Month: June 2024

  • İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

    Bu barədə fond məlumat yayıb.

    Bildirilib ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib.

    Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

  • Azərbaycanda daha bir müəllim vəfat etdi – FOTO

    Qaxda müəllim vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Qax şəhər E. Babayev adına 4 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Mustafayeva dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

  • Türkiyə və ABŞ qırıcı təyyarələrlə bağlı müqavilə imzaladılar

    Türkiyənin ABŞ-dən əldə etmək istədiyi “F-16″ların alınması ilə bağlı müqavilələr imzalanıb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən məlumat verilib.

    “ABŞ-dən “F-16″ alınmasında son vəziyyət budur ki, müqavilələr imzalanıb. Nümayəndə heyətləri arasında danışıqlar yolu ilə detallar üzərində işlər davam etdirilir. Təfərrüat daha sonra açıqlanacaq”, – deyə məlumatda bildirilib.

    Mənbə: TRT Haber

  • Bayram günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə 12 qatar reysi təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib.

    Median.Az bu barədə ADY-yə istinadən xəbər verir.

    Marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.

    Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları hərəkətə başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.

  • AVRO 2024 həyəcanı başlayır – Bu telekanallarda yayımlanacaq

    Sabahdan futbol üzrə Avropa çempionatı – AVRO 2024 həyəcanı başlayır.

    Almaniyanın ev sahibliyi edəcəyi 17-ci Avropa Futbol Çempionatı (AVRO 2024) başlayır.
     
    31 gün davam edəcək turnirdə 24 milli komanda mübarizə aparacaq.

    Açılış oyunu Münxendə keçiriləcək və turnirin ev sahibi Almaniya Şotlandiyanı qəbul edəcək.
     
    Türkiyə isə F qrupunda mübarizə apacaq. Qardaş ölkə ilk oyununu 18 iyunda Gürcüstana qarşı keçirəcək.
     
    Çempionatda bütün oyunları Azərbaycanda İTV, Türkiyədə isə TRT kanalında canlı yayımlanacaq.
    //azxeber.com

  • Azərbaycan şahmatçısı dünya çempionatında üçüncü yeri tutub

    Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

    11 turdan sonra 8,5 xal toplayan iti zəka sahibi üçüncü yeri tutub. O, son turda belaruslu Kseniya Normana qalib gəlib.

    Azərbaycanın digər təmsilçiləri Nərmin Abdinova və Səbinə Rzalı isə mükafatçılar sırasına düşə bilməyiblər.

    Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.

  • İlin ən dəhşətli cinayəti: Əhmədin ifadəsində sensasion faktlar

    İlin ən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb. Söhbət ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun işindən gedir. Məlum olduğu kimi, ekspert rəyləri ilə Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə yazılıb ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində müstəntiqə ifadə verib, ailəsini öldürməsindən danışıb.

    “Qafqazinfo” Əhmədin həmin ifadəsini əldə edib.

    Qeyd edək ki, sözügedən ifadədə azyaşlılarla bağlı həssas məqamlar olduğu üçün ixtisar edilib. Cinayət əməlinin ağırlığını, ifadənin də buna müvafiq olaraq doğura biləcəyi mənfi emosiyaları nəzərə alaraq ürəyi zəif olanların oxumamasını tövsiyə edirik!

    İstintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

    “Məni ailədən saymırdılar, buna görə nifrət hissi yaranmışdı”

    Əhməd ilk ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.

    Amma hadisə günü atası onu evə gətiribmiş. Mehman Əhmədov (atası) səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb:

    “Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm”.

    Qarşısına bütün ailəsini öldürmək məqsədi qoyan Əhməd azyaşlı bacısı qızını da eyni üsulla həyatından edib. Bundan sonra o, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

    Marketdən çıxdıqdan sonra isə anası ilə qardaşı Məhəmmədin evə gəldiyini görüb. Əhməd həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb, hadisəni həmin balta ilə törədib: “Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi”.

    Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. Əhməd qadını təhqir edərək yaxın durmamasını bildirib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib.

    Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam da diqqət çəkir. İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.

    Məlumat üçün deyək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. Ekspert rəyi ilə anlaqsız olduğu sübut olunan Əhməd məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınıb. Bu səbəbdən onun yaxınlarından biri hüquqi varisi kimi tanınıb.

    Qeyd edək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərib.

  • Xuliqanlıqda təqsirləndirilən MMA idmançılarının məhkəməsi başlayıb

    Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən Tofiq Musayev barəsində polis nəzarəti qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər barəsində isə həbs qətimkan tədbiri seçilib.

    Prosesdə Tofiq Musayev və Ruslan Əfəndiyevin vəkilləri müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün işə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər.

    Bundan başqa, vəkillər müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlər veriblər.

    Vüqar Kərəmovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsin dayısı Birinci Qarabağ Müharibəsinində şəhid olaraq itkin düşüb: “Bu yaxınlarda onun nəşi tapılıb və dəfn edilib. Vüqar Kərəmovun dayısının 40 mərasimi yaxın günlərdə keçiriləcək. Nə dəfndə, nə də mərasimdə iştirak edə bilib. Orada iştirak etməsi üçün ev dustaqlığına buraxılmasını xahiş edirik”.

    Ənvər Əfəndiyevin vəkili də müvəkkilinin 86 yaşında xəstə anasının onun himayəsində olmasını əsas gətirərək vəsatətinin təmin olunmasını xahiş edib:

    “Ruslan Əfəndiyev bu ölkə üçün idmançılar yetişdirib. Həmin idmançalar dünyada ölkəmizi təmsil edib, bayrağını ucaldıb, himnini səsləndirib. Bunların nəzərə alınmasını xahiş edirik”.

