Month: June 2024

  • “WhatsApp”da yeni qadağa tətbiq ediləcək

    “Meta” şirkətinə məxsus məşhur “WhatsApp” mesenceri bəzi ölkələrdə istifadəçilər üçün məcburi yaş yoxlamasını tətbiq etməyi planlaşdırır.

    Yenilik Avropada internet servisindən istifadə üçün minimum yaş həddinin (13 yaş) təsdiqlənməsi, lakin “WhatsApp”da lazımi yoxlama alətinin olmaması ilə əlaqədardır.

    Yeni funksiya istifadəçilərə doğum tarixini daxil etmək təklif edir. Daxil edilən tarix gizli saxlanılacaq və ilk girişdən sonra dəyişdirilə bilməz. Bu strategiya əvvəllər “Instagram” tərəfindən həyata keçirilən oxşar yanaşmanı xatırladır.

    “WhatsApp”ın bu cür dəyişiklikləri həyata keçirmək üçün ikiqat stimulu var. Birincisi, ABŞ-nin bir neçə ştatında yaşın yoxlanılması ilə bağlı yeni qanunvericilik tətbiq edilməyə başlayır. İkincisi, Avropa Birliyində bu yaxınlarda qəbul edilmiş qanunlar yetkinlik yaşına çatmayanların onlayn təhlükəsizliyini prioritetli edir.

    Bu funksiyanın tətbiq edilməsinin dəqiq tarixi və icrası ilə bağlı təfərrüat hələlik məlum deyil.

    Mənbə: WaBetaInfo

  • “Android”də smartfonları oğurluqdan qorumaq üçün yeni funksiya

    “Google” şirkəti “Android” smartfonlarının oğurluqdan qorunması funksiyasının beta sınaqlarına başlayıb.

    Funksiya indi yalnız Braziliyada istifadəçilər üçün beta versiyada əlçatandır. Onu aktivləşdirmək üçün sorğu təqdim edilməlidir.

    Texnologiya süni intellekt alqoritmlərinə əsaslanır və cihazın qeyri-adi hərəkətlərini təhlil edərək qadceti oğurlamaq cəhdlərini aşkarlamağa qadirdir. Bundan əlavə, funksiya tanımadığı şəbəkələrə qoşulduqda smartfondan icazəsiz istifadəni aşkarlaya bilir.

    Hazırda “Android 15” əməliyyat sistemi sınaqdan keçirilir. Onun tam buraxılışı 2024-cü ilin payızında gözlənilir. Yeni əməliyyat sistemi ilk olaraq “Google” smartfonlarında aktivləşdiriləcək.

    Mənbə: The Verge

  • Yer kürəsinin rəqəmsal surəti yaradıldı

    İqlim dəyişikliyinin fəsadları ilə mübarizədə kömək məqsədilə Avropada Yerin rəqəmsal modeli işə salınıb.

    Bu barədə Avropa Komissiyasının saytında bildirilib.

    Bildirilir ki, “Destination Earth” təşəbbüsü çərçivəsində yaradılan model, böyük həcmdə məlumatlar əsasında ekoloji təhdidləri simulyasiya etmək, izləmək və iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün həll yolları tapmaq məqsədi daşıyır.

    Layihə sayəsində hakimiyyət orqanları ekstremal hava hadisələri haqqında əvvəlcədən məlumat əldə edə və bu cür təhdidlərə daha yaxşı hazırlaşa biləcəklər. Qeyd olunur ki, model zamanla inkişaf edəcək.

    O da bildirilir ki, əsas məqsəd Yerin tam rəqəmsal surətini yaratmaqdır. Layihənin müəllifləri hesab edirlər ki, buna artıq 2030-cu ilə qədər nail olmaq mümkün olacaq.

    Tarixə nəzər salsaq, iqlim dəyişikliyi bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri olub. BMT-nin məlumatına görə, son 100 ildə qlobal istiləşmə nəticəsində Yer kürəsinin orta temperaturu 1.1°C artıb. Alimlər xəbərdarlıq edirlər ki, əgər bu tendensiya davam edərsə, gələcəkdə daha tez-tez və daha şiddətli təbii fəlakətlərlə üzləşəcəyik.

    Mənbə: Lenta.ru

  • Dəhşətli xəstəliyin dərmanı tapıldı – Yapon alimlərindən müjdə

    Yaponiyanın Kioto Universitetinin alimlər qrupu “iPS” skrininqi əsasında innovativ yanaşmadan istifadə etməklə yan amiotrofik sklerozun (ALS) müalicəsində mühüm irəliləyiş əldə ediblər.

    Onların 2019-cu ildə başlayan tədqiqatları bu xəstəliyə qarşı mübarizə aparmaq üçün potensial təsirli bir dərman olan “Bosutinib”in kəşfinə gətirib çıxarıb.

    Xəstələrin dərisindən induksiya edilmiş kök hüceyrələrin artırılması və ALS patologiyasını modelləşdirmək üçün onların motor neyronlarına çevrilməsini əhatə edən klinik sınaqların birinci mərhələsi ümidverici nəticələr göstərib. Doqquz xəstədən beşində xəstəliyin inkişafında zəifləmə müşahidə edilib və bu, tədqiqatın ikinci mərhələsinə keçməyə stimul verdi.

    26 xəstənin iştirak etdiyi sınağın ikinci mərhələsində 24 həftə ərzində “Bosutinib”dən istifadə edilib. Nəticələr göstərib ki, xəstələrin yarısının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb – 26 nəfərdən 13-də xəstəliyin gedişatının zəifləməsi müşahidə olunub.

    Qeyd olunur ki, bu məlumatlar ümidvericidir və dərmanların gələcək inkişafı üçün əsas ola bilər.

