu Rəsul İbrahimovla döyüşdüm. Qarşılaşma yaxşı keçdi, kəməri qazandım. Bundan sonra onu müdafiə etmək məqsədim var”.

    O, MDB ölkələri kəməri uğrunda yarışa 3 ay hazırlaşdığını vurğulayıb: “Üç ay kifayət etdi. Hazırlığı 3 mərhələyə bölmüşdük. Birinci ayda ümumi, ikinci ayda xüsusi fiziki hazırlıq keçdik. Üçüncü ayda fiziki-taktiki cəhətdən hazırlaşdıq, sınaqçı-rəqiblərlə işlədik. Hissiyyat və sürəti tam bərpa etdim, çox yaxşı formada idim. Heç kim inanmırdı. Hər kəs rəqibi favorit görürüdü. Bir sözlə, sensasiya oldu”.

    Azərbaycan millisinin sabiq kapitanı peşəkar rinqə qayıtmaq məqsədini açıqlayıb: “Həm vaxtım oldu, həm də pandemiya dönəmində Mayk Taysona baxa-baxa yaxşı mənada “xəstələndim”. Düşündüm ki, 57 yaşlı Tayson bunu bacarırsa, mən 50 yaşımda niyə etməyim? Artıq 8 döyüş keçirmişəm. Bu, doqquzuncu idi. Döyüş Rusiya telekanallarında canlı yayımlanırdı. Şərhçilər məni müsbət qiymətləndirirdilər. Fiziki durumum qaydasındadır. Düzgün məktəb olduqdan sonra hər şey normal keçir. Bu, avtomobil idarə etmək, üzmək kimidir. Əzələ yaddaşını bərpa etdikdən sonra formaya düşürsən və gənclərə dərs keçməyə başlayırsan (gülür)”.

    Ə.İsmayılov qarşıdakı planları haqda məlumat verib: “Hazırkı kəmərimi müdafiə etməliyəm. Ümumiyyətlə, MDB ölkələri kəməri uğrunda döyüşlər son illərdə keçirilir. Mən də özümü yoxlamaq istədim. Hər halda, kiçik titul deyil. Daha sonra dünya və Avropa titulları uğrunda yarışacağam. Sağlamlıq icazə verirsə, niyə də yarışmayım? Corc Forman 50 yaşında dünya çempionu olub. Roy Cons 48, Evander Holifild 52 yaşında çempionluğu qazanıb. Həyatına normal davam edirsənsə, içki içmir, siqaret çəkmirsənsə, düzgün qidalanırsansa, normal yuxu rejimin varsa, idmançı karyeran uzun müddət davam edə bilər”.

    Qeyd edək ki, Əli İsmayılov Moskvada təşkil olunan boks gecəsində birinci ağır çəki dərəcəsi üzrə MDB ölkələrinin kəmərini qazanıb. 50 yaşlı boksçu indiyədək məğlubiyyətin nə olduğunu bilməyən rəqibi Rəsul İbrahimova ikinci raundda texniki nokautla qalib gəlib.

  • В Азербайджане сократилось число браков

    В Азербайджане в первые четыре месяца этого года сократилось число браков.

    Об этом сообщает Median.Az со ссылкой на Госкомстат.

    Районными (городскими) регистрационными отделами Министерства юстиции за январь-апрель текущего года зарегистрировано 13 859 браков и 6 933 развода.

    По сравнению с тем же периодом прошлого года количество браков на 1000 человек населения снизилось с 4,5 до 4,1, а количество разводов осталось неизменным – 2,1.

  • Azərbaycanda nikahların sayı azalıb

    Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

    Dövlət Statistika Komitəsindən “Report”a bildirilib ki, 2024-cü ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah və 6933 boşanma halları qeydə alınıb.

    Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

  • Названа самая непунктуальная авиакомпания мира

    Венгрерский лоукостер Wizz Air, как и годом ранее, признали самой непунктуальной авиакомпанией мира.

     Обэтом пишет The Independent со ссылкой на данные британского управления гражданской авиации Civil Aviation Authority (CAA).

    В среднем в 2023 году задержки рейсов этого авиаперевозчика через аэропорты Великобритании составляли 31 минуту и 36 секунд.

    В анализе были учтены все регулярные и чартерные вылеты из аэропортов Великобритании авиакомпаниями, выполняющими более 2500 рейсов. Отмененные рейсы не учитывались. Средняя задержка всех этих рейсов составила 20 минут 42 секунды по сравнению с 23 минутами в 2022 году – таким образом, за прошедший год ситуация с опозданиями авиарейсов несколько улучшилась.

    А вот главный конкурент Wizz Air на рынке бюджетных авиаперевозок в Европе – ирландский лоукостер Ryanair – оказался куда более пунктуальным, заняв 14-е место в рейтинге со средним показателям задержек 19 минут и 54 секунды.

