Month: June 2024

  • Şəhərdən 17 toyuq, kənddən 700 kilo katrof oğurladı

    Cəlilabadda toyuq və kartof oğurlayan şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Cəlilabad şəhərində doğulmuş Elmir (şərti) oğurluq etdiyi üçün .

    O, Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən evlərin birindən 10 ədəd toyuq oğurlayıb. Onları satdıqdan sonra yenidən eyni həyətdən 7 ədəd toyuq oğurlayıb.

    Həmin şəxs Cəlilabad rayonunun Maşlıq kəndindən 490 manat dəyərində 700 kq katrof dA oğurlayıb.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətinə inzibati qaydada həbs edilib.

  • Generalın “qara qutu”su sayılan polkovnikin oğlu HƏBS OLUNDU

    Quru Qoşunlarının sabiq komandanı, general-leytenant Ənvər Əfəndiyevin “qara qutusu” kimi tanınan Quru Qoşunlarının sabiq inspeksiya rəisi, polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərovla bağlı qərar verilib.

    Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən işə Bakı Hərbi Məhkəməsində baxılıb.

    Belə ki, Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək müxtəlif hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verdiyinə əsaslı şübhələr müəyyən edilib.

    Məhkəmənin qərarı ilə Rəşid Saleh oğlu Kələntərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 178.2.3 maddələri ilə təqsirli bilinərək məhkəmə zalında həbs edilib.

    Qeyd edək ki, Rəşid Kələntərov 288 nömrəli hərbi hissənin zabiti olub.

    Xatırladaq ki, Saleh Kələntərov ötən ilin yayında, Ənvər Əfəndiyev isə bu ilin yanvarında tutduqları vəzifələrdən azad olunublar.

  • Brilliant Dadaşova yeni rəqsi ilə gündəmdə – VİDEO

    Xalq artisti Brilliant Dadaşova yeni görüntüləri ilə diqqət çəkməyi bacarıb.

    Sənətçi son zamanların trend mahnılarından birinin sədaları altında xeyli rəqs edib.

    Dadaşova həmin anları lentə alaraq tiktok və instaqram sosial şəbəkələrində paylaşıb.

    Xalq artirinin bu paylaşımı izləyicilərinin marağına səbəb olub.

    Xatırladaq ki, ifaçı hərdən sosial şəbəkədə müxtəlif rəqs videolarını paylaşır.
    //Baku.ws

  • Sürücüləri çaş-baş salan lövhə: “Elə bildim ki, işıqfordur, işləmir” – VİDEO

    Masazır- Saray-Novxanı yolunda avtomobillərin sürətini göstərən yeni elektron lövhə quraşdırılıb.

    Sözügedən yolda sürət həddi 90 km/saatdır. Bu hədd keçildiyi təqdirdə lövhədə qırmızı işıq yanır və bununla da sürücülərə sürət həddini azaltmaq barədə xəbərdarlıq edilir.

    Baku TV-nin sorğusu əsasında məlum olub ki, bu yoldan istifadə edən sürücülərin bəziləri lövhənin nə işə yaradığından xəbərdar deyil.

    “Bu lövhəni ilk dəfədir görürəm. Sürət həddini ölçür, amma nə işə yaradığını bilmirəm. Elə bildim ki, işıqfordur, işləmir”, – deyə sürücülər bildiriblər.

    Daha ətraflı videomaterialda:

  • Погибший во время хаджа в Мекке ребенок – азербайджанец? (ФОТО)

    Четырехлетний ребенок, погибший во время хаджа в Мекке, не является азербайджанцем.

    Об этом сообщили в Управлении мусульман Кавказа.

    Было отмечено, что информация не соответствует действительности.

    “Среди азербайджанских паломников нет четырехлетнего ребенка. По данным, погибший ребенок был египтянином”, – говорится в заявлении.

    Отметим, что самый младший из паломников, отправившихся в хадж из Азербайджана, родился в 2013 году.

  • Məkkədə Həcc ziyarəti zamanı ölən uşaq azərbaycanlıdır? – FOTO

    “Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil”.

    Bu barədə Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb.

    Bildirilib ki, məlumat həqiqəti əks etdirmir:

    “Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub”.

    Qeyd edək ki, sosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Məlumat üçün bildirək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür.

  • 340 min manatı oğurlayan dəstə üzvləri ələ keçdilər: Biri pulları estetik əməliyyata xərcləyib

    Paytaxt ərazisində yerləşən evlərdən birindən içərisində 340 min manat olan seyf oğurlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, onlar oğurladıqları pulla 6 avtomobil alıblar, dəstənin bir üzvü isə estetik əməliyyat etdirib.

    Hadisə barədə zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri – 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıblar.

    Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Ş.Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Q.Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gün sonra Q.Sultanov pulun 194 min manatını Ə.Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib.

    Hadisədən sonra Q.Sultanov ona çatan pulla 4, Ş.Hüseynova isə Ə.Qurbanovun köməkliyi ilə 2 avtomobil alıb. Dəstənin digər üzvü Z.Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • Женщина совершала аморальные действия в отношении своей малолетней дочери

    В социальных сетях распространились кадры, на которых женщина совершала аморальные действия в отношении несовершеннолетней дочери.

    Как сообщает АПА, личность женщины была установлена ​​сотрудниками полиции, она задержана.

    В ходе расследования стало известно, что женщине 56 лет, а ее дочери – 8 лет. Женщина привлечена к ответственности, расследование продолжается.

    В пресс-службе МВД подтвердили данную информацию.

  • Sosial şəbəkədə azyaşlının qeyri-etik görüntüsünü yayan qadın uşağın anası imiş

    Sosial şəbəkələrdə azyaşlı ilə qadının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.

    APA xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, görüntülərdə əks olunan qadının 56, azyaşlının 8 yaşı var. Azyaşlı onun övladıdır. Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam edir.

    DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

  • Президент Ильхам Алиев произвел назначение на высокую должность

    Распоряжением Президента Азербайджана Ильхама Алиева Бахруз Бахрамов назначен на должность заместителя исполнительного директора Государственного нефтяного фонда Азербайджанской Республики (ГНФАР).

    Об этом сообщили в фонде.

    Отмечается, что Б.Бахрамов с 2020 года по настоящее время занимал должность советника исполнительного директора ГНФАР.

    Ранее он работал на различных должностях в департаментах управления рисками и инвестициями ГНФАР, в том числе в 2014-2016 годах был заместителем директора департамента управления рисками, в 2016-2020-ых – директором того же департамента.