    Mənbə: RİA Novosti

  • Yeni aldığı avtomobilin texniki baxışı və sığortası olmadığı üçün cərimə gəldi, DYP qanunidir dedi – VİDEO

    Avtombilin icbari sığorta və texniki baxış müqaviləsi olsa da, sürücüyə bununla bağlı elektron cərimə protokolu tərtib edilib.

    Xezerxeber.az bildirir ki, hadisə Şirvan sakini Alim Mahmudovun başına gəlib.

    Vətəndaş may aynda Şəmkir rayonundan mikroavtobus alıb. Avtomobili alarkən sahibi ilə razılığa gəlib ki, avtomobili nömrəsiz alacaq və onu yeni qeydiyyat nömrə nişanı ilə təmin edəcək.

    Alim Mahmudov deyir ki, bu razılıq əsasında da, 30 may 2024-cü il tarixində Şəmkir rayonuna gedərkən idarə etdiyi 99-SD-057 qeydiyyat nömrə nişanlı avtomobilə ayrı-ayrı vaxtlarda avtomobilin texniki baxış və sığorta müqaviləsinin olmamasına görə elektron cərimə protokolu gəlib. İddiasına görə, avtomobilin həm sığorta, həm də texniki baxışı olub.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Bu il qarpızın baha olacağı gözlənilir – VİDEO

    Bu il qarpız mövsümünün erkən başa çatacağı gözlənilir. Səbəb isə qarpız kolları üzərində məhsulun olduqca az olmasıdır.

    Fermerlər mövsümün əvvəlində ümidli idilər ki, bu il bol məhsul tədarük edəcəklər. Bunun üçün səbəbləri də var idi. Çünki hava yaxşı keçir, bitki normal inkişaf edirdi. Amma qeyri-sabit hava şəraiti vəziyyəti dəyişdi.

    Fermerlər deyirlər ki, məhsul ötən ilkindən az olacaq. Çəkilən xərclər də nəzərə alınsa, qarpızın daha baha satılacağı ehtimal edilir.

    Təsərrüfatçıların qənaətinə görə, məhsuldarlıqda təxminən 30-40 faiz itki gözlənilir.

    Ətraflı “AzTV Xəbər”in süjetində:

  • В Баку 44-летнего мужчину приговорили к сроку за развратные действия в отношении 6-летней девочки

    Вынесен приговор Насими Хейбарову (1980 г.р., имя и фамилия условные), совершившему развратные действия в отношении малолетней девочки в центре Баку.

    Как сообщает publika.az, случай был зарегистрирован на улице Ашуга Моллы Джума в Наримановском районе столицы.

    Согласно информации, подъехавший туда для перевозки груза Н.Хейбаров, заметив перед зданием шестилетнюю девочку, подошел к ней и поцеловал ребенка в руку и губы, а также совершил другие аморальные действия. Увидев происходящее с балкона своей квартиры, отец несовершеннолетней начал кричать, чем привлек внимание других лиц. В результате преступник покинул данную территорию.

    После обращения в полицию были начаты оперативно-разыскные мероприятия, в ходе которых Н.Хейбаров был задержан. В его отношении было возбуждено уголовное дело по статье 153.2 (Развратные действия, совершенные в отношении лица, не достигшего четырнадцатилетнего возраста) УК АР.

    По решению Наримановского районного суда от 5 июня мужчина был приговорен к лишению свободы сроком на два года.

  • 44 yaşlı kişi Bakının mərkəzində atasının gözü qarşısında azyaşlı qızın dodaqlarından öpdü

    Bakının mərkəzində azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən 1980-ci il təvəllüdlü Nəsimi Xeybərov (soyad şərtidir) həbs edilib.

    Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yerləşən binanın qarşısında baş verib.

    Həmin binaya yük daşımaq üçün gələn Nəsimi blokun qarşısında altı yaşlı qızın tək olmasını görərək ona yaxınlaşıb. O, azyaşlının əllərindən və dodağından öpüb, həmçinin digər əxlaqsız hərəkətlər edib. Qızın atası eyvandan baş verənləri görərək qışqırmağa başlayıb və səsə digər şəxslər də gəlib. Bunu görən Nəsimi ərazidən uzaqlaşıb.

    Hadisə barədə polisə məlumat verildikdən sonra axtarış tədbirləri həyata keçirilib və Nəsimi Xeybərov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə cinayət işi açılıb.

    Nərimanov Rayon Məhkəməsinin 5 iyun tarixli hökmü ilə Nəsimi Xeybərov 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • В Сабирабадском районе задержан наркокурьер – ФОТО

    В Сабирабадском районе задержан наркокурьер.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы Министерства внутренних дел.

    По информации, в ходе мероприятий, проведенных сотрудниками отдела полиции Сабирабадского района, был задержан ранее судимый за преступления, связанные с наркотиками, Бахтияр Алиев. Во время личного досмотра у него было обнаружено 12 кг героина, метамфетамина и марихуаны.

    В ходе расследования выяснилось, что задержанный получал от гражданина Ирана, с которым познакомился в соцсетях, наркотические средства для употребления, а взамен предоставлял услуги наркокурьера.

    По данному факту возбуждено уголовное дело, в отношении Б.Алиева решением суда избрана мера пресечения в виде ареста.

  • Sabirabadda narkokuryer saxlanılıb – FOTO

    Sabirabad rayonunda narkokuryer saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən əvvəllər narkotiklərə görə məhkum olunmuş Bəxtiyar Əliyev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.

    Araşdırmalar zamanı B.Əliyevin sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşının ona istifadəsi üçün narkotik vasitə təklif etdiyi və bunun müqabilində kuryerlik etdiyi məlum olub.

    Faktla bağlı cinayət işi başlanıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.