    Məhkəmə vəsatətləri təmin etməyib.
    Baxış iclası iyunun 24-nə təyin edilib.

    Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib.

    İttihama görə, təqsirləndirilən idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

    Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.

    Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

    İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraət verici əsaslarla xitam verilib.//APA

  • Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

    Ermənistanın Belarusdakı səfiri məsləhətləşmələr üçün İrəvana çağırılıb.

    Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

    Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, heç bir rəsmi nümayəndə Belarusa səfər etməyəcək.//Report

  • Президент Ильхам Алиев принял участие в открытии Туристического комплекса грязевых вулканов – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии Туристического комплекса грязевых вулканов на территории села Гобустан Абшеронского района.

    Как сообщает АЗЕРТАДЖ, председатель Государственного агентства по туризму Фуад Нагиев проинформировал главу государства о проделанной в комплексе работе.

    Отметим, что грязевые вулканы, являющиеся интересным природным явлением, существуют во многих странах мира. Азербайджан известен как регион редкого и классического развития грязевых вулканов. Из более чем 2000 известных на Земле грязевых вулканов свыше 350 расположены на востоке Азербайджана и в акватории Каспийского моря. Они распространены в основном на Абшеронском полуострове, группе островов вокруг Баку, Шамахе, Гобустане и юго-восточном Ширване. В Туристическом комплексе грязевых вулканов можно вблизи понаблюдать за территорией грязевых вулканов “Гылындж”. Эти вулканы состоят из 8 расположившихся в ряд сопок. Сопочная брекчия (крупные грунтовые породы), охватывая большую площадь, образовала две полосы, простирающиеся к северо-востоку. Протяженность территории распространения брекчии, охватывающей площадь двадцать гектаров, составляет 300-500 м. Ширина полос местами достигает 50 м. Хотя в целом в нашей стране 60% вулканов считаются активными, сведений о сильных извержениях вулкана “Гылындж” в научных источниках не встречается.

    Президенту Ильхаму Алиеву было сообщено, что Туристический комплекс грязевых вулканов построен на территории площадью 12 га. Здесь возведено административное здание. Созданная новая туристическая инфраструктура позволила открыть более 60 новых рабочих мест для местного населения, особенно для людей, проживающих на прилегающих территориях. Туристско-информационный центр комплекса состоит из выставочного зала и мастерской. В центре можно получить информацию о характеристиках грязевых вулканов, их природных и целебных свойствах, а также ознакомиться с макетом грязевого вулкана. Здесь также представлены около 80 редких минералов, собранных со всего Азербайджана. В экспозиции приводятся названия образцов минералов, их химический состав и информация о месторождении, из которого они взяты. В мастерской будут организованы мастер-классы по гончарному делу и живописи нефтью.

    Выставочный зал, посвященный истории природы, вызывает большой интерес богатством экспонатов. В уголках “Большие кошки”, “Фауна Гобустана”, “Следы диких животных Азербайджана”, “Мир насекомых Азербайджана”, “Скелеты мелких животных” выставки экспонируются скелеты диких и домашних животных – представителей азербайджанской и мировой фауны, насекомые, земноводные и пресмыкающиеся, которые встречаются в природе Азербайджана. Все представленные на выставке скелеты животных являются оригинальными экспонатами. Они подготовлены в соответствии с биоэтическими нормами и представляют собой скелеты животных, собранные в течение десятилетий после их биологической смерти азербайджанскими специалистами в различных местах. Выставка об истории природы демонстрирует богатство, биоразнообразие фауны Азербайджана. В экспозицию вошли 98 скелетов животных – представителей азербайджанской и мировой фауны, 870 различных видов засушенных насекомых, 57 существ, представленных в специальном растворе, ряд пресмыкающихся и земноводных, а также палеонтологические экспонаты. Для того чтобы повысить интерес детей и школьников к окружающему миру и создать у них представление о демонстрируемых скелетах, на стенах вывешены фотографии различных животных. Здесь также представлена информация об ареалах обитания ряда животных, взятых под государственную охрану в наших национальных парках, в том числе леопарда, безоарового козла, джейрана, каспийского тюленя.

    На созданной в комплексе выставке “Минералы” представлено около 80 различных видов минералов, обнаруженных на территории Азербайджана. Посетители могут увидеть здесь красивые и редкие драгоценные камни, кристаллы и геологические образцы, привезенные со всех уголков нашей страны – от Гобустана до Нахчывана. В первой части экспозиции, состоящей из двух частей, демонстрируются образцы брекчии, образовавшейся в результате извержения грязевых вулканов, а в другой части экспонируются минералы, обнаруженные в различных месторождениях полезных ископаемых нашей страны. Здесь посетителям также предоставляют информацию о поверхности Земли, геологических процессах, образовании горных пород и минералов. Создание современной туристической инфраструктуры вокруг грязевых вулканов повысит осведомленность общественности о расположенных на этих территориях вулканах и послужит их популяризации как природного наследия.

    Отметим, что на территории построен ресторан на 110 человек, а также проложена пешеходная дорожка для того чтобы, туристы могли наблюдать за вулканами. Здесь также созданы пункт панорамного обзора и площадка, поднявшись на которую, можно с высоты наблюдать за расположенными вокруг грязевыми вулканами.

    Для обеспечения удобного передвижения туристов на территории Туристического комплекса грязевых вулканов построена парковка. Туристы будут иметь возможность принять участие в экскурсии по этой территории со сложным рельефом на квадроциклах – экологически чистом виде транспорта.