Month: June 2024

  • Lionel Messi karyerasını bitirəcəyi klubun adını açıqlayıb

    Argentinalı futbolçu Lionel Messi karyerasını bitirəcəyi klubun adını açıqlayıb.

    “Report” ESPN-ə istinadən xəbər verir ki, 36 yaşlı oyunçu karyerasını hazırda çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubunda başa vuracağını bildirib.

    Qeyd edək ki, Messi 2023-cü ildə bu komandaya keçib. O, meydana çıxdığı 29 matçda 25 qol vurub.

  • Более 86 демонстрантов задержаны в Ереване у здания парламента Армении

    86 граждан задержаны в ходе акции протеста в Ереване.

    Как передает Report со ссылкой на армянские СМИ, об этом сообщили в пресс-службе МВД Армении.

    “По предварительным данным пострадали шесть полицейских и все они находятся в больнице”, – сообщили в ведомстве.

    Отметим, что полиция использовала специальные средства для разгона протестующих на проспекте Баграмяна в Ереване 12 июня. Было применено более десяти светошумовых гранат. Семь человек пострадали при разгоне.

    17:48
    Более сорока демонстрантов задержаны на акции протеста у здания парламента Армении, где с участием премьер-министра Никола Пашиняна проходит “правительственный час”, сообщает Report со ссылкой на “Интерфакс”.

    “Задержаны 42 человека по обвинению в невыполнении законных требований полиции”, – заявили в МВД Армении.

    В ночь на 10 июня требующие отставки Пашиняна протестующие перекрыли проспект Баграмяна в центре Еревана, установив палатки перед зданием парламента.

    17:40
    Лидер армянского оппозиционного движения “Тавуш во имя родины” архиепископ Баграт Галстанян сообщил на митинге, что в Ереване начались задержания участников движения.

    Об этом передает Report со ссылкой на ТАСС.

    “Полиция начала задерживать наших сторонников на улице Прошяна, где находятся правительственные дачи”, – сказал он.

    Сегодня сотни полицейских с щитами и касками прибыли к зданию парламента Армении, где проводится митинг оппозиции с требованием отставки премьер-министра Никола Пашиняна.

    Ранее председатель Национального собрания Армении Ален Симонян распорядился созвать 17 июня внеочередную сессию парламента, в повестке которой будет значиться проект послания об отставке правительства и необходимости формирования нового кабинета министров.

  • İrəvandakı aksiyada 86 nəfər saxlanılıb, altısı polis olmaqla 50-dən çox insan xəsarət alıb

    Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.

    “Report” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    “İlkin məlumatlara görə, altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanadadır”, – idarədən bildirilib.

    Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

    “Xəsarətlər əsasən yüngül və orta ağırdır”, – nazirlikdən qeyd ediblər. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

    Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib.

  • Beyləqanda DƏHŞƏT: Məftillə özünü asdı

    Beyləqanda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə səhər saat 6 radələrində Yeni Mil qəsəbəsində baş verib.

    32 yaşlı E.Kamranov yaşadığı evdə məftillə özünü asıb.

    Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

  • Sənədi olmayan bu evlərə “kupça” veriləcək

    “Kütləvi massivlər “özbaşına tikililər” adı altında konsepsiya da işlənib, təsdiq olunacaq”.

    Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.

    Bəs görəsən, konsepsiya hazırlanarkən hansı nüanslar nəzərə alınacaq?

    Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ilkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlərin qeydiyyatı mümkün olacaq:

    “İlkin mərhələdə sənədi qaydasında olan evlərin qeydiyyatına başlanacaq. Məsələn, bələdiyyə tərəfindən verilmiş sənədlər, digər sərəncamlar və digər hüquqi sənədlər əsas götürüləcək. Ümumiyyətlə, heç bir sənədi olmayan evlərə isə bu şamil olunmayacaq. Ona görə ki, belə evlərin heç bir qanuni əsası yoxdur. Hazırda yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sənədləşmə apara bildiyi evlərin qeydiyyata alınması mümkündür. Sənədləşməsi mümkün olmayan evlərin sökülməsi və sakinlərin başqa ərazilərə köçürülməsi həcm olaraq həddən artıq böyük bir prosesdir”.

