Month: June 2024

  • İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.

    Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.

    Prezident İlham Əliyevə məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

    Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.

    Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən – Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.

    Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

    Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.





  • Prezident Ailə Məcəlləsindəki dəyişiklikləri TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilib:

    “2.4-1. həmin Qanunun 5-ci maddəsinin yeddinci hissəsində “qəyyumluq və himayə orqanları”, 7-ci maddəsinin altıncı hissəsində “qəyyumluq və himayəçilik orqanı” və yeddinci hissəsində “qəyyumluq və himayə orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur”.

    Bundan başqa, məcəlləyə 2.3–2.5-ci bəndlər aşağıdakı redaksiyada verilib:

    “2.3. həmin Qanunun 14-cü maddəsinin adında və 14.0-cı maddəsinin birinci abzasında “qəyyumluq və himayə orqanları” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə tutulur;

    2.4. həmin Qanunun 16-cı maddəsinin adında, 16.2-ci və 16.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur;

    2.5. həmin Qanunun 16.1-ci maddəsinin birinci abzasında “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

    2.5.1. həmin Qanunun 16.1.1-ci, 16.1.3-cü, 16.1.5–16.1.7-ci maddələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

    2.5.2. həmin Qanunun 16.1.2-ci və 16.1.4-cü maddələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;

    2.5.3. həmin Qanunun 16.1.8-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;”.

    Eyni zamanda, məcəllədə aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilib:

    “2.6. həmin Qanunun 16.1.5-ci maddəsində “qəyyumluq və himayə orqanları” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur”.

  • Yüzlərlə təqaüdçünün soyan Nuranə Məmmədova saxlanıldı – VİDEO

    Azərbaycanda 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər əsasında əməliyyat-texniki tədbirlər keçirilib.

    Nəticədə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb:

    “Həmin şəxs taladığı kartlar barədə məxfi məlumatları eyni əmələ görə artıq həbs olunan tanışı Asif Səmədovdan əldə etdiyini bildirib. Daha sonra o, zərərçəkənlərin kart məlumatlarını müxtəlif mobil tətbiqlərə əlavə edərək qeydiyyatdan keçməklə hesablardakı pul vəsaitlərini nağdlaşdırıb. N.Məmmədova bu yolla 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Eyni əmələ görə artıq həbs olunmuş A.Səmədovun isə bankomatların yanında dayanaraq vəsaitlərini nağdlaşdırmaqda çətinlik çəkən şəxslərə yardım etmək adı ilə yaxınlaşaraq onların kart məlumatlarını ələ keçirdiyi sübuta yetirilib”.

    Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

  • Deputat: Azərbaycanda işləyən vətəndaşların 65 faizinin əmək müqaviləsi yoxdur

    Bu gün Azərbaycanda işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, ölkədə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir: “Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir”.

    “Rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir”, – V.Bayramov əlavə edib.

    Deputat onu da bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur:

    “Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir”.

    Onun sözlərinə görə, elektron imza xərcdir və bunun xərci son illər artıb:

    “Əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi xüsusən də aqrar sektorda çalışan 38 % insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə elektron əmək müqavilələrin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”.

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, nazirliyin vətəndaşlara təqdim etdiyi bütün xidmətlər ödənişsizdir:

    “Elektron platformalardan istifadə üçün də ödəniş yoxdur. Əmək müqavilələrinin lektron əmək müqaviləsinə keçidi layihəsi çərçivəsində vətəndaşlar üçün hər hansı xərcin təyin edilməsi nəzərdə tutulmayıb. Bu çərçivədə elektron imzanı alacaqlarsa, onun üçün hər hansı ödəniş edilməyəcək. Burada vətəndaşa münasibətdə hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur.

  • X-da hər kəsə maraqlı olan YENİLİK

    “X” sosial şəbəkəsi (keçmiş Twitter) bütün istifadəçilər üçün “özəl bəyənmə” funksiyasını təqdim etməyə başlayır.

    Median.Az “The Verge”yə istinadən xəbər verir ki, yeniliyi Elon Mask təsdiqləyib və istifadəçi profillərindəki “Bəyən” nişanının tezliklə yox olacağını bildirib.

    Bu yolla şirkət istifadəçilərin ictimai imicini qorumaq istəyir, çünki onlar “qeyri-adi” məzmunu sevdikləri üçün “bir çox insanlar özlərini ruhdan salırlar”.