    10 самых непунктуальных авиакомпаний мира в 2023 году:

    1. Wizz Air, Венгрия (средняя задержка рейсов 31 минута 36 секунд)

    2. Turkish Airlines, Турция (28 минут 36 секунд)

    3. Tui, Великобритания (28 минут 24 секунды)

    4. Air India, Индия (28 минут 12 секунд)

    5. Pegasus Airlines, Турция (25 минут 6 секунд)

    6. Air Portugal, Португалия (23 минуты 48 секунд)

    7. Vueling Airlines, Испания (23 минуты 6 секунд)

    8. Swiss Airlines, Швейцария (22 минуты 48 секунд)

    9. Air Canada, Канада (22 минуты 6 секунд)

    10. British Airways, Великобритания (21 минуты 36 секунд).

  • Dünyanın ən qeyri-punktual aviaşirkəti məlum olub

    Dünyanın ən qeyri-punktual aviaşirkəti Macarıstanın aşağı büdcəli “Wizz Air” aviaşirkəti seçilib.

    Bu barədə “The Independent” Britaniyanın Mülki Aviasiya Təşkilatının (CAA) məlumatlarına istinadən yazıb.

    2023-cü ildə bu daşıyıcının Böyük Britaniya hava limanları üzərindən uçuşları üçün gecikmələri orta hesabla 31 dəqiqə 36 saniyə olub.

    Təhlil zamanı 2 500-dən çox uçuş həyata keçirən aviaşirkətlərin Britaniya hava limanlarından bütün planlı və çarter reysləri nəzərə alınıb. Qeyd olunub ki, “Wizz Air”in əsas rəqibi, İrlandiyanın aşağı büdcəli “Ryanair” aviaşirkəti daha punktual olub və orta hesabla 19 dəqiqə 54 saniyə gecikmə ilə reytinqdə 14-cü yeri tutub.

    2023-cü ildə dünyanın 10 ən qeyri-punktual hava yolu şirkəti

    1. Wizz Air, Macarıstan (orta uçuş gecikməsi 31 dəqiqə 36 saniyə)

    2. Türk Hava Yolları, Türkiyə (28 dəqiqə 36 saniyə)

    3. Tui, Böyük Britaniya (28 dəqiqə 24 saniyə)

    4. Air India, Hindistan (28 dəqiqə 12 saniyə)

    5. Pegasus Hava Yolları, Türkiyə (25 dəqiqə 6 saniyə)

    6. Air Portugal, Portuqaliya (23 dəqiqə 48 saniyə)

    7. Vueling Hava Yolları, İspaniya (23 dəqiqə 6 saniyə)

    8. Swiss Airlines, İsveçrə (22 dəqiqə 48 saniyə)

    9. Air Canada, Kanada (22 dəqiqə 6 saniyə)

    10. British Airways, Böyük Britaniya (21 dəqiqə 36 saniyə)

  • На заводах Tesla появятся тысячи человекоподобных роботов

    Несколько тысяч человекоподобных роботов Optimus будут работать на заводах по производству электромобилей Tesla.

    Об этом заявил глава компании Tesla Илон Маск на ежегодном собрании акционеров, которое проходит в городе Остин (штат Техас).

    “По моим прогнозам, в следующем году более тысячи, может быть, несколько тысяч роботов Optimus будут работать в Tesla”, – сказал он.

    Маск считает, что уровень автономности роботов-гуманоидов вскоре удастся существенно повысить – достаточно будет дать им задание в устной форме или показать какое-либо действие и попросить сделать то же самое. Маск не исключил, что роботы Optimus следующих поколений смогут приобретать новые навыки, смотря видео, “подобно тому, как это делают люди”.

    Идею создания робота Маск озвучил в августе 2021 года. Согласно представленному тогда проекту, Optimus будет ростом с человека, сможет поднимать вес порядка 20 кг и помогать человеку с выполнением повседневных задач.

    В октябре 2022 года глава Tesla представил прототип человекоподобного робота Optimus. Тогда робот вышел на сцену и помахал присутствующим в зале, Маск также показал видео, на котором Optimus поливает цветы.

  • “Tesla” fabriklərində minlərlə insanabənzər robot işləyəcək

    “Tesla” elektrik avtomobili fabriklərində minlərlə insanabənzər “Optimus” robotu işləyəcək.

    Bunu “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask bəyan edib.

    O hesab edir ki, insanabənzər robotların hərəkət səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə arta biləcək. Belə ki, onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək, onlardan da bunu tələb etmək kifayət edəcək.

    İ. Mask istisna etməyib ki, “Optimus” robotlarının yeni növləri insanlar kimi videolara baxaraq müxtəlif bacarıqlar əldə edə biləcəklər.

    Qeyd edək ki, “Tesla” gələn il insanabənzər “Optimus” robotlarının satışına başlayacaq. “Optimus” obyektləri qüsursuz şəkildə ayırmaq və əşyaları rənglərinə görə tam avtonom şəkildə çeşidləmək qabiliyyətinə malikdir. Robot 5-10 il ərzində mükəmməlləşəcək, qiyməti isə 20 min dollardan aşağı olmayacaq.