    Ekspertin fikrincə, paytaxın müxtəlif ərazilərində yerləşən və qeydiyyatı mümkün olmayan evlərlə bağlı problem olduqca ciddidir:

    “Elə ərazilər var ki, oradakı evlər inşaat və yaşayış normativinə uyğun tikilməyib. Məsələn, Bakının “Şanxay”, “NZS”, Keşlə, Yasamal və Alatava kimi ərazilərindəki evlər o qədər bir-birinə sıx tikilib ki, hər hansı fövqəladə hal zamanı yanğınsöndürən maşın müdaxilə edə bilmir. Bu kimi yerlərdə olan evlərə sənədin verilməsi o deməkdir ki, dövlət artıq öz normativlərini qorumur. Digər tərəfdən, bu evlərin sökülməsi məsələsi daha da qəlizdir. Əslində, bu illərdir davam edən ciddi bir problemdir. Ən yaxşı yol tikinti şirkətlərini həmin ərazilərə yönəltməkdir ki, orada şirkətlər hər bir vətəndaşla məsələni individual formada həll edə bilsinlər. İndi ən mühüm məsələ odur ki, tikinti şirkətləri də belə böyük həcmdə söküntüləri həyata keçirə bilməz. Həmçinin tikinti şirkətləri üçün bu ərazilər o qədər də əlverişli deyil. Düşünürəm ki, bu illər boyu həll olunmamış məsələ kimi qalacaq”.

  • Qohum evliliyi: Fəsadlar və insan haqları – Kim haqlıdır?

    “Bu qərarla razı deyiləm. Azərbaycanda qohum evlilikərinin əksəriyyətində xoşbəxt ailə modeli var”.
     
    Bunu Qaynarinfo-ya açıqlamasında sosiloq Mail Yaqub Azərbaycanda qan qohumlarının nikaha daxil olmasının qadağan edilməsi ilə bağlı layihəni şərh edərkən deyib.

    Sosioloq layihənin məqsədini anlamadığını bildirib:
     
    “Bu layihənin səbəbi nədir? Mənası nədir? Guya onunla əlaqələndirirlər ki, qohum evliliklərində problemli uşaqların sayı digərləri ilə müqayisədə nisbətən daha çoxdur. Bu, cüzi fərqdir. İkincisi, əgər yaxın qohum evliliklərində məsələn, əmiqızı-əmioğlu burada bir problemin olması ehtimalı var. Bu ehtimal hardasa 3-5%-dir. Əgər onların qanında bir problem olması ehtimalı varsa, bu mütləq qan analizində aşkarlanacaq. Evlilikdən öncə müayinə olunmalıdırlar. Bu qərarın əlehinəyəm. Hətta mən bunu insan hüquqlarına, sərbəst seçim hüquqlarına qarşı akt kimi dəyərləndirərəm”.

    Tibbi ekspert, professor Adil Qeybullanın fikirincə, əslində, bu layihənin ortaya çıxması sıradan məsələ deyil:

    “Əvvala aydınlaşır ki, Azərbaycanda xeyli genetik xəstəliklər var. Qohum evlilikləri nəticəsində bəzən bu xətəliklərin sayı artır. Yeni orqanizmin sağlam gen götürmək imkanı qohumlarda xeyli məhduddur. Əslində bu qadağalar buna görədir. Kim istəyir evlənəndə qohumluğunu gizlətsin, onun şəxsi işidir. Onsuz da cahil adamlara xeyri yoxdur. İkincisi isə bu məsələnin araşdırılması mexanizmləri də var”.

    Adil Qeybulla bildirib ki, əgər bu qanunla qadağandırsa, insan məsuliyyət daşıyacaq:

    “Necə ki, qardaş və bacı arasında zamanında münasibətlər olub. Buna insest deyirlər. Amma bu gün onlar həm mənəvi, həm bioloji, həm də fiziki baxımdan təhlükəli sayıldığından bunlardan uzaq dayanılır. Bu da həmçinin, insanlar bunun mahiyyətini başa düşməlidirlər. Bu qanunlar sırada,n kiminsə arzusu ilə ortaya çıxmayıb. Bu genefondu sağlamlaşdırmaq üçün çox vacibdir və insanlar buna əməl etməlidirlər”.