    Əvvəllər yalnız premium X hesabı olanlar öz “bəyənmələrini” digər istifadəçilərdən gizlədə bilirdilər.

  • DİN “Son Zəng”lə bağlı valideyinlərə müraciət edib

    Respublikamızda “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

    Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.

    Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcəkdir.

  • Nikol Paşinyan: Qarabağ Azərbaycanın bir hissəsidir

    Qarabağ Azərbaycanın bir hissəsidir və Ermənistan cəmiyyətində Qarabağın öz müqəddəratını təyinetmə və statusu anlayışı yanlış başa düşülürdü.

    Bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib.

    “Qarabağ Azərbaycanın bir hissəsidir, lakin erməni reallığında bütün bunlar səhv başa düşülürdü, çünki Ermənistan ictimaiyyətinin 1996-cı ildən Lissabon sənədinə çıxışı yoxdur”, – o vurğulayıb.

    Onun sözlərinə görə, Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını Qarabağla bağlı aldadıb və çaşdırıb: “Qarabağla bağlı bütün həqiqət məhz budur”.
     
    ///Report

  • Участник войны, автомобиль которого был отправлен на штрафстоянку, пытался совершить суицид

    12 июня около 8:00 в Имишлинском районе 32-летний Аллахшукюр Гасанов, участник второй Карабахской войны, был задержан сотрудниками Государственной дорожной полиции за рулем автомобиля ВАЗ-2107 за то, что управлял транспортным средством без доверенности. Кроме того, было выявлено, что внес изменения в конструкцию транспортного средства.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что водитель, совершавший опасные маневры на машине на территории района, представился участником войны и продолжал противоправные действия, мотивируя это тем, что будет управлять автомобилем так, как ему заблагорассудиться.

    Транспортное средство было доставлено на охраняемую стоянку. Собранные материалы о водителе направлены в соответствующий суд для рассмотрения.

    Сегодня утром А.Гасанов приехал на штрафстоянку и начал выдвигать незаконные требования, а затем попытался покончить жизнь самоубийством, облив себя бензином. Попытка суицида была пресечена очевидцами, мужчина был госпитализирован.

    По данному факту ведется расследование.

    Информацию подтвердили в пресс-службе МВД.

  • Maşını duracağa yerləşdirilən müharibə iştirakçısı özünü yandırdı

    İyunun 12-də saat 8 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 32 yaşlı Allahşükür Vaqif oğlu Həsənov 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.

    İdarəetmə hüququ olmadan idarə edilən avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

    Bu gün səhər saatlarında A.Həsənov duracağa gələrək qanunsuz tələblər irəli sürməklə üzərinə yandırıcı maddə tökərək intihara cəhd edib. Cəhdin qarşısı ətrafda olan şəxslər tərəfindən alınaraq o xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

  • Таджикистан создаст “Абрикосовый сад дружбы” в Азербайджане

    Таджикистан планирует создать “Абрикосовый сад дружбы” в Азербайджане.

    Об этом сообщил министр сельского хозяйства республики Курбон Хакимзода во время встречи с министром сельского хозяйства АР Меджнуном Мамедовым.

    Отмечается, что Азербайджан, в свою очередь, возведет в Таджикистане “Гранатовый сад дружбы”.

    Также на переговорах стороны подчеркнули, что сотрудничество республик в области сельского хозяйства находится “на соответствующем уровне”.

    Они выразили готовность к дальнейшему укреплению отношений и реализации приоритетных положений программы Дорожной карты сотрудничества, подписанной на 2023-2024 годы.

    Кроме того, глава Минсельхоза Таджикистана с его коллегой из Азербайджана согласились для этого использовать все возможности и пути для увеличения экспортного потенциала государств в сельскохозяйственном направлении.

    Напомним, что в конце прошлого месяца на форуме предпринимателей Таджикистана и Азербайджана в Душанбе было подписано более 15 новых документов о сотрудничестве на сумму 700 млн долларов.

    В конце 2023 года делегация, возглавляемая министром обороны Таджикистана генерал-полковником Шерали Мирзо, совершила визит в Азербайджан. На встрече были обсуждены перспективы развития сотрудничества между странами в военной, военно-технической, военно-образовательной и других областях, а также ряд других вопросов, представляющих взаимный интерес.

    Источник: Sputnik Таджикистан