    Professor xatırladıb ki, talesemiyalı doğulan bir uşağın il ərzində müalicə xərci 6 min dollara başa gəlir:

    “Axı bu risklərə niyə gedilməlidir? İnsanlar bu qərarı düzgün anlamalıdırlar. İkincisi də qərarları verən şəxslər də zəhmət çəkib televiziya ekranlarından, elektron mətbuatdan, lazım gələrsə sosial şəbəkələrdən xalqı maarifləndirməlidirlər. Bu qərar niyə verilib? Mahiyyəti nədur? İnsanlar bu qərara əməl etməlidir”.

    Qeyd edək ki, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır.

  • Nəbabat Bağında nə baş verib? – Dövlət Xidməti cərimə yazdı, qurum narazı qaldı

    Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Mərkəzi Nəbabat Bağını və qurumun İdarə Heyətinin sədr səlahiyyətlərini icra edən Natiq Allahverdiyevi cərimələyib.

    Qaynarinfo-nun məlumatına görə, Natiq Allahverdiyevə və Mərkəzi Nəbatat Bağına İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

    Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Natiq Allahverdiyev, eyni zamanda Mərkəzi Nabatat Bağı dövlət xidmətinin qərarı ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.

    Mərkəzi Nəbatat Bağı 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində fəaliyyət göstərirb. 2022-ci ildə qurum publik hüquqi şəxsə çevrilib və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

    Natiq Allahverdiyev Mərkəzi Nəbatat Bağının icraçı direktoru, daha sonra isə baş direktoru olub. Qurum publik hüquqi şəxsə çevrildikdən sonra isə İdarə Heyətinin sədr müavini təyin edilib və sədrin səlahiyyətlərinin icrası ona tapşırlıb.

    Natiq Allahverdiyev eyni zamanda AMEA prezidentinin iqtisadi məsələlər üzrə müşavidirdir.

  • Gürcüstanla quru sərhəd açıla bilər – DETALLAR

    İki ölkə arasında yeni gömrük-keçid məntəqəsi fəaliyyətə başlayacaq; rəsmi Tiflis quru sərhədlərin açılmasını arzulayır, lakin belə bir qərar yalnız noyabra qədər bəlli olacaq – deputatlardan və ekspertdən rəy

    “Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatda bildirilib. Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

    “Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit, logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, – İ.Kobaxidze bildirib.

    Təbii ki, quru sərhədlərinin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana turistlərin təxminən 70 faizi quru sərhədimiz olan ölkələrdən gəlir. Bu, eyni zamanda Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə səfər imkanları baxımından da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. Azərbaycanla quru sərhədlərinin açılması qonşu ölkədən Gürcüstana gələnlərin sayının artmasına təsir göstərəcək. Bu barədə bir müddət əvvəl Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib. Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var: “Əgər bu yöndə müsbət qərar qəbul edilərsə, Azərbaycan vətəndaşlarının Gürcüstana gəlişi asanlaşacaq və biz bunu alqışlayacağıq”.

    Bundan öncə Gürcüstan iqtisadiyyat nazirinin müavini Mariam Kvirikaşvili bildirmişdi ki, quru sərhədlərinin bağlı olması səbəbindən Gürcüstan 1,5 milyon turist itirib.

    Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Növbəti qəraradək quru sərhədləri bağlı qalacaq. Bu ilin aprelində verdiyi bəyanatda Prezident İlham Əliyev Azərbaycan sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Sitat: “Sərhədləri bağlı saxlamaq qərarı COVİD-ə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır”. Dövlət başçısı bu barədə aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda danışıb. Prezident Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və başqaları üçün əlverişsiz olsa da, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır: “Xüsusilə də indiki zamanda. Şimal sərhədimizdə müharibə var. Cənub sərhədimizdə böhrandır. Təzə münaqişələrdə ki, yağışdan sonra göbələk kimi peyda olur. Düşünürəm ki, Azərbaycan xalqı bunu anlayır”. Prezident sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.

    “Sərhədlərin açılması müvəqqəti nəzərdə tutula bilər. Amma hələ ki, belə bir tələb ortaya qoyulmayıb. Bu sözləri axar.az-a deputat Fazil Mustafa quru sərhədlərinin COP29 ərəfəsində açıla biləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə bir qərar yalnız COP29 ərəfəsində bəlli olacaq: ”Bu tədbirə çox sayda insan gələcək. Belə bir şəraitdə sərhədlərin açıq olması yəqin ki, bir zərurətə çevriləcək. Amma quru sərhədlər Operativ Qərargahın mülahizələri əsasında bağlı saxlanılır. Hökumət bu istiqamətdə hansısa bir addım atmağı nəzərdə tutmur. Görünür, müəyyən mənada virus və başqa təhlükə səbəbindən bağlı saxlanır. İndi o situasiyada doğru və optimal qərar veriləcək. İndidən qəti bir söz demək tezdir”.

    Deputat Tahir Rzayev isə modern.az-a bildirib ki, quru sərhədlərinin açılması indiki məqamda məqbul hesab olunmur: “Karantin rejiminin uzadılmasının müəyyən səbəbləri var. Bu səbəbləri çoxları yaxşı bilmirlər. Qonşu Rusiyada, Gürcüstan, Ermənistan, eləcə də Ukraynada müəyyən təlatümlər yaşanır. Müharibələr gedir. Müəyyən xəstəliklərin, miqrasiya axınının qarşısını almaq üçün sərhədlərin açılması hələ məqbul hesab olunmur. Bu, insanların narazılığına və narahatlığına səbəb olur. Lakin hər şeydən əvvəl ölkənin milli təhlükəsizliyi bizim üçün daha vacibdir. Bu məqsədlə hələ quru sərhədlərinin açılması məqsədəuyğun sayılmır”.

    Natiq Cəfərli: “Öz yazdığını özü satmağa çalışan yazar-çizərlər 27 milyon  nüsxə ilə kitabları çap olunmuş yazıçını aşağılayır” Pravda.az

    Bu mövzuda “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Gürcüstanla yeni sərhəd-keçid məntəqəsinin açılması yaxşı haldır: “İnsanların keçidi və malların dövriyyəsində növbələr olurdu, bu yeni məntəqə prosesi sürətləndirəcək. Yəni pozitiv hadisədir. Quru sərhədlərinin açılmasına gəlincə, hər hansı informasiyaya malik deyiləm, sadəcə, Azərbaycan noyabrda böyük beynəlxalq tədbirə evsahibliyi edəcək, 100-dən çox ölkədən 80 mindən artıq qonağın gəlməsi gözlənilir, belə şəraitdə quru sərhədlərini bağlı saxlayıb, bunu təhlükəsizliklə əlaqələndirmək pis bir mesaj olacaq, Azərbaycanın imicinə mənfi təsir edəcək. Ona görə COP29 tədbirindən əvvəl quru sərhədlərini açmaq yaxşı olardı”. N.Cəfərli həmçinin hesab edir ki, Bakı hava limanı bu qədər qonağı qarşılamaq gücünə də malik deyil, insanların bir hissəsi Gürcüstan üzərindən keçid edə bilər: “Avropa ölkələrindən Gürcüstana uçuşlar çoxdur. O baxımdan ən azı Gürcüstanla quru sərhədlərinin açılması labüddür. Azərbaycan kifayət qədər güclü ölkədir, güclü təhlükəsizlik xidməti var və açıq sərhəd rejimində də yüksək səviyyədə təhlükəsizliyi təmin edə bilər”.

  • О’Брайен: Азербайджан и Армения довольно хорошо разговаривают друг с другом напрямую

    Соединенные Штаты вдохновляют Азербайджан и Армению завершить заключение мирного соглашения в ближайшие недели и месяцы.

    Об этом заявил помощник госсекретаря США Джеймс О’Брайен в комментарии для “Радио Свобода” в Ереване.

    “Соединенные Штаты вдохновляют две южнокавказские страны завершить заключение такого соглашения в ближайшие недели и месяцы”, – сказал О’Брайен.

    По его словам, Баку и Ереван должны решать, какую именно роль могут сыграть США: “Мы не претендуем на роль сверхдержавы в регионе. Мы здесь для того, чтобы поддержать законное желание народов региона заключить долгосрочное мирное соглашение. На этом этапе стороны довольно хорошо разговаривают друг с другом напрямую”.

  • Blinkenin köməkçisi: Azərbaycanla Ermənistan indiki mərhələdə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdır

    ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir.

    Bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn “Azadlıq radiosu”na açıqlamasında deyib.

    O, bildirib ki, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir:

    “Hansı rolu oynayıb-oynamayacağımıza hər iki tərəf qərar verir. Biz regionda super güc olmaq iddiasında deyilik. Sadəcə region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləmək üçün buradayıq. İndiki mərhələdə tərəflər bir-biri ilə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdırlar”.